Məhkəmə qərarları › İş №3(003)-588/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-588/2022

22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-588/2022 22.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfovun, Tələbkar Sarray (Hacıyeva) Tünzalə Ədilxan qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1986-cı ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 1 uşağı olan, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov tərəfindən tərtib olunmuş 22 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs alınıb iddiaçı X1 himayəsinə verilməsi, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra şöbəsinə dəvət olunaraq izahatları alınmış və o, izahatlarında maddi imkansızlığa görə alimenti ödəyə bilmədiyini qeyd etmişdir. Məhkəmənin nəzərinə çatdırdı ki, xx.xx.2013-cü il təvəllüdlü X4 borclu Şəxs xx.xx.2019-cu ildə alınaraq X2 verilmişdir. Borclu bu günədək heç bir ödəniş etməmiş və Şəxs aliment borcu 5400 manat təşkil edir.Borclu Şəxs sonradan icra şöbəsinə gəlmədiyinə görə barəsində xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə axtarış qərarları qəbul edilmişdir. Borclu Şəxs bu gün saat 12:00-da polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, heç bir yerdə işləmir. Maddi cəhətdən imkansızlıq olduğna görə alimenti ödəyə bilməmişdir. Eyni zamanda o, keçmiş arvadı X1 valideynlik hüququndan məhrum edilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan başqa, Tünzalə qızı Günəşi nə ona, nə də ki, valideynlərinə göstərmir. O, işə düzəlmək üçün müxtəlif dövlət orqanlarına müraciət etmişdir. İşə düzələndən sonra alimenti ödəyəcəkdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Sarray (Hacıyeva) Tünzalə Ədilxan qızı göstərdi ki, borclu uşağın saxlanması üçün heç bir köməklik etmir, müxtəlif bəhanələr edərək alimenti ödəməkdən yayınır. Uşağı görmək istəyəndə o, keçmiş əri Ramilə, onun valideynlərinə uşağı göstərir və heç bir maneçilik törətmir. O, alimentin tam olaraq ödənilməsini tələb edərək borclu Şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs alınıb iddiaçı X1 himayəsinə verilməsi, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədini tam olaraq heç bir üzürlü səbəb olmadan icra etməmiş və hazırda onun icra sənədi üzrə olan borcu 5400 manat təşkil edir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarları qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini, heç yerdə işləməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixə saat 12:00-da polis əməkdaşları tərəfindən Xəzər rayon icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 22 aprel 2022-ci il tarixdən, saat 12:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar