Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-589/2020 27.06.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru x1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 mənzil 3 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru x2 tərəfindən 25.06.2020-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru x2 protokola uyğun izahat verərək, bildirdi ki, 25.06.2020-ci il tarixdə Şəxs narkotik vasitə qəbulunda şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edilmiş və narkotik vasitə istifadə edibetmədiyinin müəyyənləşdirlməsi məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 25.06.2020-ci il tarixli, 1/3515 saylı protokoluna əsasən müəyyən olunmuşdur ki, sonuncu heroin qəbul edirmiş. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, narkotik vasitə olan heroini üç gün əvvəl qəbul etmişdir. Polis əməkdaşları tərəfindən şəxsi axtarış zamanı üzərindən hər hansı narkotik vasitə çıxmamış, lakin tibbi müayinə zamanı narkotik vasitə qəbul etdiyi aşkar edilmişdir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və işüzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olanAzərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə barədə tərtib edilmiş 1/3515 saylı, 25.06.2020-ci il tarixli protokolda müayinənin nəticəsi olaraq Şəxs OPİ (+) aşkarlandığı qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxssəmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyəti məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərəalaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-589/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-589/2020
27.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver