Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-591/2022 25.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, X4katibliyi, Xəzər rayon İcra şöbəsinin icraməmuru Elvin Fərzəliyevin, X1 nümayəndəsi Nümayəndə, Barəsində inzibati xətahaqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə evli, 3 uşağı olan, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanda yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xətahaqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Xəzər rayon İcraşöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən tərtib olunmuş 25 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev göstərdi ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmasıüçün Şəxs hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. Binəqədi rayon icra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə icra sənədi üzrəicraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. xx.xx.2019-cu il tarixdə tələbkar S.Ə.Məmmədova ərizə ilə Binəqədi rayon icra şöbəsinə müraciət edərək borclu Şəxs işdən çıxdığını, aliment ödəmədiyini bildirmişdir. Borclu icra şöbəsinə gəlmədiyinə görə xx.xx.2020-ci il tarixdə barəsində axtarış qərarı qəbul edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılaraq mülkiyyətində “KİA RİO” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil olması müəyyən edildikdən sonra Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun yaşayış yeri məlum olmadığına görə xx.xx.2021-ci il tarixdə barəsində axtarış elan edilmişdir.Borclu bu günədək cəmi 3400 manat ödəniş etmiş və 9140 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Borclu Şəxsbu gün saat 10:00-da polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Bununla da Şəxsqeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, 2015-ci ildə 2-ci dəfə rəsmi ailə qurmuş və həmin nikahdan 2 uşağı vardır. 3-4 ildir ki, heç bir yerdə işləmir. Buna baxmayaraq aliment borcundan sonuncu dəfə 2021-ci ildə 2000 manat məbləğində ödəniş etmişdir. Şəxsiyyət vəsiqəsinin müddəti bitdiyinə görə heç bir yerdə iş tapa bilməmişdir və yeni şəxsiyyət vəsiqəsi aldıqdan sonra işləyib alimenti ödəyəcəkdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Məmmədova (İbadullayeva) Səriyə Ənvər qızının nümayəndəsi Nümayəndə göstərdi ki, borclu tez-tez yaşayış ünvanını dəyişərək alimenti ödəməkdən yayınır. Sonuncu dəfə 2021-ci ildə 2000 manat məbləğində ödəniş edərək bundan sonra hər ay 400-500 manat məbləğində pul ödəyəcəyinə söz vermişdir. Lakin borclu həmin vaxtdan sonra heç bir ödəniş etməmiş və onun bu günə olan borcu 9140 manat təşkil edir. Tələbkar alimentin tam olaraq ödənilməsini tələb edir. Əks halda borclu Şəxs barəsində həbs cəzasının təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, borclu Şəxs mülkiyyətində olan “KİA RİO” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədini tam olaraq heç bir üzürlü səbəb olmadan icra etməmiş və hazırda onun icra sənədi üzrə olan borcu 9140 manat təşkil edir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarları qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini, heç yerdə işləməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:00-da polis əməkdaşları tərəfindən Xəzər rayon icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ : Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 25 aprel 2022-ci il tarixdən, saat 10:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim ƏkrəmQəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-591/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-591/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver