Məhkəmə qərarları › İş №3(003)-591/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-591/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-591/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə oğlunu Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 234 nömrəli məktəbə düşürüb qayıdanda avtomobilinin yaxınlığında bir qız uşağının onu izləməsinin şahidi olmuşdur. Çünki həmin qız uşağı 5-6 dəfə onun izləmişdir. Servis avtomobillərinin arxasında gizlənmişdir. Oda məcbur olub pəncərəni aşağı endirib ondan nə lazım olduğunu soruşmuşdur. Həmin qız cavab verməmiş, boylanıb çıxıb getmişdir. Sonra avtomobilini idarə edib çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə yenə onu izləməsinin şahidi olmuşdur. Ona fikir verməmiş və avtomobilini idarə edib getmək istəyən zaman bir nəfər qadın onun avtomobilini saxlayıb, onun guya qızına əl-qol hərəkətləri etməsini demişdir. Həmin qadına belə bir şeyin olmamasını və həmin uşağın onun uşağı yaşında olmasını və onunla heç bir işinin olmamasını bildirmişdir. Həmin qadın isə onunla aqresiv şəkildə davranmağa başlamışdır. Uşağın 5-6 dəfə onun avtomobilinin izləməsinin şahidi olmuşdur. Qadına sadəcə başqa deyəcəyi olmadığından çıxıb getmişdir. Sonra 2 saylı Polis şöbəsindən ona zəng gəlmiş və 13-14 radələri aralığında şöbəyə getmişdir. Orda izahatı alınmış, sonra onu MSY-nə yerləşdirmişlər. Axşam üstü isə polis şöbəsində polis əməkdaşı ona 1-2 sillə vurmuşdur. Onun tərəfindən polisin qanuni tələblərinə tabesizlik halı olmamışdır. Polis şöbəsində onun vuran şəxsi tanımır. 1-2 saat sonra MSYdən onu əl-iz götürülməsi otağına aparılmış və sonra MSY-nə geri qaytarmışdır. Yenə 1-2 saat sonra onu başqa bir otağa aparmışlar və orda bir nəfər polis əməkdaşı ona 1-2 sillə vurmuşdur. Heç bir nalayiq ifadələr işlətməmişdir. Onun barəsində tərtib edilmiş protokollar tamamilə şər və böhtan xarakterlidir. Polis şöbəsində görüntülər vardır. 2 dəfə döyülmüşdür. Saxlanıldığı müddət ərzində valideyinin gəlməsini və onlarla pul məsələsini danışmaqlarını tələb etmişdirlər. Onun hansı səbəbdən saxlanılmağı izah edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq protokolu tərtib etmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X5 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 20-25 radələrində “102” xidmətindən məlumat daxil olmuşdur. Məlumatda bir nəfər qadının onun qızına qarşı seksual xarakterli hərəkətlərin etməsini bildirmişdir. Bu səbəbdən də, araşdırma aparılmış və araşdırma zamanı həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Dərhal vətəndaşı şöbəyə dəvət etmişdirlər. Qadın və uşaq dindirilmişdir. Qadın izahatında bildirmişdir ki, qızı məktəbin qarşısında dayananda bir nəfərin ona avtomobildə göz vurması, onu avtomobilinə dəvət etməsini bildirmişdir. Həmin günü də Eminin qarşı həmin hərəkətləri etməsi səbəbindən qadın onunla söhbət etmiş və lakin o, avtomobilinə minib qaçıb getmişdir. Emin şöbəyə özü gəlmiş, izahat vermiş və boynuna almamışdır. MSY-nə daxil olmaqdan imtina etmişdir. Sonuncu tərəfindən başqa tabesizlik və ya digər qanunsuz hallara yol verilməmişdir. Emin şöbənin qarşısında söyüş söyməmişdir. Sonuncunun vəkili şöbənin qarşısında səs-küy salmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatını və şahidin ifadəsini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati inzibati xəta tərkibi olmadığından icraata isə xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, polis əməkdaşlarının qanuni əmrinə tabe olmamış və təhqiqat qərarı ilə xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. -xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, təhqiqat qərarına əsasən xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. -xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 15:30-da inzibati qaydada tutulmuşdur. -“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki,qərarın təsviri hissəsindəkilərə əsasən X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsaəsn inzibati tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməs ibaşa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Lakin iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlərin edilməsi və ya polis əməkdaşının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmama halları mövcud olmamışdır. Belə ki, iş materialında əlavə edilmiş Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı İslam Cəfərov tərəfindən tərtib edilmiş raportda Şəxs polis şöbəsinə dəvət olunan zaman polis şöbəsinin qarşısında polis şöbəsinə daxil olmayacağını bildirməsi, ondan izahat verməsi istənildikdə nəlayiq ifadələr işlədərək polisin ünvanına söyüşlər söyməsi, bununla da polis şöbəsinin və növbətçi hissəsin iş rejimini pozması, həmin şəxsdən nizam-intizama əməl etməsini tələb etmələrinə baxmayaraq sonuncunun qanuni tələblərinə tabe olmaması kimi hərəkətlər etməsi göstərilsə də, iş üzrə məhkəmə araşdırması zamanı polis əməkdaşı X3 izahatı və digər sübutlarla Şəxs həmin hərəkətlər yol verməməsi müəyyən edilmişdir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs polis şöbəsinə çağırıldıqdan sonra könüllü olaraq polis şöbəsinə getmiş və araşdırma aparılması üçün izahatını da vermişdir. Lakin, əməlində hər hansı inzibati xəta və ya cinayət tərkibinin olmamasına baxmayaraq sonuncudan müvəqqəti saxlama yerinə yerləşdirilməsi tələb edilmişdir ki, bu da tamamilə qanunsuz və əsassız olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və saxlanıldıqdan sonra təzyiq, təsir, işgəncə və qeyri-insani davranışa məruz qalıb-qalmamasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar