Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-594/2022 25.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxx 1984-cü ildə Şəki rayonu Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, 2 uşağı olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, fərdi əməklə məşğul olan, Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 25 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs 22 aprel 2022-ci il tarixdə Binə qəsəbəsi X3nda küçədə polis əməkdaşlarını təhqir edərək onlara qarşı tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, arvadı Zöhrə Saatova və 2 uşağı ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşayırlar. 5-6 ildir ki, arvadı ilə yola getmirlər və tez-tez aralarında mübahisələr olur. xx.xx.2022-ci il tarixdə gecə saatlarında arvadı Zöhrə ilə aralarında mübahisə baş vermiş və o, əsəbləşərək arvadını evdən qovmuşdur. Arvadının şikayətinə əsasən evlərinə polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə şöbəyə getməkdən imtina etsə də, onları təhqir etməmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində cərimə cəzasının təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X1 göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 00:00 radələrində vətəndaş Zöhrə Saatova DİN-nin 102 xidmətinə müraciət edərək əri tərəfindən evdən qovulduğunu bildirmişdir. Şikayət əsasında əməliyyat qrupu ilə birlikdə ünvana getmişlər. Zöhrə Saatovanın əri Şəxs küçəyə çıxıb aqressiv və kobud şəkildə danışaraq onların ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs polis şöbəsinə dəvət etdikdə o, müqavimət göstərərək getməkdən imtina etmiş, öz hərəkətləri ilə orada olan vətəndaşların diqqətini özünə cəlb etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 22 aprel 2021-ci il tarixdə Binə qəsəbəsi X3nda küçədə polis əməkdaşlarını təhqir edərək onların qanuni tələblərinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi Fərid Hüseynlinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Binə qəsəbəsi, Südçülük sovxozunda küçədə nalayiq ifadələr işlədib onları təhqir edərək qaçmağa cəhd etmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, həmin qanuni tələblərə tabe olmayaraq, əməllərini davam etdirmişdir. Bundan sonra Şəxs polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nin növbətçi hissəsinə təhvil verilərkən sağ gözünün yan hissəsində qızartı olması aşkar edilmişdir. Vətəndaş polis şöbəsinə gətirilməsindən heç bir şikayət və tələbinin olmamasını şifahi şəkildə bildirmişdir. Məhkəmə Şəxs əməlini etiraf etməsini, peşman olmasını yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində həbs tənbeh növünün tətbiq edilərək cəmiyyətdən təcrid olunması məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-594/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-594/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver