Məhkəmə qərarları › İş №3(003)-595/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-595/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-595/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə evli, himayəsində bir az yaşlı uşağı olan, heç bir yerdə işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xaqani küçəsi, ev 14-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta barədə işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 26 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs 11 aprel 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Aviasiya Akademiyasının yanında yerləşən qəbiristanlıqdan dəmir hasarları oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Rəhman Məmmədov tərəfindən 21 aprel 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, maddi cəhətdən ehtiyacı olduğuna görə xx.xx.2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən qəbiristanlıqdan 3 ədəd dəmir hasarları oğurlamışdır. Həmin hasarları sonradan 23, 46 və 50 manat olmaqla satmışdır. Əməlindən peşmançılıq çəkdiyini, himayəsində azyaşlı uşağının olduğunu bildirərək barəsində yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 11 aprel 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Aviasiya Akademiyasının yanında yerləşən qəbiristanlıqdan dəmir hasarları oğurlamışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayon 1-ci PŞ-nin təhqiqatçısı Rəhman Məmmədovun 21 aprel 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, vətəndaş X1 DİN-nin 102 “Xidməti-Zəng” mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, hadisəni törədən naməlum şəxs (şəxslərin) əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib hissəsi yarandığından müəyyən edilərək barəsində (barələrində) inzibati təsir tədbirlərinin görülməsi qərara alınmışdır. Məhkəmə Şəxs əməli etiraf etməsini və himayəsində bir azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, heç bir yerdə işləməməsini, törətdiyi əməli nəzərə alıb hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 aprel 2022-ci il tarixdə saat 13:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 25 aprel 2022-ci il saat 13:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar