Məhkəmə qərarları › İş №3(003)-596/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-596/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-596/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə xx xxxxxxxx 2003-cü ildə Lerik rayonu Pirəsora kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Lerik rayonu, Pirəsora kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11, nömrəsiz fərdi evdə kirayədə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta barədə işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 26 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs 20 aprel 2022-ci il tarixdə Qala qəsəbəsi, döngə 9 ünvanda X9 məxsus “KAMAZ” markalıyük avtomobilindən 160 litr yanacaq oğurlayaraq zərər çəkmiş şəxsə 200 manat məbləğində zərər vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçısı Nihad Mustafayev tərəfindən 25 aprel 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 26 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs 19 aprel 2022-ci il tarixdə Qala qəsəbəsi, döngə 6 ünvanda X6 məxsus yük avtomobilindən 150 litr yanacaq oğurlayaraq zərər çəkmiş şəxsə 90 manat məbləğində zərər vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçısı Nihad Mustafayev tərəfindən 25 aprel 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 26 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs 20 aprel 2022-ci il tarixdə Qala qəsəbəsi, döngə 9 ünvanda X4 məxsus yük avtomobilindən 150 litr yanacaq oğurlayaraq zərər çəkmiş şəxsə 90 manat məbləğində zərər vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçısı Nihad Mustafayev tərəfindən 25 aprel 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, bir neçə gündən sonra onu hərbi xidmətə aparmalıdırlar. Bu səbəbdən dostu öz “Mercedes” markalı avtomobilini idarə etmək üçün ona vermişdir. Gecə saat 00:00 radələrində yolda avtomobilin yanacağı qurtardığına görə rastına çıxan yük avtomobillərindən yanacaq oğurlamışdır. Əməlindən peşman olduğunu, barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs müxtəlif vaxtlarda 3 dəfə yük avtomobillərindən yanacaq oğurlayaraq zərər çəkmiş şəxslərə maddi zərər vurmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon 3-cü PB-nin təhqiqatçısı Nihad Mustafayevin 25 aprel 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs 20 aprel 2022-ci il tarixdə Qala qəsəbəsi, döngə 9 ünvanda X9 məxsus “KAMAZ” markalıyük avtomobilindən 160 litr yanacaq oğurlayaraq zərər çəkmiş şəxsə 200 manat məbləğində zərər vurmuşdur. X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, hadisəni törədən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib hissəsi yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayon 3-cü PB-nin təhqiqatçısı Nihad Mustafayevin 25 aprel 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs 19 aprel 2022-ci il tarixdə Qala qəsəbəsi, döngə 6 ünvanda X6 məxsus yük avtomobilindən 150 litr yanacaq oğurlayaraq zərər çəkmiş şəxsə 90 manat məbləğində zərər vurmuşdur. vətəndaş X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, hadisəni törədən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib hissəsi yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayon 3-cü PB-nin təhqiqatçısı Nihad Mustafayevin 25 aprel 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs 20 aprel 2022-ci il tarixdə Qala qəsəbəsi, döngə 9 ünvanda X4 məxsus yük avtomobilindən 150 litr yanacaq oğurlayaraq zərər çəkmiş şəxsə 90 manat məbləğində zərər vurmuşdur. X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, hadisəni törədən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib hissəsi yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsi qərara alınmışdır. Məhkəmə Şəxs əməlləri etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlləri nəzərə alıb hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 aprel 2022-ci il tarixdə saat 00:30-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 25 aprel 2022-ci il saat 00:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar