Məhkəmə qərarları › İş №3(003)-596/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-596/2025

31.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-596/2025 31.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə inspektoru polis mayoru Xalıq Şahbazovun, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1959-cu il tarixdə Lənkəran rayonunun Qaftani kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 31 mart 2025-ci il tarixdə Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru polis mayoru Xalıq Şahbazov tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X1 yaşayış evinə qaz sayğacı çəkəcəyinə söz verǝrǝk sonuncunun inamından istifadə edərək 200 manat pulunu ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 31 mart 2025-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xəzər RPİ 1-ci PŞnin sahə inspektoru polis mayoru Xalıq Şahbazov göstərdi ki, xx.xx.2025-ci il tarixdə X1 yaşayış evinə qaz sayğacı çəkəcəyinə söz verǝrǝk sonuncunun inamından istifadə edərək 200 manat pulunu ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında bildirmişdir ki, hal-hazırda ona dəymiş maddi zərər ödənilməmişdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona dəymiş ziyanı ödəməmişdir. Ona qarşı şikayət və tələbinin olmasını nəzərə alaraq onun barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bildiyini və izahatında göstərdi ki, o, heç bir yerdə işləmədiyi üçün, son zamanlar maddi durumu yaxşı olmadığına görə müxtəlif vaxtlarda oğurluq etmişdir. Törətdiyi əməldən çox peşimandır, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nərimanov RPİ-nin 1-ci Pş-nin təhqiqatçısı Toğrul Əliyev tərəfindən 18 fevral 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət təqibi olmadığından, fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə rəisinə göndərilmişdir. İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə X1 yaşayış evinə qaz sayğacı çəkəcəyinə söz verǝrǝk sonuncunun inamından istifadə edərək 200 manat pulunu ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır; İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən- Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs 6görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-cı maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər və inzibati həbs tənbehlərini tətbiq etmək mümkün deyildir. Bu səbəbdən onun barəsində həmin Məcəllənin 34-1-ci maddəsi tətbiq edilərək onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Beləliklə məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 34-1-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 34-1, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin Məcəllənin 34- 1-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar