Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-597/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ akim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə Şəxs xx xxxx 1970-ci il tarixdə Cəbrayıl rayonu, Alıkeyxalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 4 uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 26 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-1699/2021 saylı, 21 aprel 2021-ci il tarixli icra sənədinin və ünvan 3t 2021-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-1699/2021 saylı, 21 aprel 2021-ci il tarixli icra sənədinə əsasən «Bank VTB (Azərbaycan)» ASC-nin xeyrinə Şəxs cəmi 6677,30 manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 14 iyun 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. ünvan 3t 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 06 sentyabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Borclu Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-1699/2021 saylı, 21 aprel 2021-ci il tarixli icra sənədi üzrə heç bir ödəniş etməmiş, lakin hazırda ərizə ilə müraciət edərək tutmanın pensiyasına yönəldilməsinə etiraz etmədiyini bildirmişdir. ünvan 3t 2021-ci il tarixli icra sənədinə əsasən 400 manat cəriməni isə borclu 26 aprel 2022-ci il tarixdə tam olaraq ödəmişdir. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, heç bir yerdə işləmədiyindən və maddi cəhətdən imkanı olmadığından icra sənədlərini icra edə bilməmişdir. Hazırda Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərarına əsasən yazılmış 400 manat cəriməni tam olaraq ödəmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən isə «Bank VTB (Azərbaycan)» ASC-nə ödəməli olduğu cəmi 6677,30 manat məbləğində pulun və 30,40 manat dövlət rüsumunun pensiyasına yönəldilməsinə etiraz etmir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)- 1699/2021 saylı, 21 aprel 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, «Bank MTB (Azərbaycan)» ASC-nin xeyrinə Şəxs cəmi 6677,30 manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarına əlavə olunmuş ünvan 3t 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Şəxs ərizəsindən görünür ki, barəsində olan borcla bağlı tutmanın aylıq pensiyasına yönəldilməsinə etiraz etmir. İş materiallarına əlavə olunmuş Xəzər rayon İcra şöbəsinin 26 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilməsinə dair ünvan 3t 2021-ci il tarixli icra sənədi üzrə 400 (dörd yüz) manat məbləğində cəriməni ödəmiş və ödənilən məbləğ dövlət büdcəsinə ödəniləcəkdir. Məhkəmə hesab edir ki, Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)- 1699/2021 saylı, 21 aprel 2021-ci il tarixli icra sənədinin və ünvan 3t 2021-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamış və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Hazırda borclu Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e- 2(003)-1699/2021 saylı, 21 aprel 2021-ci il tarixli icra sənədi üzrə tutmanın pensiyasına yönəldilməsinə etiraz etmədiyi barədə ərizə yazmışdır. ünvan 3t 2021-ci il tarixli icra sənədinə əsasən 400 manat cəriməni isə 26 aprel 2022-ci il tarixdə tam olaraq ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-597/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-597/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver