Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-598/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 16 sentyabr 1984-cü ildə Erm.Res. Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə evli, 2 uşağı olan, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, st. Qala qəsəbəsi, Yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən tərtib olunmuş 26 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Kərimov X3 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə göstərdi ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 10.030 manat məbləğində pul alınaraq X2 verilməsi, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2530 manat məbləğində pul alınaraq X1 verilməsi qət edilmişdir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixli qərarla hər iki icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra şöbəsinə dəvət olunaraq izahatları alınmış və o, izahatlarında İmran Mehdiyevi tanımadığını, ondan borc almadığını, Orxan Əhmədzadəyə isə 340 manat borcu olduğunu qeyd etmişdir. Borclu hər iki icra sənədi üzrə bu günədək heç bir ödəniş etməmiş və ümumilikdə 12560 manat məbləğində borcu yaranmışdır. Borclu Şəxs bu gün saat 15:00da icra şöbəsinə gəlmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, heç bir yerdə işləmir. O, Əhmədzadə Orxana borcunu ödəmiş və 340 manat borcu qalmışdır. Digər tələbkar Mehdiyev İmranı isə ümumiyyətlə tanımır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 10.030 manat məbləğində pul alınaraq X2 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 2530 manat məbləğində pul alınaraq X1 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020ci il tarixli icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2021ci il tarixli icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməmiş və hazırda onun icra sənədləri üzrə borcu ümumilikdə 12.560 manat təşkil edir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarlarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməməsini, heç yerdə işləməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:00-da Xəzər rayon icra şöbəsinə gəlmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 26 aprel 2022-ci il tarixdən, saat 15:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-598/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-598/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver