Məhkəmə qərarları › İş №3(003)-599/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-599/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-599/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsi, döngə 2, ev 66-da yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 27 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə X7 məxsus Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən yarıtikili evdən elektrik naqillərini oğurlayaraq zərər çəkmiş şəxsə 91 manat məbləğində zərər vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Elvin Hacıyev tərəfindən 04 mart 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 27 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs 2022-ci ilin fevral ayının axırlarında X2 məxsus Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ evindən qapı və çarpayı oğurlayaraq zərər çəkmiş şəxs ümumilikdə 100 manat məbləğində zərər vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Xəzər Yolçuyev tərəfindən 18 mart 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 27 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs 2022-ci ilin aprel ayının əvvllərində X4 məxsus Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ evindən 01 ədəd qapı oğurlayaraq zərər çəkmiş şəxsə 100 manat məbləğində zərər vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı İman İmranov tərəfindən 14 aprel 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 2-3 aydır ki, 10-15 gündən bir olmaqla psixotrop maddə olan metamfetamindən istifadə edir. Maddi cəhətdən ehtiyacı olduğuna görə həmin 3 oğurluğu törətmişdir. Əvvəllər tanımadığı şəxslər olan X5 Türkan qəsəbəsində yerləşən yarıtikili evdən oğurladığı naqilləri metal qəbulu yerində 10 manata, X2 məxsus olan bağ evindən oğurladığı qapı və çarpayını 40 manata, X4 məxsus bağ evindən oğurladığı 01 ədəd qapını isə 15 manata satmışdır. Zərər çəkmiş şəxslərə ziyan ödənilməmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə X7 məxsus Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən yarıtikili evdən elektrik naqillərini oğurlayaraq zərər çəkmiş şəxsə 91 manat məbləğində zərər vurmuşdur. Bundan başqa, Şəxs 2022-ci ilin fevral ayının axırlarında X2 məxsus Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ evindən qapı və çarpayı oğurlayaraq zərər çəkmiş şəxsə ümumilikdə 100 manat məbləğində zərər vurmuşdur. Bundan başqa, o, 2022-ci ilin aprel ayının əvvllərində X4 məxsus Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ evindən 01 ədəd qapı oğurlayaraq zərər çəkmiş şəxsə 100 manat məbləğində zərər vurmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon 1-ci PŞ-nin təhqiqatçısı Elvin Hacıyevin 04 mart 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə X7 məxsus Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən yarıtikili evdən 91 manat dəyərində elektrik naqilləri oğurlanmışdır. Cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, X5 əmlakını oğurlayan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər rayon 1-ci PŞ-nin təhqiqatçısı Xəzər Yolçuyevin 18 mart 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 2022-ci ilin fevral ayının axırlarında X2 məxsus Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ evindən 50 manat dəyərində qapı və 50 manat dəyərində çarpayı oğurlayaraq zərər çəkmiş şəxs ümumilikdə 100 manat məbləğində zərər vurmuşdur. Cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 əmlakını oğurlayan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilən Xəzər rayon 1-ci PŞ-nin təhqiqatçısı İman İmranovun 14 aprel 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 2022-ci ilin aprel ayının əvvllərində X4 məxsus Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ evindən 01 ədəd qapı oğurlanaraq zərər çəkmiş şəxsə 100 manat məbləğində zərər vurulmuşdur. Cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, X3 əmlakını oğurlayan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə Şəxs əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəza təyin edərkən Şəxs şəxsiyyətini, törətdiyi əməlləri, 2-3 aydır ki, 10- 15 gündən bir olmaqla psixotop maddə olan metamfetamindən istifadə etməsini nəzərə alıb hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 aprel 2022-ci il tarixdə saat 12:20-də tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 26 aprel 2022-ci il saat 12:20-dən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar