Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-599/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X3 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi və bildirdi ki, gecikmənin səbəbi analitik şöbənin ucbatından baş vermişdir. Cəmiyyət daha əvvəl heç bir inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq onlar öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarından olan: -00100-00631/25 nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə daxil olmuş raporta əsasən "xxxx" MMC tərəfindən **********1493 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitmişdir. Lakin şirkət tərəfindən yüklərin digər gömrük proseduru altında rəsmiləşməsinə dair tədbir görülməmişdir. xx.xx.2024-cü || tarixli **********1493 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarının tələblərinə riayət edərək öhdəlik müddəti ərzində digər gömrük proseduru altında rəsmiləşdirilib-rəsmiləşdirilmədiyini müəyyən etməkdən ötrü Gömrük xidmətinin “X1 Sistemi” informasiya resursuna keçirilən baxış zamanı müəyyən edilmişdir ki, **********1493 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların öhdəlik müddəti xx.xx.2024-cü il tarixinə qədər müəyyən edilmişdir. Lakin, öhdəlik müddətinin bitməsinə baxmayaraq yüklərin digər gömrük proseduru altında rəsmiləşməsinə dair idxal gömrük bəyannaməsi xx.xx.2024-cü il tarixində **********5930 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 (**********) izahatında bildirmişdir ki, "xxxx" MMC tərəfindən **********1493 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti Saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitirdi. Gömrük prosedurunun müddətinin uzadılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə 2 ay müddətinə uzadılma və xx.xx.2024-cü il tarixində isə gömrük orqanına 1 ay uzadılma ilə əlaqədar müraciət etmişlər. Həmin müraciətlərə gömrük orqanı tərəfindən cavab məktublarında müraciətin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq baxılması üçün aidiyyəti üzrə göndərildiyi göstərilmişdir. İlkin müraciətləri gömrük orqanı tərəfindən şifahi şəkildə cavablandırıldı və bildirildi ki, gömrük prosedurunun müddətinin bitməsinə hələ çox var deyə uzadılma ilə bağlı müraciətə ehtiyac yoxdur. Lakin, ikinci müraciətlərinə nə şifahi, nə də yazılı şəkildə gömrük orqanından geridönüş edilmədi. Bu səbəbdən gömrük prosedurunun müddətinin davam etdiyini zənn etdilər. Ülmumiyyətlə, mallarının müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda bu qədər müddətdə qalmasına səbəb, idxal etdikləri mallara dair digər qurumdan müəyyən sənədlər əldə edilməli idi, həmin sənədlərin isə təqdim edilməsi gecikdiyindən malları daha erkən müvvəqəti saxlanc anbarı gömrük prosedurundan çıxarıb idxal gömrük proseduru altında rəsmiləşdirmə bilməmişlər. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən **********1493 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitmişdir. Lakin şirkət tərəfindən yüklərin digər gömrük proseduru altında rəsmiləşməsinə dair tədbir görülməmişdir. xx.xx.2024-cü || tarixli **********1493 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarının tələblərinə riayət edərək öhdəlik müddəti ərzində digər gömrük proseduru altında rəsmiləşdirilib-rəsmiləşdirilmədiyini müəyyən etməkdən ötrü Gömrük xidmətinin “X1 Sistemi” informasiya resursuna keçirilən baxış zamanı müəyyən edilmişdir ki, **********1493 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların öhdəlik müddəti xx.xx.2024-cü il tarixinə qədər müəyyən edilmişdir. Lakin, öhdəlik müddətinin bitməsinə baxmayaraq yüklərin digər gömrük proseduru altında rəsmiləşməsinə dair idxal gömrük bəyannaməsi xx.xx.2024-cü il tarixində **********5930 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: -179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. -179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. -179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-599/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-599/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver