Məhkəmə qərarları › İş №3(003)-6/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-6/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-6/2020 07.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin stajoru icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 529.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər RPİ 1-ci PB-nin sahə inspektoru, polis kapitanı Pərviz Aslanovun xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 157.1-ci maddəsi ilə tərtib edilmiş inzibati protokol əsasında 500 manat miqdarında cərimə edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Bakı şəhəri Xəzər RPİ 1-ci PB-nin sahə inspektoru, polis kapitanı Pərviz Aslanovun xx xxxxxx 2017-ci il tarixli qərarının tam icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər RPİ 1-ci PB-nin sahə inspektoru, polis kapitanı Pərviz Aslanovun xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 157.1-ci maddəsi ilə tərtib edilmiş inzibati protokol əsasında 500 manat miqdarında cərimə edilmişdir. Borclu Xəzər rayon İcra və Probasiya şöbəsinə gəlmiş və izahat verərək bildirmişdir ki, işsiz oduğundan borcunu ödəyə bilməmiş, lakin ona vaxt veriləcəyi təqdirdə hər ay 20-30 manat ödəyə biləcəkdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan qərarı indiyə qədər tam icra etməmişdir. Belə ki, borclu hazırkı vaxta qədər cərimə borcundan 200 manat ödəniş etmiş, qalan 300 manatı isə ödəməmişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı cərimə borcunu tam ödəyə bilməmiş, 200 manat etmiş, qalan 300 manatı isə ödəməmişdir. Borcun ödənilməsindən yayınmır, ona vaxt veriləcəyi təqdirdə hər ay 20-30 manat ödəyə biləcəkdir. Ona görə də onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterininəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan yüz altmış saat ictimai işlər növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 28, 40, 43, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək160 (bir yüz altmış) saat ictimai işlər növündə tənbeh edilsin. Qərarın icrası Xəzər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar