Məhkəmə qərarları › İş №3(003)-60/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-60/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-60/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Türkiyə Respublikasından sifariş olunmuş məhsullarının ona aidiyyəti yoxdur. Gələn mallar 14 nəfərin adına gəlmişdir və xeyriyyə işləri üçün gəlmişdir. Həmin şəxslərin çoxunu tanıyır, həmin şəxslər onun tanışları və tanışlarının ailə üzvləridir. Həmin şəxslər ondan xahiş etmişlər ki, onun biliyi və görmük işlərində təcrübəsi olduğundan bu məsələ ilə məşğul olsun. Xahiş etmişlər ki, əgər mümkünsə həmin 14 nəfər gömrüyə getməsin, bir nəfərin adına rəsmiləşdirilsin və gömrük rüsumu nə təşkil edirsə, həmin məbləği ödənilməklə məhsullar gömrükdən götürülsün. İş məhkəməyə veriləcəksə həmin şəxslər mallardan imtina edir. O da gömrük orqanına getmiş məsələni bildirmiş, ona narahat olmaması, özləri tərəfindən akt tərtib olunacaq, məhsullar qiymətləndiriləcək, orada ödəniş olunacaq və o fiziki şəxs olduğundan iş məhkəməyə getməyəcəkdir. Həmin malların alınmasının və ölkəyə gətirilməsinin onunla heç bir əlaqəsi yoxdur. İzahatını da özü imzalamamışdır. Belə ki, izahatını almış Vüsal adlı şəxs, izahatda qeyd olunanları özü yazmış və izahatda yazılanların onun bildirdikləri ilə heç bir əlaqəsi yoxdur. 14 nəfər şəxslərdən heç biri gömrük orqanına çağırılmamış, onların izahatı alınmamışdır. Gömrük orqanına getməkdə məqsədi isə ondan ibarət olmuşdur ki, sifariş verilmiş məhsulların xeyriyyə işləri üçün gətirildiyini bildirməsi və gömrük rüsumun ödənilməsi mümkündürsə həmin şəxslər hamısı gəlməsin və bir nəfərin adına gömrük bəyannaməsi yazılaraq rəsmiləşdirilsin, həmin şəxs də rüsumu ödəyərək məhsulları götürsün. Həmin şəxslərin qeyri-rəsmi xeyrinə cəmiyyəti var və xeyriyyə işləri ilə məşğul olurlar. Hətta bildirdiklərinə inanmırlarsa təklif etmişdir ki, yardım etdikləri ailələri yoxlasınlar. Həmçinin bildirmişdir ki, gətirilən malların həmin 14 nəfər şəxsin içərisindən bir nəfərin adına rəsmiləşdirilməsi barədə şifahi qaydada razılıq olmuşdur. Lakin son gündə gətirilən malların qiyməti 7000 manat olduğu bildirildikdə, o da razılaşmamış və məhsulların haradan, hansı qiymətə alındığının bəlli olduğunu bildirmişdir.Gömrük orqanında izahat verərkən isə inzibati xətanın güya onun tərəfindən törədilməsi ilə bağlı izahatını və digər sənədləri gördükdə isə adının yazılmasını etiraz etmiş, həmin məhsulların ona aidiyyətinin olmaması, onun tərəfindən sifariş verilməməsini bildirmiş və onun adının yazılmamasını tələb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2023-cü il tarixli, 00800-00986/23 nömrəli protokoldan görünür ki, logistika Mərkəzi gömrük postundan daxil olmuş 3-33-/3-1-035400/2023 nömrəli raporta əsasən HNBGİ ƏTİ Təhqiqat şöbəsində araşdırma başlanılmışdır. Belə ki "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasından daxil olmuş **********6 nömrəli avaiqaimə ilə müşayiət olunan poçt göndərişlərinin fiziki yoxlanılması zamanı tərkib hissəsini təşkil edən malların eyniliyi, göndərən şəxsin eyniliyi, bağlamaların eyni şəxsə məxsus olması barədə şübhələr formalaşdırmışdır. 3-33-/3-1-035400/2023 nömrəli raportun araşdırılması əsasında araşdırma aparılmış, bağlamaların üzərindəki mobil nömrələrlə əlaqə saxlanılmış və izahat vermələri üçün HNBGİ Təhqiqat şöbəsinə dəvət edilmişdir. HNBGİ Тəһqiqat şöbəsinə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs izahatında göstərmişdir ki, Türkiyə Respublikasında yerləşən bir neçə şikətlə əməkdaşlıq edərək həmin şirkətin məhsullarını Azərbaycan Respublikasına idxal edərək satışını həyata keçirir. xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasında yerləşən Mondiqo şirkətinə zəng edərək 257 ədəd yeni il dekorasiyalı toxuma kişi jaketləri, 170 ədəd yeni il dekorasiyalı toxuma qadın jaketləri, 9 ədəd bağlamanın hər birində içərisində 8 ədəd corab olmaqla, ümumilikdə 72 ədəd yeni il dekorasiyalı toxuma corablar, 11 ədəd bağlamanın hər birinin içərisində 5 ədəd olmaqla ümumilikdə 55 ədəd yeni il dekorasiyalı toxuma papaqlar, Elgun Mammedov adına gələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 96 ədəd qırmızı rəngli qadın broşqası, Bahar Babayeva adına gələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 36 ədəd qadın broşqası, Hemid Nerimanov adına gələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 60 ədəd qadın broşqası, Taleh Ceferov adına gələn LNХ 939876 izləmə kodlu bağlamanın içərisindən 48 ədəd qadın broşqası, Elgun Mammedov adına gələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 60 ədəd qadın broşqası, Sefa Mammedov adına gələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 48 ədəd qadın broşqası, Hemid Nerimanov adına gələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 36 ədəd qadın broşqası Sefa Mammedov adına gələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 72 ədəd qadın broşqası, Oruceli Elekberov adına gələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 60 ədəd qadın broşqası, Balagiz Selimova adına sələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 60 ədəd sadın broşqası, Yaqut Ferecova adına gələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 60 ədəd qadın broşqası, Balagiz Selimova adına gələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 60 ədəd qadın broşqası, Elvin Bedelov adına gələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 60 ədəd qadın broşqası, Taleh Ceferov adına gələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 60 ədəd qadın broşqası, Bahar Babayeva adına gələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 60 ədəd qadın broşqası, Elvin Bedelov adına gələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 60 ədəd qadın broşqası, Gulnar Khalilova adına gələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 60 ədəd qadın broşqası, Oruceli Elekberov adına gələn LNX ******* izləmə kodlu bağlamanın içərisindən 72 ədəd qadın broşqası, izləmə kodu olmayan 84 ədəd qadın broşqası sifariş etmişdir və həmin malların "xxxx" MMC-nin anbarına təhvil verilməsini tələb etmişdir. Həmin malların kommersiya məqsədli olduğunu bildiyi üçün tanışlarının adına bağlamalara yığdıraraq "xxxx" MMC-nin anbarına təhvil verdirmişdir. Sifarişləri müxtəlif şəxslərin adlarına etməkdə məqsədi 900 ABŞ dolları limitini keçməmək olmuşdur. Şəxs izahatına əsasən müəyyən olunmuşdur ki, 3-33-/3-1-035400/2023 nömrəli raportda adları qeyd edilən şəxslərin adlarına gələn bağlamalar Şəxs məxsusdur və kommersiya xarakteri daxşıyır. Malların dəyəri, Gömrük Dəyərləndirilməsi şöbəsinin 3-33-/3-1-035985/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raporta əsasən ümumilikdə 7083 manat təşkil edir. Beləliklə, araşdırma nəticəsində Azərbaycan Respublikası vətəndaşı Şəxs kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi məlum olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda araşdırma nəticəsində Şəxs tərəfindən kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi qeyd olunsa da məhkəmə araşdırılması zamanı bu hal müəyyən edilməmişdir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, inzibati xətanın törədilməsi halı yalnız Şəxs inzibati araşdırma zamanı alınmış izahatına əsaslanmışdır ki, həmin izahatın isə sonuncu tərəfindən imzalanmasından imtina edilmiş, məhkəmə iclasında isə həmin izahatda qeyd olunanların onun tərəfindən bildirilənlərə aidiyyətinin olmadığını bildirilmiş, izahatda qeyd olunan halları təsdiq edən digər sübutlar isə iş materiallarında mövcud deyil. Bundan başqa iş üzrə gətirilmiş malları sifariş verən şəxslər inzibati araşdırmaya cəlb olunmamaqla həmin şəxslərin də izahatları alınmamışdır. Bununla da məhkəmə hesab edir ki, Şəxs istinad olunan inzibati xətanın törətməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar