Məhkəmə qərarları › İş №3(003)-601/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-601/2021

20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-601/2021 20.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin (bundan sonra mətndə Xəzər RPİ 1-ci PŞ-nin) sahə inspektoru, polis mayoru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə Lerik rayonunun Murya kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lerik rayonunun Murya kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivində yaşayan Şəxs barəsində Xəzər RPİ 1-ci PŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx xxxxx 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru X3 tərəfindən xx xxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Xəzər RPİ 1-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru Sinan Məmmədov göstərdi ki, Xəzər RPİ DYP-nin inspektorları polis baş serjantları Ruslan Qasımov və Kamal Qurbanov birlikdə raportla şöbəyə müraciət edərək göstərmişlər ki, xx xxxxx 2021-ci il tarixdə saat 23:50 radələrində Xəzər rayonu Albalılıq yaşayış massivi ərazisində xidmət apararkən “ZİL” markalı **-NH-*** markalı dövlət qeydiyyat nişanlı yük avtomobili DYP əməkdaşlarının “saxla” əmrinə bilərəkdən tabe olmayıb, hərəkətini davam etdirmişdir. Müxtəlif cəhdlərdən sonra yük avtomobili saxlanılmış və sürücünün sərxoş vəziyyətdə yük avtomobilini idarə etməsi aşkar edilmişdir. Sərxoşluq vəziyyətinin müayinə olunması üçün sürücü həkim müayinəsinə getməyə etiraz etmiş və Xəzər RPİ DYPŞ-nin inspektorlarının ünvanlarına nalayiq ifadələr işlətmiş, bununla da polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bu barədə Xəzər RPİ-nə məlumat verilərək inzibati əraziyə ÇPA-nın əməkdaşları gəlmiş və sürücü həkim müayinəsinə, daha sonra Xəzər RPİ 1-ci PŞ-nə aparılmışdır. Orada sürücünün həmin nəqliyyat vasitəsini həm də sürücülük hüququ olmadan idarə etməsi müəyyən edilmişdir. Bu barədə raport tərtib edərək həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. xx xxxxx 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək göstərdi ki, o, xx xxxxx 2021-ci il tarixdə saat 23:50 radələrində Xəzər rayonu Albalılıq yaşayış massivi ərazisində “ZİL” markalı **-NH- *** markalı dövlət qeydiyyat nişanlı yük avtomobili həqiqətən də sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan idarə etmiş, DYP əməkdaşlarının “saxla” əmrinə bilərəkdən tabe olmayıb, hərəkətini davam etdirmişdir. Sərxoş vəziyyətdə olduğuna görə sərxoşluq vəziyyətinin müayinə olunması üçün sürücü həkim müayinəsinə getməyə etiraz etmiş və Xəzər RPİ DYPŞ-nin inspektorlarının ünvanlarına nalayiq ifadələr işlətmiş, bununla da polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Əməlindən peşmandır, bir daha belə əmələ yol verməyəcəyinə söz verir, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ DYP yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 izahatında göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə saat 00:30 radələrində ekipaj üzvü X1 ilə birlikdə 243 nömrəli avtopatrulla Xəzər rayon Albalılıq yaşayış massivində xidmət apararkən “ZİL” markalı **-NH-*** markalı dövlət qeydiyyat nişanlı yük avtomobilinə “saxla” əmri verilmiş, lakin sürücü onların “saxla” əmrinə bilərəkdən tabe olmayıb, hərəkətini davam etdirmişdir. Müxtəlif cəhdlərdən sonra yük avtomobili saxlanılmış və sürücünün sərxoş vəziyyətdə yük avtomobilini idarə etməsi aşkar edilmişdir. Sərxoşluq vəziyyətinin müayinə olunması üçün sürücü həkim müayinəsinə getməyə etiraz etmiş və onların ünvanlarına nalayiq ifadələr işlətmiş və qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onlar Xəzər RPİ-nə xəbər vermiş, əraziyə ÇPA-nın əməkdaşları tərəfindən sürücü Şəxs həkim müayinəsinə, daha sonra Xəzər RPİ 1-ci PŞ-nə gətirilmişdir. Orada sürücünün həmin nəqliyyat vasitəsini həm də sürücülük hüququ olmadan idarə etməsi müəyyən edilmişdir. Bu barədə raport tərtib edərək onların məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ DYP yol-patrul inspektoru, polis baş serjantı X1 da oxşar, eyni məzmunlu izahat verərək X2 göstərdiklərini təsdiq etdi. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatları və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1981-ci il tarixdə Lerik rayonunun Murya kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lerik rayonunun Murya kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivində yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxx 2021-ci il tarixdə saat 15:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar