Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-601/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, X5 Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 00800/00286 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli 00800/00286 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun barəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 07 mart 2025-ci il tarixində 00800/00286 nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Qərara əsasən, ona İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 5.819,86 manat cərimə tətbiq edilmişdir. Bu qərarla razı deyil və onun ləğv edilməsini xahiş edir, çünki o, malları gizlətməmiş və gömrükdən qaçaqmalçılıq yolu ilə keçirməmişdir. Baqajını aldıqdan sonra hava limanında qırmızı kanala öz istəyi ilə yaxınlaşmış və malları gömrük orqanlarına özü bəyan etmişdir. Bu, qanunvericiliyə uyğun olaraq malların düzgün bəyan olunmasıdır və İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən pozuntu hesab edilə bilməz. 2. Gömrük orqanları onu qanunsuz olaraq saxlayaraq, təhqiqat şöbəsinə göndərmiş və əsassız olaraq 30 faiz cərimə tətbiq etmişlər. Əgər o, gömrükdə malları gizlətmiş olsaydı, cərimə tətbiq edilməsinə əsas olardı. Lakin o, qırmızı kanala daxil olaraq malları könüllü şəkildə bəyan etdiyi üçün, gömrük orqanlarının ona cərimə tətbiq etmək üçün heç bir hüquqi əsası yoxdur. Hətta gömrükdən keçirdiyi mallar Azərbaycan bazarına uyğun olmayaraq qiymətləndirilmişdir. Əlavə olaraq İnzibati tənbeh vermə barədə protokol xx.xx.2025-ci il tarixdə tərtib edilsə də, o, protokolu xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə almış və prossesual müddəti ötürməmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən, qırmızı kanala daxil olan şəxslər mallarını bəyan etmək hüququna malikdirlər və cərimə yalnız bəyan edilməyən mallara tətbiq edilir. Qərarın qanunsuz hesab edilməsi və ləğv olunması üçün hüquqi əsaslar: Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən, heç bir şəxs qanunsuz cəzalandırıla bilməz. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, inzibati qərarlar əsaslandırılmalıdır. Lakin onun barəsində tərtib edilən qərarda göstərilən cərimənin hüquqi əsaslandırılması yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq X2 və qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli 00800/00802 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən xx.xx.2024-cü il tarixli 3-33-3100/1- 035464/2024 nömrəli məktubla daxil olmuş ********* nömrəli material üzrə sübutların qiymətləndirilməsi haqqında qərara əsasən, Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1990-cı ildə anadan olmuş, ailəli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X8 (Pasport: C01981492, Fin: 27A44QV) əməlində malların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan edilməməklə keçirilməsi inzibati xətasının tərkib əlamətləri olduğundan barəsində AR İXMnin 482.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsinin təmin olunması göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı X8 08 sentyabr 2024-cü il tarixdə 3L730 saylı Abu Dabi-Bakı aviareysi ilə gələrkən ümumi dəyəri 14549,66 manat təşkil edən 1 ədəd “Autel” markalı avtomobil diaqnostikası üçün avadanlığın, 6 ədəd “X13 find me” və 2 ədəd “X14 me” markalı qurğunun, 1 ədəd “F12” markalı mobil telefonla çəkiliş üçün ştativin, 1 ədəd “VVST smartvolt” və 2 ədəd “Faxite 10000mAh” markalı poverbankın, 1 ədəd “Tiziantriterenzi gumin 100mi”, 1 ədəd “X15 malachite 100mi”, 2 ədəd “Black afgano 30mil” və 1 ədəd “X16 gone bad 5üml” markalı ətirin, 4 ədəd “İphone 12 pro max” və 2 ədəd “İphone XR” markalı mobil telefon üçün ekranının, 1 (bir) ədəd “Mercedes Benz” markalı avtomobil üçün batareya və beyinin, 2 ədəd “HP Victus” markalı noutbukun və 4 ədəd “iPhone 14 pro 128GB” markalı mobil telefonu gömrük sərhədindən gömrük orqanına təqdim etmədən, yazılı, şifahi və elektron formada bəyan olunmadan keçirmişdir. -xx.xx.2024-cü il tarixli ********* saylı sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının vətəndaşı X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə 16 dekabr 2024-cü il tarixdə elan edilmiş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının vətəndaşı X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Hüquqpozma predmetləri olan və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmiş ümumilikdə 14549,66 manat dəyərində 1 ədəd “Autel” markalı avtomobil diaqnostikası üçün avadanlığın, 6 ədəd “X13 find me” və 2 ədəd “X14 me” markalı qurğunun, 1 ədəd “F12” markalı mobil telefonla çəkiliş üçün ştativin, 1 ədəd “VVST smartvolt” və 2 ədəd “Faxite 10000mAh” markalı poverbankın, 1 ədəd “X11 100mi”, 1 ədəd “X15 malachite 100mi”, 2 ədəd “Black afgano 3ümil” və 1 ədəd “X16 gone bad 50ml” markalı ətirin, 4 ədəd “İphone 12 pro max” və 2 ədəd “İphone XR” markalı mobil telefon üçün ekranının, 1 (bir) ədəd “Mercedes Benz” markalı avtomobil üçün batareya və beyinin, 2 ədəd “HP Victus” markalı noutbukun və 4 ədəd “iPhone 14 pro 128GB” markalı mobil telefonun gömrük orqanına bəyan olunmadan Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının vətəndaşı X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi olduğu nəzərə alınaraq cinayət işinin materiallarından zəruri sənədlərin surətləri çıxarılıb müvafiq tədbirlərin görülməsi üçün Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinə göndərilməsi və sözügedən mallar inzibati xətanın predmeti olduğundan həmin mallara dair müvafiq qərarın təhqiqat orqanı tərəfindən qəbul edilməsinin məqsədə müvafiq hesab edilməsi, hüquqpozma predmeti olan və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmiş 1199 manat dəyərində 1 ədəd “iPhone 13 midnight 128GB” markalı mobil telefonun gömrük yoxlamasından öncə Azərbaycan Respublikasının vətəndaşı X8 tərəfindən şifahi şəkildə gömrük orqanına bəyan edildiyi nəzərə alınmaqla həmin predmetin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibinin mövcudluğu məsələsinə hüquqi qiymətin verilməsindən ötrü aidiyyəti tədbirlərin görülməsi Baş İdarənin Təhqiqat şöbəsinə həvalə edilməsi, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının vətəndaşı X7 elan edilən ittihama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinin dispozisiyasında qeyd edilən idxal etmə hərəkətinin daxil edilməli olmadığının nəzərə alınması, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının vətəndaşı X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanılmasının Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Azərbaycan Respublikasının vətəndaşı X3 məqsədilə əldə etdiyi siqaretləri və elektron siqaretləri ona məxsus olan bir ədəd boz rəngli çemodanda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdiyi zaman malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etmədiyinin nəzərə alınması, 08 sentyabr 2024-cü il tarixli “yoxlama və əşyaların götürülməsi haqqında” və “şəxsi yoxlama aparılması və əşyaların götürülməsi haqqında” protokollar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2024-cü il tarixli 6/4692-7/1598-5/1088-9/7894 nömrəli ekspert rəyi, 29 noyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol, X5 etirafedici ifadələri, şahid ifadələri, həmçinin işdə olan digər sənədlərin sübut kimi qiymətləndirilməsi və cinayət işinə əlavə edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib olunmuş 23 oktyabr 2024-cü il tarixli 6/4692-7/1598- 5/1088-9/7894 nömrəli ekspert rəyində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış və məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış “Vozol Vista 20000” markalı elektron siqaretin “Vozol Vista 2000”, “Parliament platinum” markalı siqaretin isə “Parliament platinium” olaraq qeyd olunması texniki səhv kimi nəzərə alınması, 08 sentyabr 2024-cü il tarixdə keçirilmiş gömrük yoxlaması zamanı Azərbaycan Respublikasının vətəndaşı X7 məxsus boz rəngli çemodanın içərisindən aşkar olunaraq götürülməsi, Azərbaycan Respublikasına məxsus məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış 50 qutu “Vozol Vista 20000” markalı elektron siqaret və 20 qutu “Parliament platinum” markalı siqaretin maddi sübut kimi tanınması, 2 qutu “Parliament platinium” markalı siqaretin ekspertiza tədqiqatı zamanı sərf edildiyi, qalıq qalmış 18 qutu “Parliament platinium” markalı siqaretin, həmçinin 50 qutu “Vozol Vista 2000” markalı elektron siqaretin cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. -Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 6/4692-7/1598-5/1088-9/7894 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində aksiz markaları olmayan 20 qutu “Parliament platinum” markalı tütün məmulatının keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur və həmin tütün məmulatlarının xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti 140 manat təşkil edir. Qərarda qeyd olunmuş, tədqiqata təqdim edilmiş 50 qutu üzərində aksiz markası olmayan “Vozol Vista 20000” markalı elektron siqaretin istifadəyə yararlılığına dair qoyulmuş sual materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə (predmetinə) aid olmadığı, habelə elektron siqaretlər fiziki-kimyəvi ekspertizanın tədqiqat obyektləri olmadığı üçün həmin sual cavablandırılmamışdır. Tədqiqata təqdim edilmiş 50 qutu üzərində aksiz markası olmayan “Vozol Vista 20000” markalı elektron siqaretin 8 sentyabr 2024-cü il tarixə olan orta bazar qiyməti 1500 manat təşkil edir. Beləliklə, ekspertiza tədqiqatına təqdim edilmiş və Azərbaycan Respublikasına məxsus məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış 20 qutu “Parliament platinum” markalı siqaretin və 50 qutu “Vozol Vista 20000” markalı elektron siqaretin 8 sentyabr 2024-cü il tarixə orta bazar qiyməti ümumilikdə 1640 manat təşkil edir. Tədqiqata təqdim edilmiş 4 ədəd sensor ekran ilə təchiz olunmuş “iPhone 14 pro” markalı “A2892” modelli aktivləşdirilmiş mobil smartfonlar hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdırlar. Tədqiqata qutu ilə birlikdə təqdim edilmiş 1 ədəd sensor ekran ilə təchiz olunmuş “iPhone 13” markalı “A2633” modelli aktivləşdirilməmiş mobil smartfon halhazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş 2 ədəd “HP X12” markalı “15-fb2082vvm” modelli aktivləşdirilməmiş “notebook” tipli kompüter hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 12 adda predmetin xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti 15223,66 manat müəyyən edilir. Həmçinin sözügedən ekspert rəyindən görünür ki, tədqiqat zamanı 20 qutu “Parliament platinum” markalı siqaretin 2 qutusu sərf edilmiş, qalıq say 18 qutu “Parliament platinum” markalı siqaret təşkil etmişdir. -X8 istintaqa verdiyi izahatında bildirmişdir ki, Avtomobil almaq məqsədilə 06 sentyabr 2024-cü il tarixində Dubaya getdim, orada maşın alıb karqoya təhvil verdikdən sonra, yol xərcini çıxarmaq məqsədilə bəzi mallar almaq qərarına gəldi, beləki əsasən Vozol markalı siqaret, mobil telefon, noutbuk, ətirlər aldı. 08 sentyabr 2024-cü il tarixində Abu Dabi-Bakı aviareysi ilə Bakı şəhərinə endi, baqajı gələnədək düşündü ki, özü ilə gətirdiyi bir ədəd İphone 13 markalı mobil telefonu bəyan etsin, bu səbəbdən “Yaşıl Kanal” buraxılış sistemi ilə gömrük nəzarətindən keçib yoxlama otağına getmək istəyərkən gömrük əməkdaşı onu saxladı, onu baqaj lentinin üzərində olan baqajı ilə birlikdə əvvəlcə “Qırmızı Kanala” mallarını rentgen aparatı, özünü isə “Body Scan” aparatı ilə yoxladıqdan sonra, üzərində nə olduğunu soruşdular, o bir ədəd iphone 13 markalı mobil telefon olduğunu söylədi. Bundan sonra bütün mallara ətraflı yoxlama və üzərində şəxsi yoxlama keçirilməsi üçün gömrük əməkdaşları tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olundu. Orada hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı, ona məxsus boz rəngli çemodanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, yazılı və elektron formada bəyan etmədiyi 50 qutu üzərində aksiz markası olmayan “Vozol Vista 2000” markalı elektron siqaret, 2 (iki) blok üzərində aksiz markası olmayan “Parliament Platinium” markalı siqaret, 1 (bir) ədəd “Autel” markalı avtomobil diaqnostikası üçün avadanlıq, 6 (altı) ədəd “X13 Find Me” markalı qurğu, 2 (iki) ədəd “X14 Me” markalı qurğu, 1 (bir) ədəd “F12” markalı mobil telefonla çəkiliş üçün ştativ, 1 (bir) ədəd “VVST Smaritvolt” markalı poverbank, 2 (iki) ədəd “Faxite 10000mAh” markalı poverbank, 1(bir) ədəd “X11 100mi” markalı ətir, 1(bir) ədəd “X15 Malachite 100ml” markalı ətir, 2(iki) ədəd “Black Afgano 30mil” markalı ətir, 1(bir) ədəd “X16 Gone Bad 50mi” markalı ətir, 4(dörd) ədəd “İphone 12 Pro Max” markalı mobil telefon üçün ekran, 2(iki) ədəd “İphone XR” markalı mobil telefon üçün ekran, 1(bir) ədəd “Mercedes Benz” markalı avtomobil üçün batareya və beyni, 2(iki) ədəd “HP Victus” markalı noutbuk, Qara rəngli barsetkanın içərisindən isə 1(bir) ədəd İmei kodu **********02206/ **********99824 olan “İphone 13 Midnight 128GB” markalı və 1(bir) ədəd İmei kodu **********73664/ **********20707 olan “İphone 14 Pro 128GB” markalı mobil telefonlar aşkar olundu. -Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ticarət və X4 Birliyinin 225 nömrəli 17 dekabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1 ədəd “Autel” markalı avtomobil diaqnostikası üçün avadanlığın, 6 ədəd “X13 Find Me” markalı qurğunun, 2 ədəd “X14 Me” markalı qurğunun, 1 ədəd “VVST Smartvolt” markalı poverbankın, 2 ədəd “Faxite 10000mAh” markalı poverbankın və 1 ədəd “Mercedes Benz” markalı avtomobil üçün batareya və beyninin xx.xx.2024-cü il tarixə olan ümumilikdə orta bazar qiyməti 1295 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət vermək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 134.1.1-ci maddəsinə əsasən hakim İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. 137.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 istehsal və kommersiya məqsədi ilə gətirdiyi az miqdarda hesablanan məhsulları gömrük sərhədindən keçirməzdən əvvəl bəyan etməmişdir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, X6 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 00800/00286 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-601/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-601/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver