Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-602/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Şəxs xx.xx.1979-cu il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Dəmiryolçular küçəsi ev 52-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materialdan və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan-Buzovna qəsəbəsi yolunda Şəxs idarə etdiyi “KAMAZ” markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla X1 idarə etdiyi “Mersedes” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşmuş və hər iki avtomaşının sürücüsü xəsarət almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon DYPŞ YNH inspektoru, polis leytenantı X4 tərəfindən 24 fevral 2023-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, o, “KAMAZ” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan-Buzovna qəsəbəsi yolunda saatda təxminən 20-30 km sürətlə idarə edirmiş. ”Duz-çörək” restoranının yaxınlığında olan işıqforun yaşıl işığını görüb sola dönməyə başladıqda onunla eyni istiqamətdə arxadan hərəkətdə olan “Mersedes” markalı avtomaşın onun avtomaşının sol yan hissəsi ilə toqquşmuşdur. Nəticədə onunburun nahiyəsi əzilmiş, sonradan “Mersedes” markalı avtomaşının sürücüsünün də xəsarət aldığını bilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X1 ifadəsindən görünür ki, o, “Mersedes E200” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə saat 18:10 radələrində Şüvəlan qəsəbəsində yerləşən məktəbdən çıxıb yaşadığı Mehdiabad qəsəbəsinə getmək üçün Buzovnaya gedən yolla saatda 50 km sürətlə hərəkət etməyə başlamışdır. “Duz-çörək” restoranının yaxınlığında olan işıqfoa çatan zaman qarşıda “KAMAZ”ın getdiyini görmüşdür. Həmin “KAMAZ” işıqfora 10 metr qalmış hərəkət etdiyi sol zolaqdan orta zolağa keçmiş və o da ona yol verməsini görüb hərəkətinə davam etmişdir. Onunla arasında 3-4 metr məsafə qalanda işıqfora çatan zaman həmin “KAMAZ”ın sürücüsü sükanı anidən sola doğru döndərmişdir. Həmin vaxt işıqfirun yaşıl işığı yalnız düzünə hərəkət edən üçün yanırmış. Elə həmin vaxt o da tormoz vermiş, lakin avtomobilinin qabaq sağ hissəsi “KAMAZ”ın sol təkərindən dəymiş və “KAMAZ” irəliyə doğru getmiş, hərəkət yolunun əks istiqamətinə keçərək dayanmışdır. Onun avtomobili yolun ortasında fırlanmış və dayanmışdır. Daha sonra o, avtomobildən aşağı düşmüş və avtomobil yanmağa başlamışdır. Hadisə yerindən kimlərsə yanğınsöndürənlərə zəng vurmuş və onlar gələrək avtomobili söndürmüşlər. Lakin ona və avtomobilə məxsus bütün sənədlər, yəni sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, avtomobilin texniki pasportu, polis idarəsindən verilmiş arayış, bank kartı, təxminən 3000 manat pulu, “İphone 13” markalı telefonu, “Vertu signatur” markalı digər telefonu yanmışdır.Daha sonr ona məlum olmuşdur ki, həmin işıqfordan sola dönüş etmək üçün orada əlavə dönmə işığı yanmalı imiş. Lakin “KAMAZ” markalı avtomobil həmin bolmənin yanmasını gözləməyərək sola doğru manevr etməklə qəza şəraiti yaratmış və hadisə baş vermişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X3 Elmi-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli 1738 saylı rəyindən görünür ki, X1 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – sağ gözün bayır bucağının, sağ əlin, sağ saidin, kəsilmiş yaraları kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası) ağrı sindromu ilə müşaiyət olunan burunun və sağ diz oynağının yumşaq toxumalarının şişkinlik fonunda əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun X2 və Ortopediya İnstitutuna müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materilallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/145 saylı rəyindən məlum olmuşdur ki, “KAMAZ” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materilallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 fevral 2023-cü il tarixli qərardan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan-Buzovna qəsəbəsi yolunda Şəxs idarə etdiyi “KAMAZ” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla X1 idarə etdiyi “Mersedes” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşmuş və hər iki avtomaşının sürücüsü xəsarət almışdır. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tərkibinin yaranması məlum olduğu üçün onun barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın surəti icra olunması üşün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-602/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-602/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver