Məhkəmə qərarları › İş №3(003)-603/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-603/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-603/2020 10.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və X5 şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru Məmmədov Rövşən Rəhman oğlunun və Şəxs (bundan sonra MMC) nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs MMC-nin ünvanına daxil olmuş yükün gömrük rəsmiləşdirilməsi zamanı qısa idxal gömrük bəyannaməsi verilməmişdir. Belə ki, Şəxs MMC Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx xxxx 2020-ci il tarixində **********2422, **********2286 və xx xxxx 2020-ci il tarixində **********3050 sorğu nömrəli gömrük bəyannamələri ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən “Aviatex-M” şirkəti tərəfindən M979CT116 nömrə nişanlı yük avtomaşını ilə göndərilən “helikopterin yuyulmasında və texniki xidmətlərində istifadəsi nəzərdə tutulan yuyucu vasitələr, əsas aparıcı vitrin saxlayıcısı” adlı mallara dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük ərazisinə gətirməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx xxxx 2020-ci il tarixdə 15 radələrində Şimal Ərazi Gömrük İdarəsinin Samur gömrük postundan keçmiş, lakin elektron formada qısa idxal bəyannaməsi malları Azərbaycan Respublikası gömrük ərazisinə gətirməzdən əvvəl verməmişdir. Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, “Aviatex-M” şirkəti tərəfındən “X11 Services” MMCnin ünvanına M97QCT116 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə göndərilən mallar xx xxxx 2020-ci il tarixdə saat 15:49-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş,gömrük ərazisinə gətirməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda həmin qısa idxal bəyannaməsi xx xxxx 2020-ci il tarixdə saat 16:55:17-də göndərilmişdir. Bu barədə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və X5 şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru Məmmədov Rövşən Rəhman oğlu tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və X5 şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru Məmmədov Rövşən Rəhman oğlu inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və Şəxs MMC-nin tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X4 göstərdi ki, yuxarıda qeyd edilən malların daşınmasına dair müqavilə fərdi sahibkar X8 və “Aviatex-M” şirkəti arasında bağlanmışdır.CRM 004, 005 saylı beynəlxalq nəqliyyat-mal qaimələrinə əsasən həmin daşınma Beynəlxalq yük daşınması müqaviləsihaqqında Konvensiyanın (bundan sonra məntda-BYDM) şərtlərinə uyğun hayata keçirilirdi.Azərbaycan Respublikası 812–İQ saylı xx xxxxxx 2000–ci il tarixli “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya qoşulmaq barədə qanunu imzalayaraq həmin Konvensiyaya qoşulmuşdur.BYDM 1-ci maddəsinin1-ci bəndinin tələblərinə əsasən yükün müqavilədə göstərilən qəbul edilmə, daşınma və təhvili üçün tutulan yeri iki müxtəlif ölkənin ərazisində yerləşərsə və heç olmazsa tərəflərdən biri Konvensiyanın iştirakçısı olarsa, bu Konvensiya bütün yol yük daşıma müqavilələrinə, avtomobillə mükafatlandırmaq şərtilə, tətbiq olunur.BYDM 11-ci maddesinin 1-ci bəndinin tələblərinə əsasən yükgöndərən yükü təhvil verməzdən əwəl qaimədən başqa, daşıyıcıya zəruri sənədləri təqdim etməli və ona gömrük sənədləşdirilməsi üçün lazım olan məlumatı verməlidir.Beləliklə, BYDM tələblərinə görə yükgöndərən “Aviatex-M” yükdaşıyan fərdi sahibkar X6 gömrük sənədləşdirilməsi üçün lazım olan məlumatı təqdim etmək üçün birbaşa məsuliyyət daşıyırdı.Yükgöndərən “Aviatex-M” şirkəti BYDM yuxarıda qeyd edilən tələblərinə uyğun olaraq yükdaşıyan fərdi sahibkar X7 gömrük sənədləşməsi barədə lazımı qaydada məlumatlandıraraq yalnız mallar bəyan edildikdən sonra gömrük ərazisinə daxil olması barədə bildirmişdir.Lakin, M97QCT116 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü R.Mustafin özbaşına olaraq vaxtından əvvəl Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. Yükdaşıyan R.Mustafin gömrük prosedurları haqqında xəbərdar olunsada gömrük məsələləri ilə bağlı üzərinə düşən vəzifələrini icra etməmişdir.Son nəticədə yükdaşıyanın gömrük məsələlərinə dair yükgöndərənin göstərişlərini icra etməməməs'i “X11 Services" MMC məsuliyyətinə aid edilə bilməz. Buna görə da qısa idxal bəyannaməsini rəsmiləşdirən və lazımı qaydada gömrükorqanına təqdim edən “X11 Services" MMC əməlində inzibati xəta tərkibi yaranmadığından başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və X3 şöbəsinin təhqiqatçısının və Şəxs MMC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, “Aviatex-M” şirkəti tərəfındən “X11 Services” MMC-nin ünvanına M97QCT116 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə göndərilən mallar xx xxxx 2020-ci il tarixdə saat 15:49-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş,gömrük ərazisinə gətirməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda həmin qısa idxal bəyannaməsi xx xxxx 2020-ci il tarixdə saat 16:55:17-də göndərilmişdir. Göründüyü kimi, Şəxs MMC ünvanına daxil olmuş yükün gömrük rəsmiləşdirilməsi zamanı qısa idxal gömrük bəyannaməsi verməmişdir. Belə olan halda Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 495.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs MMC-ninAzərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 26, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMCAzərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar