Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-603/2021 20.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü PB-nin sahə inspektoru, polis mayoru X2, zərərçəkmiş şəxslər X3 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu fərdi evdə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi (bundan sonra mətndə Xəzər RPİ 3-cü PB) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx xxxxx 2021-ci il tarixdə Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru, polis mayoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Protokollara əsasən Şəxs xırda talama, yəni xx xxxxx 2021-ci il tarixdən xx xxxxx 2021-ci il tarixə keçən gecə X4 məxsus meyvə-tərəvəz mağazasından 60 manat qəpik pullarını və 40 manat dəyərində bir ədəd kamera aparatını, X1 işlədiyi bərbərxanadan 450 manat dəyərində “Samsung A30s” markalı mobil telefonu oğurlayaraq özgəsinin əmlakını talamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru, polis mayoru X6 tərtib etdiyi protokolların məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 göstərdi ki, Şəxs xx xxxxx 2021-ci il tarixdən xx xxxxx 2021-ci il tarixə keçən gecə ona məxsus meyvə-tərəvəz mağazasından 60 manat qəpik pulları və 40 manat dəyərində bir ədəd kameranı oğurlamışdır. Hazırda Şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, bunun nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 göstərdi ki, Şəxs onun işlədiyi bərbərxanadan 450 manat dəyərində “Samsung A30s” markalı mobil telefonu oğurlamışdır. Hazırda Şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, bunun nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxx 2021-ci il tarixdən xx xxxxx 2021-ci il tarixə keçən gecə X4 məxsus meyvə-tərəvəz mağazasından 60 manat qəpik pulları və 40 manat dəyərində bir ədəd kamera aparatını, X1 işlədiyi bərbərxanadan 450 manat dəyərində “Samsung A30s” markalı mobil telefonu oğurlayaraq özgəsinin əmlakını talamışdır. Əməlindən peşmandır və ona yüngül tənbeh verilməsini xahiş edir. Beləliklə, Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Zərərçəkmiş şəxslər məhkəməyə ərizə ilə müraciət edərək inzibati xətanı törətmiş şəxslə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İXM-nin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda. İnzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 39, 40, 43, 53, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu fərdi evdə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-603/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-603/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver