Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-603/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs xx.xx.1963-cü il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi ev 92/2 mənzil 26-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materialdan və əlavə edilmiş sənədlərdən görünür ki, “Mersedes” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2023-cü il tarixdə saat 07:05 radələrində idarə etdiyi “Mersedes” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində Yesenin küçəsi ilə Mərdəkan qəsəbəsi istiqamətindən, Mərkəz-Şəhər istiqamətində iki istiqamətli, istiqamətləri bir xətt ayıran yolda saatda 30-40 km sürətlə hərəkətdə olarkən yolun sağ kənarında təmizlik işləri apararaq piyada keçidi tərəfə gedən süpürgəçi Zərərçəkmiş şəxs avtomobilinin sağ yan güzgüsü ilə vuraraq xəsarət yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon DYPŞ YNH inspektoru, polis leytenantı X2 tərəfindən 24 fevral 2023-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 07:05 radələrində idarə etdiyi “Mersedes” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində Yesenin küçəsi ilə Mərdəkan qəsəbəsi istiqamətindən, Mərkəz-Şəhər istiqamətində iki istiqamətli, istiqamətləri bir xətt ayıran yolda saatda 30-40 km sürətlə hərəkətdə olarkən yolun sağ kənarında təmizlik işləri apararaq piyada keçidi tərəfə gedən süpürgəçi Zərərçəkmiş şəxs görməyərək avtomobilinin sağ yan güzgüsü ilə vuraraq xəsarət yetirmiş, piyada yerə yıxıldıqdan sonra avtomobolo saxlayıb yerə düşmüş və qadını xəstəxanaya aparmışdır. Ehtiyatsızlıqdan törədiyi bu əməlindən peşmandır. Bütün müayinə və müalicə xərclərini ödəyərək zərərçəkmiş şəxslə barışmışdır. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 07:05 radələrində Mərdəkan qəsəbəsi ərazisində Yesenin küçəsində Mərdəkan qəsəbəsi ərazisində Mərkəz-Şəhər istiqamətində gedən yolun kənarında təmizlik işləri apararaq yolu süpürərək piyada keçidi tərəfə piyada hərəkət edən zaman sonradan “mersedes” markalı avtomobil qəfil onu vurmuş, o da huşunu itirərək yerə yıxılmışdır. Həmin avtomobilin sürücüsü Şəxs onu xəstəxanaya aparmış, müayinə və müalicə xərclərini ödəmişdir. Hazırda özünü yaxşı hiss edir, Şəxs ilə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə araşdırma zamanı yazıb notarial qaydada təsdiq etdirdiyi ərizəni təhqiqatçıya vermiş, hazırda da eyni məzmunlu ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1 Elmi-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli 136 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər xx.xx.2023cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materilallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 fevral 2023-cü il tarixli qərardan müəyyən olunur ki, xx.xx.2023-cü i ltarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Mersedes” markalı **-XH- *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tərkibinin yaranması məlum olduğu üçün onun barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın surəti icra olunması üşün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq təhqiqat orqanına və məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq Şəxs yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-603/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-603/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver