Məhkəmə qərarları › İş №3(003)-603/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-603/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-603/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, «08 saylı X5 Məktəbinin» direktoru X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 10 mart 2025-ci il tarixli MN seriaylı 1870007saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «08 saylı X5 Məktəbinin» direktoru X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 10 mart 2025-ci il tarixli MN seriaylı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 10 mart 2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə X1 iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə araşdırılması üçün işəgötrürən tərəfindən hadisə baş verən gün X8 Xidmətinə məlumat verilməməsi barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi və həmin maddənin tələbinə əsasən 1000 (bir min) manat məbləğində cərimə olunmağı qərara alınmışdır. Hesab edir ki, 10 mart 2025-ci il tarixli MN ******* nömrəli qərar aşağıdakı sadalanan səbəblərdən tam əsassızdır, Azərbaycan Respublikasının qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri pozularaq qəbul edilmişdir və buna görə də məhkəmə qaydasında ləğv edilməlidir.Belə ki, barəsində inzibati protokol tərtib edilən Pəri Paşayeva 2015-ci ildən 8 №- li X6 Məktəbinin direktoru vəzifəsində çalışır və həmin vaxtdan bugünədək iş fəaliyyətində heç vaxt nöqsan olmamışdır. Rəhbərlik etdiyi müəssisədə kollektivin nüfuzunu qazanmış və qüsursuz fəaliyyət göstərir. Qeyd edir k, X2 8 ildən çoxdur ki, 8 №-li X6 Məktəbinində xadimə vəzifəsində işləyir. Bir işçi kimi kollektivdə nifaq salan, ədavət aparması ilə tanınmışdır. İşçi olaraq əmək müqaviləsindən irəli gələn əmək funksiyalarını lazımi qaydada yerinə yetirmirdi. Hadisə baş verən zaman onun harda yıxılmasındın, hansı şəraitdə necə baş verməsindən, hansı işi gördüyündən heç kimin xəbəri olmamış, onunla işləyən işçilərdə məlumatsız olmuşlar. Rəhbərlik etdiyi müəssisənin müdiri kimi bu barədə işəgötürənə məlumat verilməmişdir. Müəssisənin iş ahəngi isə adi günlərdə olduğu kimi davam etmişdir. Əgər işəgötürən bu haqda məlumatlı olsaydı əmək qanunvericiliyin tələblərinə uyğun hərəkət edərək, onu həmin gün işdən kənarlaşdırmaqla onun xəsarət alıbalmamasını müəyyən etmək üçün tibb məntəqəsinə aparıb müayinədən keçirərdi. Buna görə də hesab edirik ki, X2 işlədiyi yerdə istehsalat qəzası və yaxud peşə xəstəliyi keçirməmişdir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən isə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur.Barəsində tərtib olunmuş qərara baxılan zamanı iştirakı təmin olunmamış, inzibati xəta ilə bağlı olan işin baxılmasının vaxtı və yeri barədə mənə məlumat verilməmiş, nəticədə qərar qəbul edən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalara dair müdafiə hüququnu hazırlamaqla yanaşı vaxtında gəlməməsinə şərait yaratmamış, sübutların araşdırılması və qiymətləndirilməsi prinsiplərini pozmuşdur.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar.Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir.Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.Göründüyü kimi, həmin protokolun tərtib olunması zamanı İnzibati Xətalar Məcəlləsinin bu müddəalarının kobud şəkildə pozulması ilə tərtib olunmuş protokol sözügedən qərarın qəbul edilməsi üçün əsas ola bilməz.Eyni zamanda qəbul edilərkən, yəni barəmdə inzibati xəta haqqında işə mənim iştirakım olmadan baxılmışdır. İşə baxılmasının yeri və müddəti mənə vaxtında bildirilməmişdir və bu barədə mənim məlumatım olmamışdır.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş 10 mart 2025-ci il tarixli MN seriaylı ******* saylı protokol qanunsuz və əsassızdır. Belə ki, təqdim olunmuş sənədlərdən sübuta yetirilir ki, onun tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində «08 saylı X5 Məktəbinin» direktoru X7 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə məlumat verilsədə məhkəmə iclasında nümayənələrinin iştiraklarının təmin etməmişlər. Məhkəmə onların iştirakları olmadan məhkəmə iclsının keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən «08 saylı X5 Məktəbinin» direktoru X4 vəkili və nümayəndəsi Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 10 mart 2025-ci il tarixli MN seriaylı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X9 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, «08 saylı X5 Məktəbinin» direktoru X12 tərəfindən işçisi X1 iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə araşdırılması üçün işəgötrürən tərəfindən hadisə baş verən gün X8 Xidmətinə məlumat verilməməsi barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tələbləri pozulduğundan barəsində 10 mart 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, «08 saylı X5 Məktəbinin» direktoru X12 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «08 saylı X5 Məktəbinin» direktoru X12 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaX8 Xidmətinə ünvanlanmış 19 fevral 2025-ci il tarixli 25 saylı məktubda qeyd edilmişdir ki, 08 yanvar 2025-ci il tarixdə məktəbin yataqxana korpusunda çarpayıların üstünü səliqəyə salarkən kiçik tumbanın üzərinə çıxıb ehtiyatsızlıqdan tumba onun ağırlığına dözməyib sınmış və o kiçik məsafədən yıxılmışdır. Bu hadisədə sonra oişinə davam etmişdir. Həmin gündən X3 hər gün idə olmuşdur. X8 Xidmətinə məxsus müraciət vərəqəsindən görünür ki, «08 saylı X5 Məktəbində»08 yanvar 2025-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə məlumat DƏMX-nə 15 yanvar 2025-ci il tarixdə göndərilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən rəis müavini X10 tərəfindən tərtib edilmiş 10 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, «08 saylı X5 Məktəbinin» direktoru X12 tərəfindən işçisi X2 ilə 08 yanvar 2025-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə DƏMX-nə həmin gün məlumat verilməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 555.1-ci maddəsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X8 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X8 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Həmin Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X8 Xidməti həyata keçirir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən rəis müavini X10 tərəfindən tərtib edilmiş 10 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, «08 saylı X5 Məktəbinin» direktoru X12 tərəfindən işçisi X2 ilə 08 yanvar 2025-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə DƏMX-nə həmin gün məlumat verilməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında «08 saylı X5 Məktəbinin» direktoru X4 vəkili və nümayəndəsi Nümayəndə şikayət ərizəsində qeyd etdiyi xüsusatları təsdiqləyərək hadisə baş verən zaman onun harda yıxılmasındın, hansı şəraitdə necə baş verməsindən, hansı işi gördüyündən heç kimin xəbəri olmamış, onunla işləyən işçilərdə məlumatsız olmuşlar. Bu barədə işəgötürənə məlumat verilməmişdir. Müəssisənin iş ahəngi isə adi günlərdə olduğu kimi davam etmişdir. Əgər işəgötürən bu haqda məlumatlı olsaydı əmək qanunvericiliyin tələblərinə uyğun hərəkət edərək, onu həmin gün işdən kənarlaşdırmaqla onun xəsarət alıb-almamasını müəyyən etmək üçün tibb məntəqəsinə aparıb müayinədən keçirərdi və bununlada tərəflərindən hər hansı bir inzibati xəta pozuntusu törədilmədiyini bildirərək 10 mart 2025-ci il tarixli MN seriaylı 1870007saylı inzibati tənbeh vermə haqqında qərarın inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X8 Xidmətinə məxsus müraciət vərəqəsindən görünür ki, «08 saylı X5 Məktəbində»08 yanvar 2025-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə məlumat DƏMX-nə X15 tərəfindən 15 yanvar 2025-ci il tarixdə göndərilmişdir. Bununlada əmək qanunvericiliyinin tələbləri pozularaq gecikmə ilə 15 yanvar 2025ci il tarixdə X8 Xidmətinə göndərilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsində birmənalı olaraq göstərilmişdir ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisə barədə dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana hadisə barədə məlumat verməyə borcludur. Göründüyü kimi, maddənin dispozisiyasında da hadisə baş verən günün iş günü olmadıqda hadisə barədə məlumatın növbəti iş günündə verilməsi barədə heç bir qeyd yoxdur. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, «08 saylı X5 Məktəbinin» direktoru X12 tərəfindən işçisi X2 ilə 08 yanvar 2025-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə DƏMX-nə həmin gün məlumat verilməməsi təsdiq edilmiş, bununla da şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, «08 saylı X5 Məktəbinin» direktoru X12 tərəfindən işçisi X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 10 mart 2025-ci il tarixli MN seriaylı 1870007saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: «08 saylı X5 Məktəbinin» direktoru X12 tərəfindən verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 10 mart 2025-ci il tarixli MN seriaylı 1870007saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar