Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-604/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X1 vəkili Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 xidmətinin nümayəndəsi X2 iştirakları ilə X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 xidmətinin İnzibati tənbeh vermə haqqında 16 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X7 şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 xidmətinin İnzibati tənbeh vermə haqqında 16 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 02 mart 2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan şikayətçi X1 vəkili Vəkil ərizə təqdim edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 xidmətinin İnzibati tənbeh vermə haqqında 16 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X1 vəkili Vəkil şikayəti müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 xidməti 1 il bundan əvvəl, yəni 16 aprel 2021-ci il tarixdə MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və məcburi icra üçün Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərmişdir. İcra məmuru Elvin Fərzəliyev 02 mart 2022-ci il tarixdə İcraata başlamaq haqqında qərar qəbul etmiş və tələbin könüllü icrası haqqında bildirişlə 19 aprel 2022-ci il tarixdə tərəflərindən qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 xidmətinin İnzibati tənbeh vermə haqqında 16 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı qanunvericiliyə zidd oldugundan ləğv edilməli və Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 02 mart 2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarında nəzərdə tutulmuş inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati tənbeh vermə haqqında 16 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərar tam qanunsuz və qərəzli şəkildə yazılmış qərardır. Qərarda qeyd edilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin (İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası) tələbləri "xxxx" MMC tərəfindən pozulmamış, qeyd edilən 12 nəfər və eləcə də, digər işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası tam təmin edilmişdir. Bu məqsədlə "xxxx" ASC ilə "xxxx" MMC arasında 18 fevral 2021-ci il tarixli PH********** nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq 12 nəfər üçün nəzərdə tutulmuş 282,85 (iki yüz səksən iki manat səksən beş qəpik) manat sığorta haqqı 31 mart 2021-ci il tarixli, 13292109 nömrəli ödəmə tapşırığı ilə aidiyyatı üzrə icra edilmişdir. Lakin İnzibati tənbeh vermə haqqında Qərar və eləcə də, bundan əvvəl, yəni 06 aprel 2021-ci il tarixdə tərtib edilən ******* nömrəli protokol barədə aidiyyatı üzrə məlumat verilməmiş və tərəfin iştirakı təmin edilməmişdir. Təqribən 1 ildən sonra qərar icra üçün Bakı şəhəri Xəzər rayon icra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən həmin məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda İnzibati xətalar haqqında işlər üzrə icraat rədd edilir. Ona görə də, X17 xidmətinin İnzibati tənbeh vermə haqqında 16 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı rədd edilməlidir. Həmçinin bildirdi ki, İnzibati tənbeh vermə haqqında 16 aprel 2021-ci il tarixli qərarı 19 aprel 2022-ci il tarixdə almışlar və bunu təsdiq edən sənəd vardır. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 xidmətinin nümayəndəsi X13 göstərdi ki, İcbari sığorta bürosunun 11 dekabr 2020-ci il tarixli məktubu əsasında aparılmış inzibati araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru X7 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə görə işçilərin (12 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Buna görə də, onun barəsində MN seriyalı ******* nömrəli 06 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib edilərkən "xxxx" MMC-nin direktoru X7 və hüquqşünası X8 iştirak etsələr də, protokolu imzalamaqdan imtina etmişlər və bu barədə protokolda qeyd edilmişdir. "xxxx" ASC ilə "xxxx" MMC arasında müddətsiz bağlanmış 18 fevral 2021-ci il tarixli PH********** nömrəli müqaviləyə əsasən işçilər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığortalansalar da, həmin işçilər əmək müqaviləsi bağlandığı vaxtdan sığorta müqaviləsi bağlanmalı idi. Lakin həmin işçilərlə əmək müqaviləsi bağlanarkən işçilər sığortalanmamışdır. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə görə işçilərin (12 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmədiyinə görə "xxxx" MMC Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 3(005)-804/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Bundan əlavə şikayətçi İnzibati tənbeh vermə haqqında 16 aprel 2021-ci il tarixli qərarı 19 aprel 2022-ci il tarixdə aldığını bildirsə də, X7 26 aprel 2021-ci il tarixdə şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək DƏMX-nin rəis müavini X9 tərəfindən barəsində 16 aprel 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin sonradan ərizə yazaraq həmin qərardan verdiyi şikayətin geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş DƏMX-nin baş müfəttişi X16 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli 06 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə görə işçilərin (12 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmədiyinə görə "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X7 protokolu imzalamaqdan imtina etmiş və bu barədə protokolda qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş DƏMX-nin rəis müavini X9 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 16 aprel 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə görə işçilərin (12 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmədiyinə görə "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 18 fevral 2021-ci il tarixli PH********** nömrəli müqavilədən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında müddətsiz bağlanmış müqaviləyə əsasən işçilər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmışdır. Taksit olaraq 282,85 (iki yüz səksən iki manat səksən beş qəpik) manat sığorta haqqı müəyyən edilmişdir. İş materiallarında olan 31 mart 2021-ci il tarixli, 13292109 nömrəli ödəmə tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 282,85 (iki yüz səksən iki manat səksən beş qəpik) manat sığorta haqqı ödənilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X7 ilə əmək müqaviləsi 11 aprel 2017-ci il tarixdən bağlanmışdır. İş materiallarında olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X14 ilə "xxxx" MMC arasında 11 aprel 2017-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan müqavilənin surətindən görünür ki, X10 02 noyabr 2019-cu il tarixdən 02 noyabr 2020-ci il tarixədək 1 il müddətinə "xxxx" MMC-də torpaqşünas vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan müqavilənin surətindən görünür ki, X15 06 noyabr 2019-cu il tarixdən 06 noyabr 2020-ci il tarixədək 1 il müddətinə "xxxx" MMC-də gözətçi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan müqavilənin surətindən görünür ki, X3 06 noyabr 2019-cu il tarixdən 06 noyabr 2020-ci il tarixədək 1 il müddətinə "xxxx" MMC-də gözətçi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan müqavilənin surətindən görünür ki, X4 09 dekabr 2020-ci il tarixdən 09 mart 2021-ci il tarixədək 3 ay müddətinə "xxxx" MMC-də gözətçi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan müqavilənin surətindən görünür ki, X11 08 fevral 2021-ci il tarixdən 08 mart 2021-ci il tarixədək 1 ay müddətinə "xxxx" MMC-də gözətçi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan müqavilənin surətindən görünür ki, X12 08 fevral 2021-ci il tarixdən 08 mart 2021-ci il tarixədək 1 ay müddətinə "xxxx" MMC-də gözətçi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan müqavilənin surətindən görünür ki, X6 11 fevral 2021-ci il tarixdən 11 mart 2021-ci il tarixədək 1 ay müddətinə "xxxx" MMC-də qaynaqçı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan müqavilənin surətindən görünür ki, X5 16 aprel 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək 1 ay müddətinə "xxxx" MMC-də traktorist vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan şikayət ərizəsindən görünür ki, X7 26 aprel 2021-ci il tarixdə şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək DƏMX-nin rəis müavini X9 tərəfindən barəsində 16 aprel 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hakimi Tərlan Əkbərova ünvanlanmış 21 iyun 2021-ci il tarixli ərizədən görünür ki, X7 icraatda olan 3(003)-681/2021 saylı inzibati iş üzrə DƏMX tərəfindən tərtib edilmiş ******* saylı qərardan verdiyi şikayətin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 3(005)-804/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə görə işçilərin (12 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmədiyinə görə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC-nin direktoru X7 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə görə işçilərin (12 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmədiyinə görə də, onun barəsində MN seriyalı ******* nömrəli 06 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında DƏMX-nin rəis müavini X9 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 16 aprel 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Həmçinin "xxxx" MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə görə işçilərin (12 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmədiyinə görə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 3(005)-804/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmədiyindən və Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarı qanuni qüvvəsini aldığından məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, DƏMX-nin rəis müavini X9 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 16 aprel 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas yoxdur və şikayət əsassız olduğundan rədd edilməlidir. Bundan başqa şikayətçi X7 MN seriyalı ******* nömrəli 16 aprel 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı 19 aprel 2022-ci il tarixdə aldığını bildirsə də, iş materiallanda olan 26 aprel 2021-ci il tarixli şikayət ərizəsindən görünür ki, X7 Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək DƏMX-nin rəis müavini X9 tərəfindən barəsində 16 aprel 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin sonradan ərizə yazaraq həmin qərardan verdiyi şikayətin geri qaytarılmasını xahiş etmişdir. Bu isə onu göstərir ki, şikayətçi İnzibati tənbeh vermə haqqında 16 aprel 2021-ci il tarixli qərarı əvvəlcədən əldə etmiş və ondan şikayət etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülmüşdür. Buna baxmayaraq şikayətçi tərəfindən qərardan şikayət vermə müddətinin buraxılması səbəbinin üzrlü hesab edilərək bərpa edilməsi barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 xidmətinin İnzibati tənbeh vermə haqqında 16 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-604/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-604/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver