Məhkəmə qərarları › İş №3(003)-606/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-606/2022

30.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-606/2022 30.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxxxxxx 1992-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 30 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs 30 aprel 2022-ci il tarixdə saat 01:00 radələrində içkili vəziyyətdə Binə qəsəbəsində körpünün yanında söyüş söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 30 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs 30 aprel 2022-ci il tarixdə saat 01:00 radələrində içkili vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə dayısı oğlu Ramin, arvadı Nuranə və onların azyaşlı uşaqları ilə birlikdə Raminin idarə etdiyi avtomobillə Binə qəsəbəsinə qonaq getmişlər. Gecə saatlarında qonaqlıqdan qayıdarkən Binə qəsəbəsindəki körpünün yanında Ramin avtomobili saxlamış və onlara polis əməkdaşı yaxınlaşmışdır. İçkili olduğuna görə hadisəni xatırlamır, lakin onlara yaxınlaşan polis əməkdaşı onu yerə yıxıb təpiklə vurmuşdur. Məhkəmədən barəsində cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, Bakı şəhəri Xəzər RPİ-nin Mühafizə İdarəsində polis nəfəridir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında o, Binə qəsəbəsindəki körpünün yanında xidmətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində ağ rəngdə olan “Azsamand” markalı avtomobil körpünün yanında dayanmışdır. Avtomobilin içərisində sürücü, adını sonradan bildiyi Şəxs, bir nəfər qadın və azyaşlı uşağın olduğunu görmüşdür. Avtomobildə olan qadın köməyə çağıraraq qapıların açılmasına səy göstərsə də buna nail ola bilmirdi. O, avtomobilə yaxınlaşaraq sürücüdən qapıların açılmasını tələb etmişdir. Qapılar açıldıqdan sonra orada olan qadın avtomobildən düşmüş, Şəxs göstərərək onu döydüyünü və Turalın polisə aparılmasını bildirmişdir. Şəxs isə səs-küy salaraq söyüşlər söymüş, ictimai qaydanı pozmuşdur. O, məcbur olaraq post patrul xidmətinin əməkdaşlarını köməyə çağırmışdır. Kömək gələnə kimi sürücü, həmin qadın və azyaşlı uşaq avtomobillə oradan uzaqlaşmışlar. PPX-nin əməkdaşları Şəxs bir neçə dəfə nizam-intizama dəvət etsələr də o, öz hərəkətlərini davam etdirərək şöbəyə getməkdən imtina etmiş, lakin buna baxmayaraq sonradan şöbəyə aparılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində Binə qəsəbəsindəki körpünün yanında içkili vəziyyətdə ictimai qaydanı pozaraq söyüşlər söymüşdür. Oraya gələn polis əməkdaşları onu bir neçə dəfə nizamintizama dəvət etmələrinə baxmayaraq o, öz əməllərini davam etmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon 3-cü PB-nin polis nəfərləri Cahangirzadə Əkrəm və Əzizov Azərin raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01:54 radələrində Xəzər RPİ-nin növbətçi hissəsinə Binə körpüsündə xidmət aparan əməkdaşı məlumat vermişdir ki, bir nəfər şəxs ictimai asayişi pozmuş, tabe olmadığına görə onlardan kömək istəmişdir. Oraya yaxınlaşdıqdan sonra məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İş materiallarında olan 1/845 saylı xx.xx.2022-ci il tarixli saat 03:15-də tərtib edilmiş Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparlan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini, səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətini dayandırmasını tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərin davam etdirməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1 və 33.1.7-ci maddələrinə əsasən məsuliyyətini ağırlaşdıran hallar kimi hesab edir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, heç bir yerdə işləməməsini, məsuliyyətini ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 02:15-də tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 30 aprel 2022-ci il saat 02:15-dən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar