Məhkəmə qərarları › İş №3(003)-610/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-610/2022

13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-610/2022 13.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X6 Airlines» MMC-nin nümayəndəsi X1 iştirakı ilə «X6 Airlines» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında EP seriyalı 00330166 nömrəli, 27 aprel 2022-ci il tarixli protokola əsasən «X6 Airlines» MMC 31900 ABŞ dolları məbləğində vəsaiti 20 mart 2020ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 31900 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, «X6 Airlines» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X6 Airlines» MMC-nin nümayəndəsi X2 göstərdi ki, «X6 Airlines» MMC Sinqapurda fəaliyyət göstərən «Sinomech Singapore PTE Ltd» şirkəti ilə arasında bağlanmış SS200318-C nömrəli, 18 mart 2020-ci il tarixli müqaviləyə əsasən COVİD 19 testlərinin alınması üçün həmin şirkətin bank hesabına avans yolu ilə 20 mart 2020-ci il tarixdə 31900 ABŞ dolları məbləğində vəsait ödəmişdir. Lakin «Sinomech Singapore PTE Ltd» şirkəti həmin testləri göndərmədiyindən «X6 Airlines» MMC-nin Sinqapurda olan nümayəndəsi X5 Mustafa Sinqapur polis idarəsinə müraciət etmişdir. X3 ərizəyə cavab olaraq bildirmişdir ki, polis Sizin ərizənizə baxacaq və təhqiqata başlanıb-başlanmaması qiymətləndiriləcəkdir. Əlavə məlumat və ya izahata ehtiyac olarsa İstintaq məmuru Sizinlə əlaqə saxlaya bilər. Təhqiqatlar başlanılarsa, ilkin gedişat barəsində məlumat Sizə 7 iş günü ərzində təqdim ediləcəkdir. «X6 Airlines» MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını və təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, «X6 Airlines» MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «X6 Airlines» MMC ilə «Sinomech Singapore PTE Ltd» şirkəti arasında bağlanmış SS200318-C nömrəli, 18 mart 2020-ci il tarixli müqavilədən görünür ki, 1000 ədəd testin qiyməti 31900 ABŞ dolları müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin köçürmə ərizəsinin surətindən görünür ki, «X6 Airlines» MMC tərəfindən «Sinomech Singapore PTE Ltd» şirkətinin xeyrinə SS200318-C nömrəli, 18 mart 2020-ci il tarixli müqaviləyə əsasən 20 mart 2020-ci il tarixdə 31900 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş X5 Mustafa tərəfindən Sinqapur polis idarəsinə ünvanlanmış müraciətdən görünür ki, SS200318-C nömrəli, 18 mart 2020-ci il tarixli müqaviləyə əsasən «Sinomech Singapore PTE Ltd» şirkəti 1000 ədəd testi göndərmədiyindən bununla bağlı Sinqapur polis idarəsinə müraciət olunaraq tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş X3 tərəfindən X5 Mustafaya ünvanlanmış məktubdan görünür ki, onun ərizəsinə cavab olaraq bildirmişdir ki, polis Sizin ərizənizə baxacaq və təhqiqata başlanıb-başlanmaması qiymətləndiriləcəkdir. Əlavə məlumat və ya izahata ehtiyac olarsa İstintaq məmuru Sizinlə əlaqə saxlaya bilər. Təhqiqatlar başlanılarsa, ilkin gedişat barəsində məlumat Sizə 7 iş günü ərzində təqdim ediləcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmədə müəyyən olundu ki, «X6 Airlines» MMC Sinqapurda fəaliyyət göstərən «Sinomech Singapore PTE Ltd» şirkəti ilə arasında bağlanmış SS200318-C nömrəli, 18 mart 2020-ci il tarixli müqaviləyə əsasən COVİD 19 testlərinin alınması üçün həmin şirkətin bank hesabına avans yolu ilə 20 mart 2020-ci il tarixdə 31900 ABŞ dolları məbləğində vəsait ödəmişdir. Lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq «Sinomech Singapore PTE Ltd» şirkəti həmin testləri göndərməmiş və ödənilmiş 31900 ABŞ dolları məbləğində vəsaiti geri qaytarmamışdır. Buna görə də, «X6 Airlines» MMC 31900 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim edə bilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta tərkibi olmadığına görə «X6 Airlines» MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X6 Airlines» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar