Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-612/2022 22.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası X1 nümayəndəsi Nümayəndə2 və Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə3 iştirakları ilə Şəxs (bundan sonra MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının X3ndən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli 27 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, X2 Aeroportunun ərazisində 27 aprel 2022-ci il tarixdə, saat 16:00-da ADRA-nın tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişin tam yerinə yetirilməməsi faktı aşkar edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X1 nümayəndəsi Nümayəndə2 bildirdi ki, Azərbaycan Respublikası X3 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, X2 Aeroportun ərazisində Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tələblərini pozması faktı aşkar edilmişdir. Belə ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 Aeroportu ərazisində X1 tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstəriş tam olaraq yerinə yetirilməmişdir. Belə ki, həmin ərazidə olan reklam qurğusunun tikintisi razılaşdırılmamışdır. Həmin qurğuların üzərində “Air Media” yazısı da, mövcuddur. Həmin qurğular Şəxs MMC-yə məxsusdur. Qanunvericilikdə yazılı göstərişin nə olması ilə bağlı hər hansı bir qeyd yoxdur. Sadəcə qeyd olunub ki, qurğunu əraziyə yerləşdirməmişdən qabaq Azərbaycan Respublikası X3ni məlumatlandırmalıdır. Bu səbəbdən 27 aprel 2022ci il tarixdə Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs MMC tərəfindən agentliyə cavab olaraq yazılmış 25 aprel 2022-ci il tarixli məktubda X2 Aeoroportu ərazisində onlar tərəfindən roller tipli reklam qurğusunun quraşdırılması ilə bağlı qeyd edilən fakt əsassız olduğu və Şəxs MMC tərəfindən məktubda qeyd edilən normativ hüquqi aktların heç bir müddəasının pozulmadığı qeyd edilmişdir. Lakin həmin qurğu Şəxs MMC tərəfindən quraşdırılmışdır. Həmin ərazidə quraşdırılmış qurğuların sökülməsi ilə bağlı MMC-yə müraciət edilmişdir. Şəxs MMC bildirmişdir ki, həmin reklam qurğuları onların mülkiyyətində deyildir. Qanunvericilikdə qeyd edilir ki, açıq məkanda reklam qurğularının yerləşdirilməsinə münasibətdə müraciətdə həmin reklam qurğularının mülkiyyətçisi, digər reklam daşıyıcılarına münasibətdə isə istifadəçilər müraciət etməlidir. Lakin indiki halda reklam qurğularının mülkiyyətçisi başqa hüquqi şəxs olsa da, reklam yayımının dayandırılması üçün Şəxs MMC müraciət etməsi ağlabatan deyildir. Qeyd olunanlara əsasən Şəxs MMC-nin barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası X1 nümayəndəsi Nümayəndə1 Nümayəndə2 izahatına uyğun, eyni məzmunlu izahat verərək məhkəmədən Şəxs MMCnin barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə3 bildirdi ki, həmin reklam qurğusu Şəxs MMC-nin mülkiyyətində deyildir. Belə ki, inzibati xətanın predmeti olan reklam qurğusu Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixli, V/AM/01 №-li müqaviləyə əsasən "xxxx" MMC-yə satılmışdır. İnzibati xəta haqqında protokol tərtib edilən zaman ADRA-nın əməkdaşları tərəfindən onlara təqdim edilmiş sübutlar qiymətləndirilməmiş və əsassız olaraq protokol tərtib edilmişdir. Belə ki, "xxxx" MMC-dən alınmış məlumata görə sözügedən reklam qurğusunun quraşdırılması ilə bağlı xx.xx.2022-ci il tarixli, 440/2022 №-li məktubla ADRAya müraciət edilmişdir. Bu hal isə özü bir daha sübut edir ki, həmin reklam qurğusu "xxxx" MMC-nin mülkiyyətindədir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.5-ci maddəsinə əsasən həmin reklam qurğusu tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə aiddir və bu tip reklam qurğuları ilə bağlı məsələlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydasi ilə tənzimlənir. Həmin Qaydanın 3.1-ci maddəsinə əsasən müvafiq qurum reklam qurğusunun quraşdırılması zamanı bu Qaydanın 2-ci hissəsinin tələblərinin pozulması hallarını aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə şəxsə icrası məcburi olan yazılı göstəriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Həmçinin həmin Qaydanın 3.2.1-ci maddəsinə əsasən şəxs yazılı göstərişə uyğun olaraq müvafiq qurumu məlumatlandırmadan quraşdırılmış reklam qurğusuna görə bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq tədbirlər görür. Əlavə olaraq qeyd edim ki, həmin Qaydanın 3.5.1-ci maddəsinə əsasən müvafiq qurum 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş tədbirlərin şəxs tərəfindən görülmədiyini müəyyən etdikdə reklam qurğusunun sökülməsi barədə qərar qəbul edir. Lakin Azərbaycan Respublikası X3 tərəfindən MMC-yə ünvanlanmış 21 aprel 2022-ci il tarixli, 01-07/160 №-li məktubda birbaşa olaraq reklam qurğusunun sökülməsini tələb edilmişdir. Şəxs MMC tərəfindən ADRA-ya ünvanlanmış 25 aprel 2022ci il tarixli məktubla qeyd olunan faktın əsassız olduğunu və heç bir normativ hüquqi aktın tələblərinin pozulmadığı qeyd edilsə də, ADRA 26 aprel 2022-ci il tarixli məktubla MMC barəsində protokol tərtib ediləcəyini bildirmişdir. Buradan görünür ki, ADRA həmin Qaydanın prosessual ardıcıllığını pozmuşdur. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinin heç bir tələbi pozulmamışdır, çünki ADRA reklam qurğusunun mülkiyyətçisi Şəxs MMC deyildir və qurğu ilə bağlı hər hansı hərəkət etmək hüququ olmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası X3nə ünvanlanmış 20 aprel 2022-ci il tarixli məktubun surətindən görünür ki, X2 Aeroportunun ərazisində reklam qurğularının quraşdırılmasına və 20 aprel 2022-ci il tarixdən etibarən 3 ay müddətinə həmin qurğularda reklam yayımlanmasına razılıq verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X3 tərəfindən "xxxx" MMC-nə ünvanlanmış 20 aprel 2022-ci il tarixli məktubun surətindən görünür ki, X2 Aeroportunun ərazisində 2 ədəd roller tipli reklam qurğusunun üzərində reklam yerləşdirilməsinə icazə verilməsi barədə müraciətə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.1 -ci bəndinə əsasən reklam yayıcısı açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Qaydanın 2.2-ci bəndinə əsasən ərizəyə reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajı, yerin rəngli fotosu (sxemi) və vəziyyət planı, reklamın eskizi və ölçüləri, shsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrin reklamı yerləşdirilərkən müvafiq lisenziya, yaxud sertifikatın və ya digər icazənin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti, reklamda əmtəə nişanı və coğrafi göstərici xarici dildə yerləşdiriləcəyi halda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin verdiyi qeydiyyat şəhadətnaməsi əlavə olunmalıdır. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən ərizə və ona əlavə olunmuş sənədlər bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin tələblərinə uyğun olmadıqda (aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar istisna olmaqla) və icazə istənilən reklam həmin Qaydanın 1.6-cı bəndinin tələblərinə cavab vermədikdə, icazənin verilməsindən imtina edilir. Bu səbəbdən müraciətdə reklam yerləşdirmək istədiyiniz qurğulara mülkiyyət hüququnu təsdiq edən sənədlər, o cümlədən reklamların eskizləri əlavə edilməmişdir. Dövlət Agentliyinin əməkdaşları tərəfindən aparılmış monitorinq zamanı üzərində reklam yerləşdirmək istədiyiniz reklam qurğularının Azərbaycan Respublikası Prezidentinin 2019cu il 17 oktyabr tarixli 843 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə-tələb olunmayan reklam qulularınını quraşdırılması və sökülməsi Qaydası”nın tələbləri pozulmaqla quraşdırıldığı aşkar edilmişdir. Qeyd olunanlara əsasən Şəxs MMC müraciətində göstərilən ünvanlardakı reklam qurğularının üzərində reklam yerləşdirilməsi yolverilməzdir. İş materiallarında olan Azərbaycan Respublikası X3 tərəfindən Şəxs MMC-yə ünvanlanmış 21 aprel 2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının X3 tərəfindən açıq məkanda reklam fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış monitorinq zamanı X2 Aeroportunun ərazisində Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 843 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Şəhərsalma və Tlkinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın tələbləri pozulmaqla 2 ədəd roller tipli reklam qurğusunun quraşdırılması və 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələbləri pozulmaqla həmin qurğuların üzərində reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Qeyd olunanlarla əlaqədar, adıçəkilən normativ hüquqi aktların müddəalarının icrası zərurəti ilə əlaqədar Şəxs MMC tərəfindən müvafiq reklam qurğularının sökülməsi və onların üzərində yerləşdirilən reklamların yayımının dayandırılması tələb edilmişdir. Əks təqdirdə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinə uyğun olaraq tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan 27 aprel 2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası X1 daxili nəzarət və monitorinq şöbəsinin əməkdaşları tərəfindən 21 aprel 2022-ci il tarixdə aparılmış monitorinq zamanı Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 843 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın tələbləri pozulmaqla 2 ədəd roller tipli reklam qurğusunun quraşdırılması faktı aşkar edilmiş, bununla əlaqədar Şəxs MMC-yə 21 aprel 2022-ci il tarixdə məktub ünvanlanaraq qanunvericiliyin tələblərinə əməl edilməsi və nöqsanların aradan qaldırılması tələb edilmişdir. 27 aprel 2022-ci il tarixdə aparılmış təkrar monitorinq zamanıŞəxs MMC tərəfindən nöqsanların aradan qaldırılmadığı müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Şəxs MMC-nin “Air Media” filialı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əməkdaşlıq haqqında müqavilənin surətindən görünür ki, tərəflər arasında razılaşdırılmış şərt və qaydalara əsasən “Air Media” ona məxsus olan müqavilənin 1 nömrəli əlavəsində qeyd edilmiş reklam qurğularını "xxxx"xxxx"xxxx" MMC isə öz növbəsində“Air Media” üçün müqavilənin 2 nömrəli əlavəsində razılaşdırılmış preyskurantlar üçün reklam xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası X3nə ünvanlanmış 25 aprel 2022-ci il tarixli, 55 nömrəli məktubun surətindən görünür ki, X2 Aeroportunun ərazisində onlar tərəfindən 2 əddə roller tipli reklam qurğusunun quraşdırılması ilə bağlı qeyd etdiyiniz fakt əsassızdır. Belə ki, tərəflərindən məktubda qeyd edilən normativ hüquqi aktların heç bir müddəası pozulmamışdır. Bu səbəbdən ünvanlanmış məktubun heç bir hüquqi əsası yoxdur. Qeyd olunanları nəzərə alaraq hansı tələbləri pozmaqları ilə əlaqədar faktın onlara bildirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.5-ci maddəsinə əsasən bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci madəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qaydaların 2.15-ci bəndinə əsasən reklam yayıcısı reklam yerləşdirilməsinə icazə verilmiş reklam daşıyıcısında icazənin qüvvədə olduğu müddətdə digər reklamı yerləşdirmək niyyəti barədə müvafiq qurumu məlumatlandırmalıdır. Bunun üçün yeni reklam yerləşdirilməzdən əvvəl müvafiq quruma bu Qaydanın 2.2.5‒2.2.7-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlər təqdim edilir. Müvafiq qurum sənədlərin alındığı tarixdən 5 iş günündən gec olmayaraq bu Qaydanın 2.6.2-ci yarımbəndində nəzərdə tutulmuş halları müəyyən etdikdə, onların aradan qaldırılması üçün reklam yayıcısına bildiriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Qeyd edilən müddət ərzində müvafiq qurum iradlarını bildirmədikdə, habelə bildirilmiş iradları aradan qaldırdıqdan sonra reklam yayıcısı bu bəndin birinci cümləsində nəzərdə tutulmuş digər reklamı yerləşdirə bilər. İstehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan yeni əmtəələrin reklamı yerləşdirildiyi halda isə mövcud icazə bu Qaydanın 2.21-ci bəndinə uyğun olaraq yenidən rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2019-cu il tarixli, 843 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi” Qaydasının 2.2-ci bəndinə əsasən şəxs reklam qurğusunun quraşdırılması niyyəti barədə müvafiq qurumu məlumatlandırmalıdır. Bunun üçün reklam qurğusunun quraşdırılmasından əvvəl şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizəni müvafiq qurum “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun qəbul edir və qeydiyyata alır. Bu Qaydaların 2.3-cü bəndinə əsasən müvafiq qurum şəxsin təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.2-ci bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və reklam qurğusunun quraşdırılmasına imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün şəxsə bildiriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar şəxsə eyni zamanda bildirilməlidir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən müvafiq qurum təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq reklam qurğusunun quraşdırılmasının bu Qaydanın 2.1-ci yarımbəndində nəzərdə tutulmuş tələblərə cavab verməməsini müəyyən etdikdə, onların aradan qaldırılması üçün şəxsə bildiriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Qeyd edilən müddət ərzində müvafiq qurum irad bildirmədikdə və ya şəxs bildirilmiş iradları aradan qaldırdıqdan sonra reklam qurğusu quraşdırıla bilər. Göstərilən Qaydaların 3.1-ci bəndinə əsasən müvafiq qurum reklam qurğusunun quraşdırılması zamanı bu Qaydanın 2-ci hissəsinin tələblərinin pozulması hallarını aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə şəxsə icrası məcburi olan yazılı göstəriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Bu Qaydaların 3.2.1-ci bəndinə əsasən müvafiq qurumu məlumatlandırmadan quraşdırılmış (o cümlədən bu Qaydanın 2.8-ci bəndində nəzərdə tutulmuş hallarda) reklam qurğusuna görə bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq tədbirlər görür. Həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən müvafiq qurumu məlumatlandırmaqla quraşdırılmış reklam qurğusunda aşkar edilmiş bu Qaydanın 2.1-ci yarımbəndində nəzərdə tutulan tələblərin pozulması hallarını aradan qaldırır və nəticəsi barədə müvafiq quruma məlumat verir. Məhkəmə ilk olaraq qeyd edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.16-cı bəndinin tələbləri pozulmuşdur. Belə ki, həmin qaydaya əsasən yerdəyişməyə (o cümlədən eyni ünvan çərçivəsində) məruz qalmış, həmçinin ölçüləri, hündürlüyü, istiqaməti dəyişdirilmiş və ya digər konstruktiv dəyişikliklər edilmiş reklam qurğusunda reklam yerləşdirmək üçün reklam yayıcısı yenidən bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2019-cu il tarixli, 843 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi” Qaydasının 2.8-ci bəndinə əsasən reklam qurğusunun yerinin (o cümlədən eyni ünvan çərçivəsində), həmçinin ölçülərinin, hündürlüyünün, istiqamətinin dəyişdirilməsi və ya reklam qurğusunda digər konstruktiv dəyişikliklər edilməsi hallarında da bu Qaydanın 2.2‒2.7-ci bəndlərinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının X1 əməkdaşları tərəfindən 21 aprel 2022-ci il tarixdə aparılmış monitorinq zamanı Şəxs MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, X2 Aeroportunun ərazisində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 843 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Şəhərsalma və Tlkinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın tələbləri pozulmaqla 2 ədəd roller tipli reklam qurğusunun quraşdırılması faktı aşkar edilmişdir. Fakt aşkar edildikdən sonra Azərbaycan Respublikasının X3 tərəfindən Şəxs MMC-yə həmin reklam qurğularının sökülməsi, onların üzərində yerləşdirilən reklamların yayımının dayandırılması tələb edilmişdir. Daha sonra 27 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının X1 əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2019-cu il tarixli, 843 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi” Qaydasının 3.2-ci bəndinin tələblərindən görünür ki, müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin Qaydaların 3.3-cü bəndinin tələblərinə əsasən reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2019-cu il tarixli, 843 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi” Qaydasının 3.3-cü bəndinə əsasən müvafiq qurum bu Qaydanın 3.2.2-ci yarımbəndində nəzərdə tutulmuş məlumatın verildiyi gündən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyənləşdirilmiş müddətin başa çatdığı gündən ən geci 2 iş günü ərzində pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır və pozuntuların aradan qaldırılmadığını müəyyən etdikdə, akt tərtib edir. Həmin Qaydaların 3.5.1-ci bəndinə əsasən bu Qaydanın 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş tədbirlərin şəxs tərəfindən görülmədiyini müəyyən etdikdə müvafiq qurum reklam qurğusunun sökülməsi barədə qərar qəbul edir. Həmin Qaydaların 3.5.2-ci bəndinə əsasən bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş akt tərtib edildikdə müvafiq qurum reklam qurğusunun sökülməsi barədə qərar qəbul edir. Göründüyü kimi Şəxs MMC Reklam Agentliyinə məlumat vermədən reklam qurğusunun yerini dəyişdirmişdir. Reklam Agentliyi bu faktı aşkar etdikdən sonra Şəxs MMC-dən reklam qurğularının sökülməsi və onların üzərində yerləşdirilən reklamların yayımının dayandırılmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, Reklam Agentliyi ilk növbədə qeyd edilən pozuntunun 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş verməli idi. Həmin müddət bitdikdən sonra Reklam Agentliyi 2 iş günü ərzində pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlamalı və bununla bağlı müvafiq akt tərtib etməli idi. Reklam qurğularının sökülməsi barədə qərar isə yalnız pozuntunun aradan qaldırılmadığı müəyyən edildikdə qəbul edilir. Lakin iş materiallarından göründüyü kimi Reklam Agentliyi tərəfindən pozuntu aşkar edildikdən sonra dərhal həmin reklam qurğularının sökülməsi tələb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Reklam Agentliyi tərəfindən qanunvercikdə nəzərdə tutulmuş hərəkətlərin ardıcıllığı pozulmuş və hüquqi şəxsə pozuntunun 5 gün ərzində aradan qaldırılması bağlı yazılı göstəriş verilmədən dərhal sökülməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Reklam Agentliyinin tələbi əsassız olmuşdur. Bundan başqa məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qanunvericiliklə nəzərədə tutulmuş prosessual ardıcıllıq pozulmuşdur. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-612/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-612/2022
22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver