Məhkəmə qərarları › İş №3(003)-613/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-613/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-613/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İnzibati xəta haqqında prokotolu tərtib etmiş şəxs Azərbaycan Respublikası X2nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının X2ndən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında MN ******* saylı, 27 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, X1 Aeroportunun ərazisində 27 aprel 2022-ci il tarixdə saat 15:00-da ADRA-nın tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişin tam yerinə yetirilməməsi faktı aşkar edilmişdir. Bununla əlaqədar Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında prokotolu tərtib etmiş şəxs Azərbaycan Respublikası X2nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 qeyd etmişdir ki, Azərbaycan Respublikası X2 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, X1 Aeroportun ərazisində Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tələblərini pozması faktı aşkar edilmişdir. Belə ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X1 Aeroportu ərazisində Azərbaycan Respublikası X2nin tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstəriş tam olaraq yerinə yetirilməmişdir. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, həmin ərazidə olan reklam qurğusunun tikintisi razılaşdırılmamışdır. Həmin qurğuların üzərində “Air Media” yazısı da mövcuddur. Həmin qurğular Şəxs MMC-yə məxsusdur. Qanunvericilikdə yazılı göstərişin nə olması ilə bağlı hər hansı bir qeyd yoxdur. Sadəcə qeyd olunub ki, qurğunu əraziyə yerləşdirməmişdən qabaq Azərbaycan Respublikası X2ni məlumatlandırmalıdır. Şəxs MMC tərəfindən agentliyə cavab olaraq yazılmış xx.xx.2022-ci il tarixli məktubda X1 Aeoroportu ərazisində onlar tərəfindən roller tipli reklam qurğusunun quraşdırılması ilə bağlı qeyd edilən fakt əsassız olduğu və Şəxs MMC tərəfindən məktubda qeyd edilən normativ hüquqi aktların heç bir müddəası pozulmadığı qeyd edilmişdir. Lakin həmin qurğu Şəxs MMC tərəfindən quraşdırılmışdır. Həmin ərazidə quraşdırılmış qurğuların sökülməsi ilə bağlı MMC-yə müraciət edilmişdir. Şəxs MMC 19 aprel 2022-ci il tarixdə 2 reklam qurğusunda reklam yayımının dayandırılması ilə müraciət etmişdir. Belə ki, Şəxs MMC bildirmişdir ki, həmin reklam qurğuları onların mülkiyyətində deyil. Qanunvericilikdə qeyd edilir ki, açıq məkanda reklam qurğularının yerləşdirilməsinə münasibətdə müraciətdə həmin reklam qurğularının mülkiyyətçisi, digər reklam daşıyıcılarına münasibətdə isə istifadəçilər müraciət etməlidir. Lakin indiki halda reklam qurğularının mülkiyyətçisi başqa hüquqi şəxs olsa da, reklam yayımının dayandırılması üçün Şəxs MMC müraciət etməsi ağlabatan deyildir. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası X2 tərəfindən tərtib edilmiş protokolun qanunsuz və əsassız olduğunu qeyd etmişdir. Belə ki, həmin reklam qurğusu Şəxs MMC-nin mülkiyyətində deyildir. Belə ki, inzibati xətanın predmeti olan reklam qurğusu Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixli, V/AM/01 №-li müqaviləyə əsasən "xxxx" MMC-yə satılmışdır. İnzibati xəta haqqında protokol tərtib edilən zaman ADRA-nın əməkdaşları tərəfindən onlara təqdim edilmiş sübutlar qiymətləndirilməmiş və əsassız olaraq protokol tərtib edilmişdir. Belə ki, "xxxx" MMC-dən alınmış məlumata görə sözügedən reklam qurğusunun quraşdırılması ilə bağlı xx.xx.2022-ci il tarixli, 440/2022 №-li məktubla ADRA-ya müraciət edilmişdir. Bu hal isə özü bir daha sübut edir ki, həmin reklam qurğusu "xxxx" MMC-nin mülkiyyətindədir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.5-ci maddəsinə əsasən həmin reklam qurğusu tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə aiddir və bu tip reklam qurğuları ilə bağlı məsələlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydasi ilə tənzimlənir. Həmin Qaydanın 3.1-ci maddəsinə əsasən müvafiq qurum reklam qurğusunun quraşdırılması zamanı bu Qaydanın 2-ci hissəsinin tələblərinin pozulması hallarını aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə şəxsə icrası məcburi olan yazılı göstəriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Həmçinin həmin Qaydanın 3.2.1-ci maddəsinə əsasən şəxs yazılı göstərişə uyğun olaraq müvafiq qurumu məlumatlandırmadan quraşdırılmış reklam qurğusuna görə bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq tədbirlər görür. Əlavə olaraq qeyd edim ki, həmin Qaydanın 3.5.1-ci maddəsinə əsasən müvafiq qurum 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş tədbirlərin şəxs tərəfindən görülmədiyini müəyyən etdikdə reklam qurğusunun sökülməsi barədə qərar qəbul edir. Lakin Azərbaycan Respublikası X2 tərəfindən MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01-07/160 №-li məktubda birbaşa olaraq reklam qurğusunun sökülməsini tələb edilmişdir. Şəxs MMC tərəfindən ADRA-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla qeyd olunan faktın əsassız olduğunu və heç bir normativ hüquqi aktın tələblərinin pozulmadığı qeyd edilsə də, ADRA xx.xx.2022-ci il tarixli məktubla MMC barəsində protokol tərtib ediləcəyini bildirmişdir. Buradan görünür ki, ADRA həmin Qaydanın prosessual ardıcıllığını pozmuşdur. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinin heç bir tələbi pozulmamışdır, çünki ADRA reklam qurğusunun mülkiyyətçisi Şəxs MMC deyildir. Sözügedən Şəxs MMC-nin mülkiyyətində olmadığını və qurğu ilə bağlı hər hansı hərəkət etmək hüququnun olmadığını nəzərə alaraq Şəxs MMC barəsində AR İXM-nin 428.7.3-cü maddəsilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində izahatı alınmış Şahid qeyd etmişdir ki, onun təmsil etdiyi "xxxx" MMC Şəxs MMC ilə arasında 15 dekabr 2021-ci il tarixli əməkdaşlıq haqqında müqavilə vardır. Həmin müqaviləyə əsasən "xxxx" MMC həqiqətən də həmin reklam qurğularını Şəxs MMC-dən almışdır. Müqavilədə həm reklam qurğularının üzərində reklam xidmətlərinin göstərilməsinə, həm də reklam qurğularının alqı-satqısı ilə bağlı bəndlər mövcuddur. Reklam qurğularının Şəxs MMC tərəfindən yerləşdirilməsi 20 aprel 2022-ci il tarixdə olmuşdur. Həmin tarixdə də "xxxx" MMC tərəfindən ADRA-ya rəsmi müraciət göndərilmişdir. Bu müraciətin mahiyyəti həm reklam qurğularının yerləşdirilməsi, həm də reklam qurğularının üzərində eskizlərin yerləşdirilməsi ilə bağlı olmuşdur. Həmin tarixdən bir neçə gün sonra Şəxs MMC-dən alınmış şifahi məlumata əsasən, ADRA reklam qurğularının yerləşdirilməsinin uyğunsuzluq faktına əsasən Şəxs MMC-yə bildiriş göndərmişdir. "xxxx" MMC tərəfindən Şəxs MMC-yə ADRAya həmin reklam qurğularının "xxxx" MMC-yə məxsus olması barədə rəsmi cavab göndərilməsi barədə məlumat verilmişdir. Lakin həmin rəsmi cavabın Şəxs MMC tərəfindən göndərilib-göndərilməməsi barədə məlumat yoxdur. Daha sonra ADRA tərəfindən monitorinq keçirilmiş, monitorinqdə isə reklam qurğularının yerləşdirilməsi aşkar edilmiş və Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əslində isə burada anlaşılmazlıq olmuşdur. Əgər inzibati xəta haqqında protokol "xxxx"xxxx"xxxx" MMC ya həmin reklam qurğularının sökülməsini təmin edərdi, ya da qanun imkan verirsə, reklam qurğusunun həmin ərazidə qalmasına şərait və zaman varsa, sözügedən reklam qurğularının həmin ərazidə saxlanılması üçün lazımi tədbirlər görərdi. Lakin inzibati xəta haqqında protokol Şəxs MMC barəsində tərtib edilmişdir. Bundan sonra isə ADRA tərəfindən "xxxx" MMC-yə 27 aprel 2022-ci il tarixli rəsmi cavab məktubu daxil olmuşdur. Həmin məktubun mahiyyəti isə reklam qurğularının yerləşdirilməsi ilə bağlı olmuş və ADRA tərəfindən onlara neqativ cavab verilmişdir. 17 oktyabr 2019-cu il tarixli, 843 saylı fərmanın 3.2.1-ci bəndinə əsasən, ADRA-nın "xxxx" MMC-yə göndərdiyi rəsmi cavab məktubunda qeyd edilən reklam qurğularının yerləşdirilməsi məlumatlandırılmamış yerləşdirmə statusundadır. Həmin fərmana əsasən ADRA məlumatlandırılmamış reklam qurğularının yerləşdirilməsi faktını aşkar edən zaman yerləşdirən şəxsə bildiriş göndərir, həmin reklam qurğularının uyuğunsuzluqlarını qeyd edir. Yerləşdirən şəxs də həmin bildirişi alandan sonra 10 iş günü ərzində qeyd edilən uyğunsuzlaqların aradan qaldırılmasını təmin edir. ADRA-nın "xxxx" MMC-yə göndərdiyi rəsmi cavabda aradan qaldırıla bilinməyən uyğunsuzluq faktorları yoxdur. Sadəcə müəyyən sənəd çatışmamazlıqları vardır və həmin sənədlər "xxxx" MMC tərəfindən təmin edilə bilərdi. Sadəcə olaraq şifahi olaraq ADRA ilə razılıq əldə edilmişdi ki, iş məhkəmədə olduğuna görə hələlik çatışmayan sənədlər təmin edilməsin. Həmin sənədlərin təmin edilməsini məqsədə uyğun hesab edilməmişdir. Çünki həmin reklam qurğularının aqibəti ilə bağlı hələlik tam qərar yoxdur. Həmin reklam qurğularının yerləşdirilməsi zamanı "xxxx" MMC tərəfindən müəyyən xərclər çəkilmişdir. Həmçinin reklam qurğularının yerləşdirildiyi ərazi aeroport ərazisi olduğu və "xxxx" MMC də həmin ərazidə reklam işləri ilə məşğul olan bir neçə şirkətdən biri olduğu üçün digər qurumlar qarşısında götürdükləri öhdəlikləri olmuşdur. Amma bir halın baş verməsi ilə əlaqədar olaraq MMC artıq bir aya yaxındır ki, həmin reklam qurğularından istifadə etmir. Heç bir kommersiya məqsədləri üçün istifadə edə bilmir, sadəcə həmin qurğu orda qalıb və müvafiq olaraq ADRA ilə açıq hava reklamları ilə bağlı müqavilələri vardır. "xxxx" MMC dövlət rüsumu və yayım haqqı ödəyir. Bu konstruksiyalar ilə bağlı qeyd edilən halın baş verməsi ilə əlaqədar olaraq heç bir ödəniş həyata keçirə bilmirlər. Çünki heç bir yayım yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası X2 tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının X2 tərəfindən açıq məkanda reklam fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış monitorinq zamanı X1 Aeroportunun ərazisində Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 843 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Şəhərsalma və Tlkinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın tələbləri pozulmaqla 2 ədəd roller tipli reklam qurğusunun quraşdırılması və 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələbləri pozulmaqla həmin qurğuların üzərində reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Qeyd olunanlarla əlaqədar, adıçəkilən normativ hüquqi aktların müddəalarının icrası zərurəti ilə əlaqədar Şəxs MMC tərəfindən müvafiq reklam qurğularının sökülməsi və onların üzərində yerləşdirilən reklamların yayımının dayandırılması tələb edilmişdir.Əks təqdirdə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinə uyğun olaraq tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan 27 aprel 2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası X2nin daxili nəzarət və monitorinq şöbəsinin əməkdaşları tərəfindən 21 aprel 2022-ci il tarixdə aparılmış monitorinq zamanı Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 843 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Şəhərsalma və Tlkinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın tələbləri pozulmaqla 2 ədəd roller tipli reklam qurğusunun quraşdırılması faktı aşkar edilmiş, bununla əlaqədar Şəxs MMC-yə xx.xx.2022-ci il tarixdə məktub ünvanlanaraq qanunvericiliyin tələblərinə əməl edilməsi və nöqsanların aradan qaldırılması tələb edilmişdir. xx.xx.2022-ci il tarixdə aparılmış təkrar monitorinq zamanıŞəxs MMC tərəfindən nöqsanların aradan qaldırıldığı müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası X2nə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, X1 Aeroportunun ərazisində reklam qurğularının quraşdırılmasına və xx.xx.2022-ci il tarixdən etibarən 3 ay müddətinə həmin qurğularda rekalm yayımlanmasına razılıq verilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Şəxs MMC-nin “Air Media” filialı arasında bağlanmış 15.12. 2021-ci il tarixli əməkdaşlıq haqqında müqavilənin surətindən görünür ki, tərəflər arasında razılaşdırılmış şərt və qaydalara əsasən “Air Media” ona məxsus olan müqavilənin 1 nömrəli əlavəsində qeyd edilmiş reklam qurğularını "xxxx"xxxx"xxxx" MMC isə öz növbəsində“Air Media” üçün müqavilənin 2 nömrəli əlavəsində razılaşdırılmış preyskurantlar üçün reklam xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası X2nə ünvanlanmış məktubun surətindən görünür ki, məktubun əlavəsində göstərilmiş Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski prospekti, məhəllə 887 və Bakı şəhəri, Yasamal rayonu, N.nərimanov prospekti ünvanlarında açıq məkanda reklam yayımının dayandırılması ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən reklam yayımının ləğv edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X2 tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, X1 Aeroportunun ərazisində 2 ədəd roller tipli reklam qurğusunun üzərində reklam yerləşdirilməsinə icazə verilməsi barədə müraciətə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.1 -ci bəndinə əsasən reklam yayıcısı açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Qaydanın 2.2-ci bəndinə əsasən ərizəyə reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajı, yerin rəngli fotosu (sxemi) və vəziyyət planı, reklamın eskizi və ölçüləri, shsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrin reklamı yerləşdirilərkən müvafiq lisenziya, yaxud sertifikatın və ya digər icazənin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti, reklamda əmtəə nişanı və coğrafi göstərici xarici dildə yerləşdiriləcəyi halda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin verdiyi qeydiyyat şəhadətnaməsi əlavə olunmalıdır. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən ərizə və ona əlavə olunmuş sənədlər bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin tələblərinə uyğun olmadıqda (aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar istisna olmaqla) və icazə istənilən reklam həmin Qaydanın 1.6-cı bəndinin tələblərinə cavab vermədikdə, icazənin verilməsindən imtina edilir. Bu səbəbdən müraciətdə reklam yerləşdirmək istədiyiniz qurğulara mülkiyyət hüququnu təsdiq edən sənədlər, o cümlədən reklamların eskizləri əlavə edilməmişdir. Dövlət Agentliyinin əməkdaşları tərəfindən aparılmış monitorinq zamanı üzərində reklam yerləşdirmək istədiyiniz reklam qurğularının Azərbaycan Respublikası Prezidentinin 2019cu il 17 oktyabr tarixli 843 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə-tələb olunmayan reklam qulularınını quraşdırılması və sökülməsi Qaydası”nın tələbləri pozulmaqla quraşdırıldığı aşkar edilmişdir.Qeyd olunanlara əsasən Şəxs MMC müraciətində göstərilən ünvanlardakı reklam qurğularının üzərində reklam yerləşdirilməsi yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.5-ci maddəsinə əsasən bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir. Həmin Qanunun 26.1-1-ci madəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 34.1-ci madəsinə əsasən reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qaydaların 2.15-ci bəndinə əsasən reklam yayıcısı reklam yerləşdirilməsinə icazə verilmiş reklam daşıyıcısında icazənin qüvvədə olduğu müddətdə digər reklamı yerləşdirmək niyyəti barədə müvafiq qurumu məlumatlandırmalıdır. Bunun üçün yeni reklam yerləşdirilməzdən əvvəl müvafiq quruma bu Qaydanın 2.2.5‒2.2.7-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlər təqdim edilir. Müvafiq qurum sənədlərin alındığı tarixdən 5 iş günündən gec olmayaraq bu Qaydanın 2.6.2-ci yarımbəndində nəzərdə tutulmuş halları müəyyən etdikdə, onların aradan qaldırılması üçün reklam yayıcısına bildiriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Qeyd edilən müddət ərzində müvafiq qurum iradlarını bildirmədikdə, habelə bildirilmiş iradları aradan qaldırdıqdan sonra reklam yayıcısı bu bəndin birinci cümləsində nəzərdə tutulmuş digər reklamı yerləşdirə bilər. İstehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan yeni əmtəələrin reklamı yerləşdirildiyi halda isə mövcud icazə bu Qaydanın 2.21-ci bəndinə uyğun olaraq yenidən rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2019-cu il tarixli, 843 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi” Qaydasının 2.2-ci bəndinə əsasən şəxs reklam qurğusunun quraşdırılması niyyəti barədə müvafiq qurumu məlumatlandırmalıdır. Bunun üçün reklam qurğusunun quraşdırılmasından əvvəl şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizəni müvafiq qurum “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun qəbul edir və qeydiyyata alır. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən müvafiq qurum şəxsin təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.2-ci bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və reklam qurğusunun quraşdırılmasına imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün şəxsə bildiriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar şəxsə eyni zamanda bildirilməlidir. Həmin Qaydaların 2.7-cü bəndinə əsasən müvafiq qurum təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq reklam qurğusunun quraşdırılmasının bu Qaydanın 2.1-ci yarımbəndində nəzərdə tutulmuş tələblərə cavab verməməsini müəyyən etdikdə, onların aradan qaldırılması üçün şəxsə bildiriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Qeyd edilən müddət ərzində müvafiq qurum irad bildirmədikdə və ya şəxs bildirilmiş iradları aradan qaldırdıqdan sonra reklam qurğusu quraşdırıla bilər. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən müvafiq qurum reklam qurğusunun quraşdırılması zamanı bu Qaydanın 2-ci hissəsinin tələblərinin pozulması hallarını aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə şəxsə icrası məcburi olan yazılı göstəriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən müvafiq qurumu məlumatlandırmadan quraşdırılmış (o cümlədən bu Qaydanın 2.8-ci bəndində nəzərdə tutulmuş hallarda) reklam qurğusuna görə bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq tədbirlər görür. Həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən müvafiq qurumu məlumatlandırmaqla quraşdırılmış reklam qurğusunda aşkar edilmiş bu Qaydanın 2.1-ci yarımbəndində nəzərdə tutulan tələblərin pozulması hallarını aradan qaldırır və nəticəsi barədə müvafiq quruma məlumat verir. Məhkəmə ilk olaraq qeyd edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.16-cı bəndinin tələbləri pozulmuşdur. Belə ki, həmin qaydaya əsasən yerdəyişməyə (o cümlədən eyni ünvan çərçivəsində) məruz qalmış, həmçinin ölçüləri, hündürlüyü, istiqaməti dəyişdirilmiş və ya digər konstruktiv dəyişikliklər edilmiş reklam qurğusunda reklam yerləşdirmək üçün reklam yayıcısı yenidən bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2019-cu il tarixli, 843 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi” Qaydasının 2.8-ci bəndinə əsasən reklam qurğusunun yerinin (o cümlədən eyni ünvan çərçivəsində), həmçinin ölçülərinin, hündürlüyünün, istiqamətinin dəyişdirilməsi və ya reklam qurğusunda digər konstruktiv dəyişikliklər edilməsi hallarında da bu Qaydanın 2.2‒2.7-ci bəndlərinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının X2nin əməkdaşları tərəfindən 21 aprel 2022-ci il tarixdə aparılmış monitorinq zamanı Şəxs MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, X1 Aeroportunun ərazisində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 843 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Şəhərsalma və Tlkinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın tələbləri pozulmaqla 2 ədəd roller tipli reklam qurğusunun quraşdırılması faktı aşkar edilmişdir. Fakt aşkar edildikdən sonra Azərbaycan Respublikasının X2 tərəfindən Şəxs MMC-yə həmin reklam qurğularının sökülməsi, onların üzərində yerləşdirilən reklamların yayımının dayandırılması tələb edilmişdir. Daha sonra 27 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının X2nin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2019-cu il tarixli, 843 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi” Qaydasının 3.2-ci bəndinin tələblərindən görünür ki, müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin Qaydaların 3.3-cü bəndinin tələblərinə əsasən reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2019-cu il tarixli, 843 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi” Qaydasının 3.3-cü bəndinə əsasən müvafiq qurum bu Qaydanın 3.2.2-ci yarımbəndində nəzərdə tutulmuş məlumatın verildiyi gündən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyənləşdirilmiş müddətin başa çatdığı gündən ən geci 2 iş günü ərzində pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır və pozuntuların aradan qaldırılmadığını müəyyən etdikdə, akt tərtib edir. Həmin Qaydaların 3.5.1-ci bəndinə əsasən bu Qaydanın 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş tədbirlərin şəxs tərəfindən görülmədiyini müəyyən etdikdə müvafiq qurum reklam qurğusunun sökülməsi barədə qərar qəbul edir. Həmin Qaydaların 3.5.2-ci bəndinə əsasən bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş akt tərtib edildikdə müvafiq qurum reklam qurğusunun sökülməsi barədə qərar qəbul edir. Yuxarıda göstərilənlərdən göründüyü kimi Şəxs MMC Reklam Agentliyinə məlumat vermədən reklam qurğusunun yerini dəyişdirmişdir. Reklam Agentliyi bu faktı aşkar etdikdən sonra Şəxs MMC-dən reklam qurğularının sökülməsi və onların üzərində yerləşdirilən reklamların yayımının dayandırılmasını tələb etmişdir. Məhkəmə bu xüsusata münasibətdə qeyd edir ki, Reklam Agentliyi ilk növbədə qeyd edilən pozuntunun 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş verməli idi. Həmin müddət bitdikdən sonra Reklam Agentliyi 2 iş günü ərzində pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlamalı və bununla bağlı müvafiq akt tərtib etməli idi. Reklam qurğularının sökülməsi barədə qərar isə yalnız pozuntunun aradan qaldırılmadığı müəyyən edildikdə qəbul edilir. Lakin iş materiallarından göründüyü kimi Reklam Agentliyi tərəfindən pozuntu aşkar edildikdən sonra dərhal həmin reklam qurğularının sökülməsi tələb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin dispozisiyasına əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. Hazırki iş üzrə Reklam Agentliyi tərəfindən qanunvercikdə nəzərdə tutulmuş hərəkətlərin ardıcıllığı pozulmuş və hüquqi şəxsə pozuntunun 5 gün ərzində aradan qaldırılması bağlı yazılı göstəriş verilmədən dərhal sökülməsi tələb edilmişdir. Belə nəticəyə gəlmək olar ki, Reklam Agentliyinin tələbi əsassız olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qanunvericilklə nəzərədə tutulmuş prosessual ardıcıllıq pozulmuşdur. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar