Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-613/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ11617396 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş X7 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ11617396 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, “Mercedes Benz 300D” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2018-ci il tarixdə X4 faktiki satmış və həmin gündən avtomobili idarə etməmişdir. xx.xx.2018-ci il tarixdən hazırki dövrə qədər avtomobil bir neçə şəxsdə olmuşdur. 2021-ci ilin aprel ayından etibarən ona müxtəlif cərimələr yazılır və o, sürücülük vəsiqəsini 2021-ci ilin dekabr ayında əldə etmişdir. Qeyd etmişdir ki, həmin cərimələrin yazılmasından xəbəri olmamışdır. Həmin qərarları xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu DYPŞ-ya müraciət edərək almışdır. Həmin cərimələr bunlardır: xx.xx.2022-ci il tarixli, EQ9541149; xx.xx.2022-ci il tarixli, EQ9682194; xx.xx.2022-ci il tarixli, EQ9887284; xx.xx.2022-ci il tarixli EQ9903746; xx.xx.2022-ci il tarixli EQ9904599; xx.xx.2022-ci il tarixli EQ10155696; xx.xx.2022-ci il tarixli, EQ10439537; xx.xx.2022-ci il tarixli, EQ10640013; xx.xx.2022-ci il tarixli EQ10716752; xx.xx.2022-ci il tarixli EQ10951542; xx.xx.2022-ci il tarixli EQ11617396; xx.xx.2022-ci il tarixli EQ11239262; 11.09,.2022-ci il tarixli EQ11617396; xx.xx.2022-ci il tarixli EQ11617396; xx.xx.2022-ci il tarixli EQ11617396; xx.xx.2022-ci il tarixli EQ11800952; xx.xx.2022-ci il tarixli EQ12051611; xx.xx.2022-ci il tarixli EQ12115730; xx.xx.2022-ci il tarixli EQ11617396; xx.xx.2022-ci il tarixli EQ12382760; xx.xx.2022-ci il tarixli EQ12577305; xx.xx.2023-cü il tarixli EQ12778134; xx.xx.2023-cü il tarixli EQ12924828; xx.xx.2023-cü il tarixli EQ13018623; xx.xx.2023-cü il tarixli EQ13325049; xx.xx.2023-cü il tarixli EQ13657529; xx.xx.2023-cü il tarixli EQ113666707; xx.xx.2023-cü il tarixli EQ13993986 saylı inzibati tənbeh vermə haqqında qərarlardır. Hesab edir ki, qeyd olunan qərarlar əsasızdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, “Mercedes Benz 300D” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəllər ona məxsus olmuş və o, həmin avtomobili xx.xx.2018-ci il tarixdə Şahin adlı şəxsə satmışdır. Bundan sonra da bildiyinə görə həmin avtomobillər bir neçə şəxsə satılmışdır. Buna baxmayaraq həmin avtomobildən bağlı onun adına dəfələrlə cərimə yazılmışdır. Həmin cərimələrlə bağlı məlumatı son vaxtlar olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının dinləyib, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2022ci il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2022-ci il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, EQ11617396 nömrəli protokol əsasında X3, xx.xx.2022-ci il tarixində, saat 06:12-də Bakı-Şamaxı-Xaldan yolu, 118.5 km, Xaldan istiqamətində “Mercedes Benz 300D” minik markalı, ** XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icbari sığortası olmamaqla idarə etməsinə görə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. -portaldan çıxarışın surətindən görünür ki, “Mercedes Benz 300D” minik markalı, ** XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən onun adından qeydiyyatdan çıxarılmışdır, həmin avtomobil hal-hazıradək müxtəlif şəxslərin adlarına qeydiyyata alınmışdır. Həmçinin Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, X1 mülkiyyətində “Mercedes Benz 300D” minik markalı, ** XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. İşin araşdırılmış hallarından görünür ki, X3, xx.xx.2022-ci il tarixində, saat 06:12-də Bakı-Şamaxı-Xaldan yolu, 118.5 km, Xaldan istiqamətində “Mercedes Benz 300D” minik markalı, ** XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icbari sığortası olmamaqla idarə etməsi səbəbindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. X1 şikayəti ondan ibarətdir ki, o, xx.xx.2018-ci il tarixdən “Mercedes Benz 300D” minik markalı, ** XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satmış və həmin tarixdən nəqliyyat vasitəsi onun istifadəsində olmamışdır. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və X2 istinad edilən xətanın əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İşin araşdırılmış hallarından isə müəyyən olunur ki, şikayət qismən əsaslıdır. Belə ki, iş üzrə müəyyən olunur ki, “Mercedes Benz 300D” minik markalı, ** XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi uzun müddətdir ki, özgəninkiləşdirilmişdir. Lakin inzibati xətanın törədildiyi vaxtı həmin nəqliyyat vasitəsinin başqa şəxs tərəfindən idarə olunması iş materialları ilə müəyyən olunmur və bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən EQ11617396 nömrəli protokol əsasında X3 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən EQ11617396 nömrəli protokol əsasında X3 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-613/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-613/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver