Məhkəmə qərarları › İş №3(003)-615/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-615/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-615/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxxxx 1990-cı il tarixdə Qubadlı rayonu, Kürd Mahruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki uşağı olan, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ilk dəfə inzibati məsuliyyətə cəlb olunan, Qubadlı rayonu, Kürd Mahruzlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxozu ünvanında nömrəsiz fərdi evdə yaşayan haqqında Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 26 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs 08 aprel 2022-ci il tarixdə, saat 18:05-də idarə etdiyi «Opel Astra» minik markalı, **-ED-*** dövlət nömrə nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələrinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Rəhim Allahverdiyev tərəfindən 18 aprel 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 08 aprel 2022-ci il tarixdə, saat 18 radələrində «Opel Astra» minik markalı, **-ED-*** dövlət nömrə nişanlı avtomobil ilə Binə sovxozundan Binə qəsəbəsi istiqamətində 10 km/saat sürətlə hərəkət edən zaman avtomobilin sağ yan güzgüsünün nəyəsə dəydiyini hiss etmişdir. Güzgünün başqa avtomobilin güzgüsünə dəydiyini zənn edərək çıxıb getmişdir. Sonradan onu Xəzər RPİ-nə dəvət etmişlər və orada «Oba» marketin yaxınlığından götürülmüş videogörüntünü izlədikdə görmüşdür ki, idarə etdiyi avtomobilin güzgüsü isə qadını vurmuşdur. Bundan sonra zərərçəkmiş şəxslə əlaqə saxlamış və ona 500 manat ziyan dəydiyini bildirmişdir. O, da zərərçəkmiş şəxsə ədymiş ziyanı ödəmişdir. Törətdiyi əməldən peşman olduğunu, ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X4 və Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X1 yüngül bədən xəsarəti yetirilmişdir. Həmçinin Şəxs yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 09 aprel 2022-ci il tarixli, 368 nömrəli rəyindən görünür ki, X2 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli xəsarət almışdır və törənmə müddətləri 08 aprel 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər. İş materiallarına əlavə edilmiş X3 14 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar