Məhkəmə qərarları › İş №3(003)-615/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-615/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-615/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: İnzibati xəta haqqında protokola əsasən Əliyeva X1 Poçt daşımaları vasitəsilə "xxxx" MMC-nin ünvanına ABŞ-dan ***-*******4 saylı aviaqaimə ilə xx.xx.2023-cü il tarixdə Kamil Rzayev, Firəngiz Quliyeva, Fuad Rzazadə, Tərlan Nəcəfov, Nahid Hüseynzadə, Səbinə Quluzadə, Ramin Ələkbərov, Leyla Abbasova, Ləman Rzazadə, Möhübbət Cabbarov, Sevinc Tahirova, Leyla Ağayeva, Şəlalə Hümbətova, Qafurə Babayeva, Firəngiz Mirzəyeva, Günel Ağayeva, Abbas Məmmədli, İlqar Fərəcov, Hüseyn Tağıyev, Ülvi Məmmədzadə, Xəyyam Sultanov, X3 İsayev, Nərgiz Qurbanova, Teymur Hümbətov, Şamo Həsənzadənin adlarına daxil olan və ***-*******5 saylı aviaqaimə ilə Ülviyyə Bayramova, Dünyagözəli Rüstəmova, Elçin Bayramov, Əfqan Suvarov, Elmixan Abdullayev, Fatma Qəhrəmanova, Şirvani Məhərrəmov, Günel Seyidova, Xəyal Hüseynov, Müşfiq Bağırov, Məlahət İbrahimova, Elxay Mehdiyevin adlarına daxil olmuş ümumilikdə 38 bağlamanı sifariş vermiş və həmin malları Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirmiş və bu fakt Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkar edilərək rəsmiləşdirilmişdir. Bununla əlaqədar Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən 27 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə № 00800-0007/23 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək adları protokolda göstərilən şəxslərin adlarına həmin 38 bağlamadakı malları özünün sifariş etdiyini, bağlamalardakı məhsulların kosmetik vasitələrdən ibarət olduğunu, məhsulları ABŞ-ın müxtəlif internet səhifələrindən sifariş verdiyini, malları fərqli şəxslərin adına sifariş verməyinin səbəbinin aylıq gömrük rüsumunu ödəməmək olduğunu, 38 ədəd bağlamadakı məhsullara görə 5380,127 ABŞ dolları pul ödəməsini, əməlindən peşman olduğunu göstərdi və ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən 27 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə № 00800-0007/23 saylı inzibati xəta haqqında tərtib olunmuş protokoldan görünür ki, Beynəlxalq Poçt daşımaları vasitəsilə "xxxx" MMC-nin ünvanına ABŞ-dan ***-*******4 saylı aviaqaimə ilə Kamil Rzayev, Firəngiz Quliyeva, Fuad Rzazadə, Tərlan Nəcəfov, Nahid Hüseynzadə, Səbinə Quluzadə, Ramin Ələkbərov, Leyla Abbasova, Ləman Rzazadə, Möhübbət Cabbarov, Sevinc Tahirova, Leyla Ağayeva, Şəlalə Hümbətova, Qafurə Babayeva, Firəngiz Mirzəyeva, Günel Ağayeva, Abbas Məmmədli, İlqar Fərəcov, Hüseyn Tağıyev, Ülvi Məmmədzadə, Xəyyam Sultanov, X3 İsayev, Nərgiz Qurbanova, Teymur Hümbətov, Şamo Həsənzadənin adlarına daxil olan və ***-*******5 saylı aviaqaimə ilə Ülviyyə Bayramova, Dünyagözəli Rüstəmova, Elçin Bayramov, Əfqan Suvarov, Elmixan Abdullayev, Fatma Qəhrəmanova, Şirvani Məhərrəmov, Günel Seyidova, Xəyal Hüseynov, Müşfiq Bağırov, Məlahət İbrahimova, Elxay Mehdiyevin adlarına daxil olmuş ümumilikdə 38 bağlama daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək həmin malları Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyini göstərdi. Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə iş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsini və onun barəsində inzibati xətanın obyekti olan malların ümumi dəyəri olan 5380,127 ABŞ dollarının otuz faizi, yəni 1793,3 ABŞ dolları məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, xx.xx.2023-cü il tarixə 1 ABŞ dolları 1,70 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 1793,3 ABŞ dolları pul vəsiti 3048,10 manata bərabər tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan – “Azərterminalkompleks” Birliyində saxlanılan ümumi dəyəri 5380,127 (beş min üç yüz səksən ABÇ dolları 127 sent) ABŞ dolları olan malların dəyərinin otuz faizi, yəni 1793,3 (min yeddi yüz doxsan üç ABŞ dolları 30 sent) ABŞ dolları olmaqla 3048,10 (üç min qırx səkkiz manat 10 qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar