Məhkəmə qərarları › İş №3(003)-616/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-616/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-616/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə, Şəxs xx.xx.1996-cı il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: İnzibati xəta haqqında protokola əsasən Cəfərzadə X1 Poçt daşımaları vasitəsilə ABŞ-dan Aydan Aslanova, Ülkər Mikayılova, Sənan Cavadov, Fariz Əhmədov, Oruc Orucov, Mehriban Hüseynova, Nailə Hətəmova, Mərdan Rüstəmovun adlarına daxil olmuş ümumilikdə 8 bağlamanı sifariş vermiş, xx.xx.2023-cü il tarixdə ***-*******3 saylı aviaqaimə ilə daxil olmuş həmin malları Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirmiş və bu fakt Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkar edilərək rəsmiləşdirilmişdir. Bununla əlaqədar Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3 tərəfindən 02 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə № 00800-00102/23 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük, gömrük xidməti leytenantı X3 tərəfindən 02 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İXMnin 503-cü maddəsi ilə № 00800-00102/23 saylı inzibati xəta haqqında tərtib olunmuş protokoldan görünür ki, Cəfərzadə X1 Poçt daşımaları vasitəsilə ABŞ-dan Aydan Aslanova, Ülkər Mikayılova, Sənan Cavadov, Fariz Əhmədov, Oruc Orucov, Mehriban Hüseynova, Nailə Hətəmova, Mərdan Rüstəmovun adlarına ümumilikdə 8 bağlamanı sifariş vermiş, xx.xx.2023-cü il tarixdə ***-*******3 saylı aviaqaimə ilə daxil olmuş həmin malları Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs Beynəlxalq Poçt daşımaları vasitəsilə ABŞ-dan sifariş verib müxtəlif şəxslərin adlarına gətizdirdiyi həmin 8 bağlamadakı malların invoys dəyəri 489,05 (dörd yüz səksən doqquz ABŞ dolları, 05 sent) ABŞ dolları (02.03.203-cü il tarixə olan məzənnəyə əsasən 831,385 manat) təşkil etmişdir. Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır.. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə iş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsini və onun barəsində inzibati xətanın obyekti olan malların ümumi dəyəri 489,05 ABŞ dolları nın otuz faizi, yəni 146,7 ABŞ dolları məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, xx.xx.2023-cü il tarixə 1 ABŞ dolları 1,70 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 146,7 ABŞ dolları pul vəsiti 246,39 manata bərabər tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan – “Azərterminalkompleks” Birliyində saxlanılan ümumi dəyəri 489,05 (dörd yüz səksən doqquz ABŞ dolları, 05 sent) ABŞ dolları olan malların dəyərinin otuz faizi, yəni 146,7 (yüz qırx altı ABŞ dolları 70 sent) ABŞ dolları olmaqla 249,39 (iki yüz qırx doqquz manat 39 qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar