Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-620/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 19 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 19 iyun 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, "Mercedes Benz 300D" markalı **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2018-ci il tarixdə X8 faktiki satmışdır və həmin gündən avtomobili idarə etməmişdir. xx.xx.2018-ci il tarixdən hazırkı dövrə qədər avtomobil bir neçə şəxsdə olmuşdur. 2021-ci ilin aprel ayından etibarən ona müxtəlif cərimələr yazılır və o, sürücülük vəsiqəsini 2021-ci ilin dekabr ayında əldə etmişdir. Qeyd etmişdir ki, həmin cərimələrin yazılmasından xəbəri olmamışdır. Həmin qərarları xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu DYPŞ-ya müraciət edərək almışdır. Həmin cərimələr bunlardır: xx.xx.2022ci il tarixli, EQ9541149; xx.xx.2022-ci il tarixli, EQ9682194: xx.xx.2022-ci il tarixli, EQ9887284; xx.xx.2022-ci il tarixli EQ9903746; xx.xx.2022-ci il tarixli EQ9904599; xx.xx.2022-ci il tarixli EQ10155696; xx.xx.2022-ci il tarixli EQ10439537; xx.xx.2022-ci il tarixli, EQ10640013; xx.xx.2022-ci il tarixli EQ10716752; xx.xx.2022-ci il tarixli EQ10951542; xx.xx.2022-ci il tarixli EQ11034171; xx.xx.2022-ci il tarixli EQ11239262; xx.xx.2022-ci il tarixli EQ11315317; xx.xx.2022-ci il tarixli EQ11515884; xx.xx.2022-ci il tarixli EQ11617396; xx.xx.2022-ci il tarixli EQ11800952; xx.xx.2022-ci il tarixli EQ12051611; xx.xx.2022-ci il tarixli EQ12115730; xx.xx.2022-ci il tarixli EQ12350588; xx.xx.2022-ci il tarixli EQ12382760; xx.xx.2022-ci il tarixli EQ12577305; xx.xx.2023-cü il tarixli EQ12778134; xx.xx.2023-cü il tarixli EQ12924828; xx.xx.2023-cü il tarixli EQ13018623; xx.xx.2023-cü il tarixli EQ13325049; xx.xx.2023-cü il tarixli EQ13657529; xx.xx.2023-cü il tarixli EQ113666707; xx.xx.2023-cü il tarixli EQ13993986 saylı inzibati tənbeh vermə haqqında qərarlardır. Hesab edir ki, qeyd olunan qərar əsasızdır. Odur ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli EQ10282582 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 2018-ci ildə avtomobili etibarnamə ilə X2 və həmin müddətdən etibarən avtomobili idarə etmədiyini, maşının kimin tərəfindən sürüldüyünü və pozuntunun kim tərəfindən edildiyini bilmədiyini bildirərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət və müddətin bərpasına dair vəsatət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsi tərəfindən tərtib olunmuş 19 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə saat 04:26-da “Mercedes Benz 300D minik” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması aşkar edildiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Daxili İşlər Nazirliyinin DYP Portalından çıxarışdan görünür ki, 12 fevral 2018-ci il tarixdə X4 tərəfindən “Mercedes Benz 300D minik” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə ilə X7 etibar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə ilk olaraq X3 Bakı şəhəri X13 İdarəsinin 19 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpası ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri X13 İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından göründüyü kimi Bakı şəhəri X13 İdarəsinin 19 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı X4 tərəfindən rəsmi olaraq xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi F.Məmmədovun qərardan şikayət vermə müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-344/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, X4 əvvəllər də eyni şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin onun şikayəti geri qaytarılmışdır. Şəxs yenidən məhkəməyə müraciət etmiş, Bakı şəhəri X13 İdarəsinin 19 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin üzrlü hesab edilməsini xahiş etmiş və məhkəmə müddətin bərpasına dair vəsatəti üzrlü hesab edərək şikayətə mahiyyəti üzrə baxmağı qərara almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 19 iyun 2022-ci il tarixli, EQ seriyalı 10282582 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 19 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X3 xx.xx.2022-ci il tarixdə saat 04:26-da “Mercedes Benz 300D minik” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması aşkar edilmiş və ona Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsasən 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan əlavə, X1 məhkəməyə təqdim etdiyi Daxili İşlər Nazirliyinin DYP Portalından çıxarışdan görünür ki, o, 12 fevral 2018-ci il tarixdə “Mercedes Benz 300D minik” markalı, **- XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə X7 etibar etmişdir və həmin vaxtdan da maşın F.Məmmədovda deyil. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 19 iyun 2022-ci il tarixli, EQ seriyalı 10282582 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 19 iyun 2022-ci il tarixli qərarda inzibati xətanın X4 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində 19 iyun 2022-ci il tarixli, EQ seriyalı 10282582 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 19 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsi tərəfindən 19 iyun 2022-ci il tarixli, EQ seriyalı 10282582 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 19 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsi tərəfindən 19 iyun 2022-ci il tarixli, EQ seriyalı 10282582 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 19 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-620/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-620/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver