Məhkəmə qərarları › İş №3(003)-622/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-622/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-622/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Bas İdarəsindən daxil olan xx.xx.2023-cü il tarixli, 1000-154/1xx-xx/000504 saylı məktuba əlavə edilən materiala əsasən, Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinə daxil olmuş məlumata əsasında, 7 oktyabr 2022-ci il tarixdə saat 2 radələrində TK 336 İstanbul-Bakı aviarevsi ilə sərnişin qismində gələn Dövlət Gömrük Komitəsi, “Azərterminalkompleks Birliyi"ndən X7 Gömrük İdarəsinə təhkim olunmuş inspektor X1 nəzarətə götürülmüş, “yaşıl kanal”la gömrük nəzarətini tərk etdikdən sonra sərnişinlərin gözləmə zalında saxlanılaraq, gömrük nəzarət zonasına qaytarılmış, əşyaları rentgen aparatından keçirildikdən sonra, təkrar yoxlamaya dəvət olunmuş, yoxlama zamanı ona məxsus əl çantasının içərisində, gömrük nəzarətinə bəyan olunmamış 2 blok (400 ədəd) “X5” markalı siqaret ve 3 ədəd üzərində “DNA Design” sözləri yazılmış usb kabel, pul kisəsinin içərisində 4 ədəd “iphone 14 Pro” markalı mobil telefon, əynindəki gödəkcənin cibində isə 2 ədəd “İphone 14 Pro” markalı mobil telefon aşkar edilmiş və bu faktla bağlı X7 Gömrük İdarəsinin “Terminal-1” X8 Gömrük Postunun rəisi, gömrük xidməti polkovniklevtenatı Faiq Məmmədov tərəfindən 07,10.2022-ci il tarixli 34/021/024267 nömrəli raport tərtib olmuşdur.Fakt üzrə sənədləşmənin həvata keçirilməsi ilə əlaqədar Mustafa Quliyev aşkar edilən maddi sübutlarla birgə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına gətirilmiş, bundan başqa Mustafa Quliyevlə birlikdə İstanbul-Bakı aviarevsi ilə gələn, özünü Mustafa Quliyevin dostu kimi təqdim edən Şəxs Fəhad oğlu da araşdırma çərçivəsində sorğu-sual edilməsi üçün X7 Gömrük İdarəsinin inzibati binasına dəvət olunmuşdur. Mustafa Quliyevdən aşkar edilən əşyaların gömrük nəzarətinə təqdim edilmədən gətirilməsi faktı ilə əlaqədar izahatı alınarkən, Şəxs inzibati binanın içərisində, xidməti otaqda olan maddi sübut qismində götürülmüş 6 ədəd “lphone14 Pro” markalı mobil telefonu gömrük əməkdaşlarına məlumat vermədən götürüb, otaqdan çıxaraq inzibati binanı tərk etmişdir.Faktla bağlı X7 Gömrük İdarəsində ilkin araşdırma aparılaraq əmələ hüquqi qiymət verilməsi üçün toplanmış material Əməliyyat-İstintaq Bas İdarəsinin İstintaq və Təhqiqat idarəsinə göndərilmişdir. X7 Gömrük İdarəsi “Terminal-1” X8 Gömrük Postunda tərtib edilmiş xx.xx.2022-ci il tarixli yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, X3 “yaşil kanal” vasitəsilə gömrük nəzarəti zonasını tərk etdikdən sonra, gömrük nəzarəti zonasına qaytarılıb ona məxsus əşyalara yoxlama keçirilmiş, əl çantasından 2 blok (400 ədəd) “X6” markalı siqaret, 3 ədəd “DNA Desiqn’’ markalı usb kabel, pul kisəsindən 4 ədəd, əynindəki gödəkcənin cibindən isə 2 ədəd olmaqla, cəmi 6 ədəd “İphone" markalı mobil telefon aşkar edilərək götürülmüşdür.X7 Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatcısı, gömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “gömrük baxışının keçirilməsi” haqqında protokoldan görünür ki, Şəxs Fəhad oğlunun baqajından gömrük nəzarətinə bəyan edilməmiş 1 ədəd “WY 68 Plus” markalı saat, 1 ədəd “GS 8 Ultra” markalı saat, 1 ədəd “DNA Desiqn” markalı usb, 2 ədəd “İphone” markalı mobil telefona məxsus usb kabel, 8 ədəd “İphone” markalı mobil telefon üçün qobur, 1 ədəd “İphone 14 Pro Max” markalı mobil telefona məxsus bos qutu, 1 sellofan paket mobil telefon stikeri, “İphone” markalı mobil telefon üçün 11 ədəd usb kabelin kağızı, 2 ədəd “İphone 13 Pro Max” markalı mobil telefonun usb və adapter başlığı üçün nəzərdə tutulmuş boş qutu, 1 ədəd “İphone 13 Pro Max” markalı mobil telefonun usb və adaoter başlığı üçün nəzərdə tutulmuş, lakin içərisində 1 ədəd usb olan qutu, 1 ədəd adapter başlığı aşkar edilib götürülmüşdür.Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7741 nömrəli, 22 dekabr 2022-ci il tarixli əmtəəsünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki. Şəxs məxsus olan malların ümumi dəyəri 183,0 manat təşkil edir. Qeyd olunan xüsusatla əlaqədar xidməti araşdırma aparılaraq X4 tutduğu vəzifədən azad edilmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində Mustafa Quliyev tərəfindən gömrük nəzarətinə bəyan etmədən Azərbaycan Respublikasına 6 ədəd mobil telefon gətirildiyi tərtib edilmiş yoxlama protokolu və gömrük əməkdaşlarının izahatlarında qeyd edilsə də, həmin telefonlar faktiki olaraq ortada olmadığından və araşdırmaya təqdim edilmədiyindən, onların vararlılığı və dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-ni'n 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Bu baxımdan hazırki şəraitdə həmin mobil telefonların müəyyən edilməsi, araşdırmaya təqdim edilməsi mümkün olmadığından X1 əməlində CMnin 206.1 yaxud İXM-nin 482-ci maddəsinin tərkibinin olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən Mustafa Quliyev barəsində cinayət isi və inzibati icraat başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 482-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda (əlli min manatadək) inzibati məsuliyyət nəzərdə tutulur. Şəxs gömrük sərhədindən keçən zaman 183 manat dəyərindəki malları bəyan etmədiyinə görə, əməlində Azərbaycan Respublikası İXM-nin 482-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan, barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti zəruri sənədlər və inzibati xətanın predmeti olmuş əşyalarla birlikdə X7 Gömrük idarəsinə göndərilmişdir. Araşdırma zamanı Mustafa Quliyevdən götürülmüş hüquqpozma predmetlərinin Şəxs tərəfindən qanunsuz olaraq özbaşına səkildə HNBGİ-nin inzibati binasındakı otaqdan götürülüb aparılması, isin obyektiv araşdırılmasına mane olmaqla təhqiqatçının fəaliyyətinə müdaxilə hesab edilməlidir. Nəzərə alınmalıdır ki, Şəxs bu əməli ilə digər şəxsin törətmiş olduğu cinayət vaxud inzibati əmələ görə məsuliyyətdən kənarda qalmasına şərait yaratmış, euni zamanda həmin mobil telefonların gətirilməsinə görə dövlət büdcəsinə ödəniləcək gömrük ödənişlərinin ödənilməsindən yayınılmaya səbəb olmuşdur. Toplanmış materialda Azərbaycan Respublikası CM-nin 286.2-ci maddəsinin tərkib əlaməti olduğundan araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 00800-00080/23 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, əməlindən səmimi peşman olduğunu qeyd etmiş və məhkəmədən barəsində minimum həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ümumi dəyəri 183 manat məbləğində olan malları gömrük orqanına mütləq bəyan edillməli olduğu halda bəyan etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin – 183 manat məbləğin qırx faizi miqdarında 73,20 manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 22 dekabr 2022-ci il tarixli, 9/7741 saylı ekspert rəyi özündə inzibati xəta haqqında protokolda adları qeyd edilən Şəxs və M.Quliyev tərəfindən törədilmiş inzibati xətanın bilavasitə obyekti olan mallara dair tədqiqatın nəticəsini əks etdirir. Qeyd edilən ekspert rəyinin M.Quliyev barəsində tərtib edilmiş inzibati xəta haqında material üzrə, həmçinin hər iki şəxs barəsində olan cinayət işi üzrə sübut kimi tanındığını nəzərə alaraq məhkəmə hazırki iş üzrə ekspertiza tədqiqatının dəyərinin əvəzinin ödənilməsinə münasibət bildirilməsinə ehtiyac olmadığı qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 73,20 (yetmiş üç manat iyirmi qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar