Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-623/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə, Şəxs xx.xx.1992-ci il tarixdə Naxçıvan MR Babək rayonunun Çeşməbasar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: İnzibati xəta haqqında protokola əsasən 0710.2022-ci il tarixdə saat 2 radələrində TK 336 İstanbul-Bakı aviareysi ilə sərnişin qismində gələn Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş inspektor Şəxs nəzarətə götürülmüş, “yaşıl kanal”a gömrük nəzarətini tərk etdikdən sonra sərnişinlərin gözləmə zalında saxlanılaraq gömrük nəzarəti zonasına qaytarılmış, əşyaları rentgen aparatından keçirildikdən sonra təkrar yoxlamaya dəvət olunmuş, yoxlama zamanı ona məxsus əl çantasının içərisində gömrük nəzarətinə bəyan olunmamış 2 blok (400 ədəd) “X2” markalı siqaret və 3 ədəd üzərində “DNA Design” sözləri yazılmış usb kabel, pul kisəsinin içərisində 4 ədəd “İphone 14 Pro” markalı mobil telefon, əynindəki gödəkçənin içərisində isə 2 ədəd “İphone 14 Pro” markalı mobil telefon aşkar edilmiş və bu faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsin “Terminal-1” X4 Gömrük Postunun rəisi, gömrük xidməti polkovnik-leytenantı Faiq Məmmədov tərəfindən xx.xx.2022-ci il tarixdə 34/021/024267 saylı raport tərtib edilmişdir. Bundan başqa, Şəxs baqajından gömrük nəzarətinə bəyan edilməmiş “VVY68 PLUS” markalı bir ədəd saat, “GS8 Ultra” markalı 5 ədəd saat, “DNA Design” sözləri yazılmış 6 ədəd usb kabel, “İphone” markalı mobil telefon üçün 8 ədəd usb kabel, 2 sellofan paket mobil telefon stikeri, “İphone” markalı mobil telefon üçün 8 ədəd usb kabelin kağızı, “İphone 14 Pro” markalı mobil telefona məxsus1 ədəd qutu və “Vvhey Consantrate” markalı 1 qutu protein tozu aşkar edilərək götürülmüş və və bu barədə müvafiq protokol tərtib edilmişdir. Bu faktla bağlı aparılmış araşdırmanın nəticəsində xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin tərkibi olduğundan, həmin fakt barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti zəruri sənədlər və inzibati xətanın predmeti olan əşyalarla birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilmişdir. Həmin faktla əlaqədar Hava Nəqliyyatında Baş X3 və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə İnzibati xəta haqqında № 00800-00079/23 saylı İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 64-cü maddələrinə əsasən işə Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2022-ci il tarixli, 9/7196 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 14 adda malların xx.xx.2022-ci il tarixə ümumi orta bazar dəyəri 836,00 (səkkiz yüz otuz altı) manat təşkil edir. Məhkəmədə müəyyən edildi ki, Şəxs məxsus malların xx.xx.2022-ci il tarixə ümumi orta bazar dəyəri 653,00 (altı yüz əlli üç) manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçiriln omalların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona məxsus - inzibati xətanın bilavasitə obyekti olan mallar – “Azərterminalkompleks” Birliyində saxlanılan ümumi qiyməti 653,00 (altı yüz əlli üç) manat olan mallar müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-623/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-623/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver