Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-627/2025 30.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, xx.xx.1975-ci ildə Neftçala rayonunun anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli Neftçala rayonunun Kürkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DSX Sahil Mühafizəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası DSX Sahil Mühafizəsi Bakı SNŞ-nin 18-ci (Zirə) SNB-nin rəisi baş leytenantı X3 tərəfindən tərtib edilmiş 10 fevral 2025-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs icazə verilmiş üzmə milini keçərək inzibati xəta törətmişdir. - Raportdan görünür ki, Yamaha-48 markalı asma mühərrik quraşdırılmış Zi-1882 bort nömrəli taxta tipli üzmə vasitəsi ilə Neftçala şəhərində qeydiyyatda olan və xx.xx.1975-ci ildə Neftçala rayonunun anadan olmuş Şəxs və xx.xx.1968-ci il tarixdə Neftçala rayonunda anadan olmuş X2 müəyyən edilmiş sahildən dənizdə balıq ovu ilə məşğul olmuşdur. Gəmi tərəfindən sərhəd rejim qaydalarını yoxlamaq məqsədilə qayığa yoxlama keçirilmişdir. "Nazirlər Kabinetinin" xx.xx.1992-ci il tarixli 560 saylı qərarının 2 nömrəli əlavəsinə və xx.xx.2015-ci il tarixli 296 saylı qərarına əsasən qayığa sahildən 2.0 mil məsafədə balıq ovu ilə məşğul olmağa icazə verilməsinə baxmayaraq sahildən müəyyən edilmiş məsafədən uzaqlaşaraq dənizdə balıqçılıq fəaliyyəti ilə məşğul olmaları aşkar olunmuş və yuxarıda adları göstərilən şəxslər su sərhəd rejim pozucusu qismində saxlanılmışdır. Bu səbəbdən X2 və Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 oktyabr 1992-ci il tarixli, 560 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrinin saxlanılması qaydaları»-nin (2 nömrəli əlavə) və xx.xx.2015-ci il tarixli 296 saylı qərarının pozulması ilə bağlı əməlində İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta olduğundan, barəsində müvafiq tədbir görülməsi uçun toplanmış materialların aidiyyatı üzrə göndərilməsinə dair göstəriş verməyini xahiş edir. - Şəxs protokol tərtib etmiş orqana verdiyi izahatında göstərmişdir ki, xx.xx.1975-ci il tarixdə saat Xəzər dənizinə balıq ovuna çıxmışdır. Sahildən müəyyən edilmiş aralıqda dənizdə balıq ovu ilə məşğul olmuşdur. Bu zaman sərhədçilər tərəfindən təyin olunmuş mili keçdiyi üçün və ya qanunla müəyyən olunmuş qaydada rejimi pozduğu üçün saxlanılmışdır. - X4 izahatında göstərmişdir ki, Yamaha-48 markalı asma mühərrik quraşdırılmış Zi-1882 bort nömrəli taxta tipli üzmə vasitəsi ilə Neftçala şəhərində qeydiyyatda olan və xx.xx.1975-ci ildə Neftçala rayonunun anadan olmuş Şəxs və xx.xx.1968-ci il tarixdə Neftçala rayonunda anadan olmuş X2 müəyyən edilmiş sahildən dənizdə balıq ovu ilə məşğul olmuşdur. Gəmi tərəfindən sərhəd rejim qaydalarını yoxlamaq məqsədilə qayığa yoxlama keçirilmişdir. "Nazirlər Kabinetinin" xx.xx.1992-ci il tarixli 560 saylı qərarının 2 nömrəli əlavəsinə və xx.xx.2015-ci il tarixli 296 saylı qərarına əsasən qayığa sahildən 2.0 mil məsafədə balıq ovu ilə məşğul olmağa icazə verilməsinə baxmayaraq sahildən müəyyən edilmiş məsafədən uzaqlaşaraq dənizdə balıqçılıq fəaliyyəti ilə məşğul olmaları aşkar olunmuş və yuxarıda adları göstərilən şəxslər su sərhad rejim pozucusu qismində saxlanılmışdır. - X1 izahatında göstərmişdir ki, Yamaha-48 markalı asma mühərrik quraşdırılmış Zi-1882 bort nömrəli taxta tipli üzmə vasitəsi ilə Neftçala şəhərində qeydiyyatda olan və xx.xx.1975-ci ildə Neftçala rayonunun anadan olmuş Şəxs və xx.xx.1968-ci il tarixdə Neftçala rayonunda anadan olmuş X2 müəyyən edilmiş sahildən dənizdə balıq ovu ilə məşğul olmuşdur. Gəmi tərəfindən sərhəd rejim qaydalarını yoxlamaq məqsədilə qayığa yoxlama keçirilmişdir. "Nazirlər Kabinetinin" xx.xx.1992-ci il tarixli 560 saylı qərarının 2 nömrəli əlavəsinə və xx.xx.2015-ci il tarixli 296 saylı qərarına əsasən qayığa sahildən 2.0 mil məsafədə balıq ovu ilə məşğul olmağa icazə verilməsinə baxmayaraq sahildən müəyyən edilmiş məsafədən uzaqlaşaraq dənizdə balıqçılıq fəaliyyəti ilə məşğul olmaları aşkar olunmuş və yuxarıda adları göstərilən şəxslər su sərhəd rejim pozucusu qismində saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs sürdüyü qayıqla Xəzər dənizinin balıq ovu üçün icazə verilən məsafəni ötərək balıq ovu ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə -gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarından qayığın Şəxs xüsusi mülkiyyətində olması sübut edilmədiyinə görə onun müsadirə edilməsi də yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 250 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-627/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-627/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver