Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-631/2020 07.07.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x5 iştirakları ilə, 12 iyul 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan x10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x11 tərəfindən x5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 07 iyul 2020-ci il tarixli protokol tərtib edilərək M.Axundovun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x11 izahat verərək bildirdi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-472/2019 saylı, 11 yanvar 2019-cu il tarixli icra vərəqəsinə əsasən, 23 noyabr 2018-ci il tarixdən başlayaraq 08 may 2009-cu il təvəllüdlü x2 və 04 yanvar 2012-ci il təvəllüdlü x3 yetkinlik yaşna çatanadək saxlanılması üçün x4 hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq x7 xeyrinə ödənilməlidir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu x8 tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, aliment borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. x5 bugünədək olan aliment borcu 7600 manat təşkil edir. x10 icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da x10 borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Borclunun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamağını yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmişdir. Borclunun adına rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, həmçinin pul vəsaitləri aşkar edilməmişdir. x5 əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də x5 inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x10 icra sənədi üzrə müəyyən olunmuş aliment borcunun ödəməməyinin səbəbi kimi daimi iş yerinin olmamasını qeyd etmişdir. Halhazırda aliment borcundan zərərçəkmiş şəxsə heç bir ödəniş edə bilmir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 2(003)- 472/2019 saylı, 11 yanvar 2019-cu il tarixli icra vərəqəsinə əsasən 23 noyabr 2018-ci il tarixdən başlayaraq 08 may 2009-cu il təvəllüdlü x2 və 04 yanvar 2012-ci il təvəllüdlü x3 yetkinlik yaşna çatanadək saxlanılması üçün x4 hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq x7 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 15.02.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın və tələbin icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu x4 Xəzər Rayon Məhkəməsinin 2(003)-472/2019saylı, 11 yanvar 2019-cu il tarixli icra sənədinin könüllü icra edilməsi tələb edilmişdir. İş materialında olan müvafiq idarə və təşkilatlara edilmiş sorğular və onun əsasında verilmiş cavab məktublarının surətindən görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş x5 07.07.2020-ci il tarixli Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatın surətindən məlum olur ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-472/2019 saylı, 11 yanvar 2019-cu il tarixli icra sənədi icra olunmadığı təqdirdə barəsində qanuna müvafiq qaydada məcburi icra tədbirləri və Azərbaycan Respublikası İXM-nin 528.1-ci və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması barədə xəbərdar olunduğunu göstərmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan x5 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, x1 Rayon Məhkəməsinin 2(003)-472/2019 saylı, 11 yanvar 2019-cu il tarixli icra sənədi üzrə müəyyən olunmuş aliment məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır və bu günə olan ödənilməmiş aliment məbləği 7600 manat təşkil edir. Onun barəsində AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, x5 hərəkəti Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, x5 törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, M.Axundovu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 07 iyul 2020-ci il tarixdən, yəni, x5 tutulduğu andan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 12 iyul 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan x10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 07 iyul 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan x15 x9 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-631/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-631/2020
07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver