Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-636/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Şəki rayonu, Baş Şabalıd kəndində doğulmuş, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Baş Şabalıd kəndində ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən Şəxs Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta ilə bağlı özünü təqsirli bilmiş və izahatında bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə müxtəlif spirtli içkilər qəbul etmişdir. Spirtli içkiləri həddindən artıq qəbul etdiyi üçün tam şəkildə sərxoşluqdan ayıla bilməmişdir. xx.xx.2025-ci il tarixdə dostu özünə məxsus avtomobili idarə edib, onu xəstəxanaya aparmasını xahiş etmişdir. Onun xahişini yerə salmayaraq, onun avtomobilini idarə etmişdir. Lakin polis əməkdaşları onu saxlamış və sərxoş olduğunu müəyyən etmişdirlər. Hazırda əməlindən peşmandır. Himayəsində 6 azyaşlı uşağı vardır. Atasıda rəhmətə getmişdir. Onun barəsində cərimə tətbiq olunarsa, onu ödəmək iqtidarında deyildir. Odur ki, sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakısını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçısının izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2025ci il tarixdə, saat 08:33-də “Mercedes Benz 190” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəxs tərəfindən Azərbaycan Respupblikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - xx.xx.2025-ci il tarixli, ******* nömrəli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğu müəyyən edilmiş, sonuncu həkimə getməyə ehtiyacının olmamasını, bir daha spirtli içkinin təsiri altında avtomobil idarə etməyəcəyinə söz vermişdir. İş araşdırılmış halları ilə müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 09:33 radələrində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu hal iş materialları, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapır. Odur ki, məhkəmə, hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən düzgün olaraq Şəxs əməlini Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək qeyd edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 09:33 radələrində avtomobili sərxoş halda idarə etməsi halının sübutu kimi tərtib edilmiş protokollar və ******* nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin göstəricisi qəbul edilməlidir. Belə ki, həmin sübutların əksinə dəlalət edən mötəbər bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, “sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* nömrəli protokoldan görünür ki, xüsusi texniki vasitədən istifadə edilməklə Şəxs müvafiq alkoqol testindən keçmiş və həmin vasitənin göstəricisinə əsasən onda 0,432 % dərəcəsi miqdarında alkoqol aşkar edilmişdir. Özü də həmin protokoldan “həkimə getməyə ehtiyacının olmamasını, bir daha spirtli içkinin təsiri altında avtomobil idarə etməyəcəyinə söz verir” qeydini yazmaqla və imzalamaqla müvafiq qaydada alkoqol testindən keçdiyi qeyd etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərtib edilmiş protokol əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində 6 azyaşlı uşağının olmasını məhkəmə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və məhkəmə də verdiyi izahatı da nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiqdir. Bu zaman məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, tətbiq edilən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbehin müddəti 06 ay həddində müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-636/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-636/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver