Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-637/2023 18.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 24 avqust 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə subay, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov tərəfindən tərtib olunmuş 09 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci, xx.xx.2022-ci il, xx.xx.2020-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" ASC-nin xeyrinə 3.394,38 manat məbləğində pul tutulmalıdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə 2300,60 manat pul tutulmalıdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" ASC-nin xeyrinə 2.822,78 manat pul tutulmalıdır. xx.xx.2023-cü il tarixli qərarla hər üç icra sənədi bir icraatdda birləşdirilmişdir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmişdir. Bundan başqa, borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra sənədləri üzrə bu günə kimi heç bir ödəniş etməmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində xx.xx.2022-ci il tarixli axtarış qərarı qəbul edilmişdir. Şəxs borcun ödənilməsi üçün vaxt verilsə də heç bir ödəniş etməmişdir. Məhkəmə iclası bu gün saat 11:30-a təxirə salınmışdır. Bununla da Şəxs qeyd olunan icra sənədlərinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, maddi imkanı olmadığına görə borcundan ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona təkrarə vaxt verilsə, ödəniş edə bilər. Məhkəmə tərəfindən ona vaxt verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə 3.394,38 manat məbləğində pul tutulmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə 2.822,78 manat pul tutulmalıdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs "xxxx" MMC-nin xeyrinə 2300,60 manat pul tutulmalıdır. İş materiallarına əlavə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarı qəbul edilmişdir. Şəxs bu günə kimi borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarlarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, məhkəmə iclası bu gün saat 11:30-a təyin edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 18 aprel 2023-cü il tarixdən, saat 11:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-637/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-637/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver