Məhkəmə qərarları › İş №3(003)-638/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-638/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-638/2020 07.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən "Şəxs" MMC (VÖEN: **********) tərəfindən 05/2016 nömrəli müqaviləyə əsasən Böyük Britaniyanın "X5 Ltd" şirkətindən göndərilən netto çəkisi 1201,5 kq, ümumi gömrük dəyəri 320971,45 manat (ümumi invoys dəyəri 178910 ABŞ dolları) olan qara metallardan fitinqlər, qara metallardan yeşiklər və analoji tutumlar, qara metallardan yivlə təchiz edilmiş məmulatlar, əl alətləri, yer qazan və ya tunel qazan maşınların hissələri, printerlər, statik dəyişdiricilər, elektrik akkumulyatorları, elektrik akkumulyatorların hissələri, elektrik inteqral sxemlər, prosessorlar və kontrollerlər, elektrik naqilləri, geofiziki cihaz və alətlər, geofiziki cihaz və avadanlıqların hissələri və ləvazımatları, təzyiqin ölçülməsi və ya ona nəzarət üçün cihaz, ölçü və ya nəzarət cihazları Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx.xx.2017-ci il tarixində **********1368 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş, həmin malların xx.xx.2018-ci il tarixinə qədər geriyə qaytarılması barədə öhdəlik götürülmüşdür(GB-nin 44-cü qrafası). Müvəqqəti idxal müddəti sonuncu dəfə MMC-nin xx.xx.2020-ci il tarixli, xx/xx/000711 nömrəli məktubuna əsasən xx.xx.2020-ci il tarixinə qədər uzadılmışdır.HNBGl-nin Xüsusi Gömrük Prosedurları Şöbəsindən daxil olmuş 34/012/010500 nömrəli raporta əsasən yükün bir hissəsi **********9980 və **********2828 sorğu nömrəli gömrük bəyannamələri əsasında təkrar ixrac edilmişdir. Yükün qalan hissəsinin müvəqqəti idxal müddəti xx.xx.2020-ci il tarixində bitməsinə baxmayaraq, həmin müddət uzadılmamış, yük digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir.Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı "Şəxs" MMC-nin xx/xx/010904 qeydiyyat nömrəli müraciəti müəyyən olunmuş müddət bitəndən 12 gün sonra, yəni x xxxx 2020-ci il tarixində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olmuşdur. Bu barədə Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və X3 şöbəsinin rəis müavini, gömrük xidməti polkovnikleytenantı X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 499.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: həmin Məcəllənin 499.1.1-ci maddəsinə əsasən on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 26, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 499.1.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar