Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-638/2024 27.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, deməsinə görə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 20 yanvar küçəsində yerləşən nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, icraatında Şəxs barəsində 3 icra sənədi vardır. İcra şöbəsinə dəvət edilmiş izahatı alınmış, izahatında bildirmişdir ki, xəstəliyinə görə tam ödəniş edə bilmir və hissə-hissə ödəməsi barədə söz vermiş, lakin icra sənədləri üzrə heç bir ödənişlər etməmişdir. İzahatında həmçinin bildirmişdir ki, icra sənədləri üzrə hər hansı bir məbləğdə ödəniş aparması halı Şəxs icra sənədləri üzrə tələblərin yerinə yetirməsindən qərəzli olaraq yayınmasını sübut edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, imkanı olmadığından ödəniş edə bilməmiş, ağ ciyərlərində problemləri var və ona görə işləyə bilmir. Səhətində olan problemlə bağlı xəstəxanada da müalicə almışdır. Hazırda işləmək qabiliyyətinin olmaması barədə müvafiq sənədi məhkəməyə təqdim edə bilmir. İcra sənədləri üzrə heç bir ödəniş edə bilmir. Onun maddi tələbatlarını arvadı ödəyir. Hazırda barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2526/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixli, KSNPU01121 saylı kredit müqaviləsi üzrə cəmi 2364 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-748/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" MMC-nin xeyrinə Şəxs cəmi 1951,25 manat tutulmalıdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1982/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs cəmi 953,87 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan icra vərəqələri üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişlər Şəxs rəsmi qaydada təqdim edilmiş, onun adına əmlakın (daşınar və daşınmaz, bank hesabları və s.) olub-olmaması barədə icra məmuru tərəfindən müxtəlif orqanlara, banklara sorğular edilmiş, lakin borclunun adına icra sənədi üzrə tələbin yönəldilə biləcək hər hansı bir əmlak aşkar edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, Şəxs icra şöbəsinə gəlmədiyindən onun barəsində axtarış haqqında icra məmuru tərəfindən qərarlar qəbul edilmiş Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri barədə məlumatı var, lakin icra sənədlərindəki göstərilmiş tələbi qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Belə ki, onun verdiyi izahatından və iş materiallarından görünür ki, hal-hazıradək icra sənədləri üzrə hər hansı bir məbləğdə ödənişlər həyata keçirilməmiş, ödəniş etməməsinin səbəbi kimi işləyə bilməməsini qeyd etsə də, onun işləmək qabiliyyətinin olmamasına dair hər hansı bir sənədinin mövcud olması da müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxsnın törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-638/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-638/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver