Məhkəmə qərarları › İş №3(003)-640/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-640/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-640/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2v 3, mənzil 17-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X6 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, “Lexus” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-cü il tarixdə səhər saatlarında Xəzər rayonu, Türkan qəsəbəsinin içərisində 34-40 km/saat sürətlə hərəkət edərkən, qəflətən X2 başqa istiqamətə baxıb onun yoluna çıxmış, nəticədə avtomobilinin sağ qabaq tərəfi ona toxunmuşdur. Dərhal ona ilkin tibbi yardım göstərmiş, sonra onu təhsil aldığı məktəbin qabağına aparmış, ondan özünü necə hiss etdiyini soruşmuş və o, cavabında özünü yaxşı hiss etdiyini və əlavə heçnəyə ehtiyacı olmadığını bildirmişdir. Hazırda törətdiyi əmələ görə peşman olmuşdur. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə izahatında göstərdi ki, həmin tarixdə məktəbə gedən zaman yolu keçmək istəmiş, ətrafa boylanmış və avtomobilin gəlmədiyindən əmin olaraq yolu keçmək istəyərkən, avtomobil ona dəymişdir. Sonra huşunu itirmişdir. Avtomobildə olanlar ona yardım etmişlər, sonra özünü yaxşı hiss etdiyi üçün onu oxuduğu məktəbə aparmışlar. Avtomobildən düşərək, məktəbə getmişdir. Orada isə onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərdi ki, evdə olarkən qızının oxuduğu məktəbdən müəlliməsi zəng edərək, uşağının yıxıldığını, məktəbə gəlməsini bilmişdir. O, məktəbə getmiş, məktəbdə müəlliməsi qızını avtomobil vurmasını demişdir. Ondan sürücünün harda olmasını soruşmuş, müəllimə sürücünün uşağı düşürüb getdiyini demişdir. Uşağını xəstəxanaya aparmış, qolunda və ayağında xəsarət olması müəyyən edilmişdir. Hazırki vaxtadək sürücü ona heç bir maddi və mənəvi köməklik etməmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Lexus” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirlərin görülməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, Şəxs idarə etdiyi “Lexus” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə Xəzər rayonu, Türkan qəsəbəsi 119 saylı tam orta məktəb istiqamətində hərəkət edən zaman, məktəb istiqamətində yolun sağ tərəfindən yolu əks istiqamətdə keçmək istəyən piyada azyaşlı Zərərçəkmiş şəxs görüb avtomobilin tormozundan istifadə etsə də, idarə etdiyi avtomobilin sağ yan güzgüsü azyaşlıya çırpılmış və nəticədə azyaşlının yüngül dərəcəli xəsarət almasına səbəb olmuşdur. -Xəzər RPİ-nin DYPŞ-nin polis leytenantı X3 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 190 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol ayağın yumşaq toxumalarının əzilməsi və hemotoması küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X7” X8 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Şəxs idarə etdiyi “Lexus” markalı, **- XN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə Xəzər rayonu, Türkan qəsəbəsi 119 saylı tam orta məktəb istiqamətində hərəkət edən zaman, məktəb istiqamətində yolun sağ tərəfindən yolu əks istiqamətdə keçmək istəyən piyada azyaşlı Zərərçəkmiş şəxs avtomobili ilə vurmuş və nəticədə azyaşlıya yüngül dərəcəli xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Şəxs əməlindən peşman olaraq baş vermiş inzibati xəta hadisəsini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar