Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-644/2023 11.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Pərviz Həsənlinin, şahidlər Xəzər RPİ DYPŞ Yol Patrul Xidməti inspektorları, polis baş serjantları X1, X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nizami oğlunun iştirakları ilə, 10 iyun 1992-ci il tarixdə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Laçın rayonu, Qozlu ərazi dairəsi, Fingə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Nizami oğlu barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Nizami oğlu 10 mart 2023-cü il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs Nizami oğlu barəsində Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Toğrul Əliyev tərəfindən 11 sentyabr 2022ci il tarixdə, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Pərviz Həsənli göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 11:20 radələrində Xəzər RPİ DYP-nin əməkdaşları Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq bağ massivi yolunda xidmətdə olarkən “Mercedes” markalı, “**-OU-***” dövlət nömrə nişanlı avtomobilin nişanlanma xəttini pozmuş və DYP əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, sürücü Şəxs idarə etdiyi avtomobili etibarnamə olmadan idarə etmişdir. Sürücü ilə dialoq zamanı sürücüyə məlumat verilmişdir ki, avtomobil duracağa təmin olunmalıdır. Bu zaman sürücü Şəxs yüksək səs tonu ilə polisin ünvanında nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ona qarşı kobudluq etmişdir. Bu barədə raport tərtib edərək onların inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Şəxs Nizami oğlu barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid – Xəzər DYPŞ-nin Yol Patrul Xidməti üzrə inspektoru, polis baş serjantı X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 11:20 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq bağ massivi yolunda xidmətdə olarkən sürücünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini görərək “Mercedes” markalı, “**-OU-***” dövlət nömrə nişanlı avtomobil tərəfindən saxlanılmış və sənədlərin yoxlanışı zamanı sürücünün avtomobili etibarnamə olmadan idarə etdiyi müəyyən edilmişdir. Bununla bağlı sürücüyə avtomobilin duracağa aparılacağını bildirmiş, lakin sürücü buna etiraz edərək polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən əraziyə Xəzər RPİ-nin PPXB-nin naryadı çağırılmış və sürücü polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid kimi dindirilən Xəzər DYPŞ-nin Yol Patrul Xidməti üzrə inspektoru, polis baş serjantı X4 da şahid X1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs Nizami oğlu məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək, əməlindən peşman olmasını bildirərək, barəsində yüngül inzibati tənbeh tədbiri seçilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin DYPŞ-nin YPX üzrə inspektorları K.Məmmədov və R.Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan məlum olur ki, Şəxs Nizami oğlu xx.xx.2023-cü il tarixində saat 11:20-də, Buzovna qəsəbəsi-Albalı bağ massivi yolunda idarə etdiyi “Mercedes” markalı **-OU-*** nömrə nişanlı avtomobillə yol-hərəkəti haqqında qanunu pozduğu üçün saxlanılmış və saxlanıldğı zaman avtomobili müvafiq icazə sənədi (etibarnamə) olmadan idarə etdiyi məlum olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN N1532733 seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs Nizami oğlu barəsində həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs Nizami oğlu xx.xx.2023-cü il tarixində, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Şəxs hüquqları izah olunmuş, protokolla tanış edilmişdir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, şahidlərin izahatları və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Nizami oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Buna görə də Şəxs Nizami oğlu barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 31.4-1, 40, 43, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Nizami oğlu Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-644/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-644/2023
11.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver