Məhkəmə qərarları › İş №3(003)-644/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-644/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-644/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon DYPŞ-dən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Xəzər rayonu ərazisində Binə körpüsü-Hava Limanı yolunda Zərərçəkmiş şəxs2 idarə etdiyi etdiyi “Vaz 210744” markalı 10-GL595 dövlət qeydiyyat nişanlı avtomobilin və sürücü Şəxs idarə etdiyi “Khazar” markalı 99-EM- 326 dövlət qeydiyyat nişanlı avtomaşın toqquşması nəticədə baş vermiş yol nəqliyat hadisəsi zamanı “Vaz 21074” markalı avtomobilin sürücü Zərərçəkmiş şəxs2 və “Khazar” markalı avtomobilin sərnişin Zərərçəkmiş şəxs1 bədən xəsarətləri almalarına səbəb olmuşdur. Nəticədə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi yarandığı üçün onun barəsində inzibati tədbirlər görülməsi məqsədilə material Xəzər DYPŞ-nin vasitəsi ilə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində idarə etdiyi və taksi kimi fəaliyyət göstərdiyi “Khazar” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Binə qəsəbəsi ərazisndə qadın sərnişin əyləşdirib, avtomobili Binə qəsəbəsi istiqamətindən, Mərkəz-Şəhər istiqamətində hərəkətə gətirib, Binə körpüsünün üzərində saatda təxminən 30 km sürətlə Hava Limanın yolu istiqamətində iki istiqamətli yolun sağdan 2-ci zolağı ilə hərəkət edib, körpünün qurtaracağında olan 2,4 yol nişanına məhəl verməyərək eyni sürətlə körpüdən enib, Hava Limanı istiqamətindən, Körpünün üzərinə qalxan yola daxil olrkən hərəkətini davam etdirən zaman, Hava Limanı istiqamətindən, Binə körpüsünün üzərinə baş yolda qalxmaq istəyən “Vaz 21074” markalı avtomobilin qarşısına çıxmışdır və onun idarə etdiyi avtomobilin qabaq tərəfi Vaz 21074 markalı avtomobil qabaq tərəfinə çırpılaraq yol nəqliyyat hadisəsi baş verdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, aliment ödədiyindən onun barəsində cərimə cəzası deyil sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, xx.xx.2025-cü il tarixdə saat 15:30 radələrində idarə etdiyi “Vaz 21074” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hava Limanın daxilindən çıxıb, saatda təxminən 40- 50 km sürətlə Binə körpüsü istiqamətində hərəkət edən zaman, qarşıdan Binə körpüsünü üzərindən hərəkət edən avtomobillər yol nişanına riayət edərək dayanıb onun avtomobilinin keçib Binə körpüsü istiqamətində getməsini gözləsələrdə, dayanmış avtomobilərdən bir qədər arxada, yəni Binə körpüsü tərəfdən hərəkət edən hadisədən sonra “Khazar” markalı olduğunu bildiyi avtomobil körpüdən baş yola çıxacaqda olan “2.4” nişanına məhəl vermədən, baş yolda hərəkət edən avtomobilə yol vermək üçün dayanmış avtomobilin yanında ötüb keçərək onun avtomobil ilə hərəkətdə olduğu istiqamət yola daxil olub onun idarə etdiyi avtomobilin qabaq tərəfinə çırpıldığını bildirmişdir. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqanın xəbərdar olunmasına baxmayaraq nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçısının izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X1” X2 24 mart 2025-ci il tarixli 260 saylı məhkəmə-tibbi ekspertizası rəyində göstərilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə “Vaz 21074” markalı 10-GL595 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 Məhkəmə tibbi ekspertizası təyin edilmişdir və MTE-nın rəyinə əsasən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan 01 aprel 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından onun barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə toplanmış materiallar Xəzər RPİ-nin DYPŞ-nin vasitəsilə Xəzər rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər Rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2025-ci tarixli aktına əsasən məlum olmuşdur ki, hər iki avtomobil sürücüsündə alkoqol sərxoşluğu vəziyyəti yoxdur, sürücülər ayıqdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Həmin Qanunun 3.2.16-cı maddəsinə əsasən “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 6.2.1-ci maddəsinə əsasən “Yol hərəkəti sahəsində fiziki şəxslərin yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək vəzifəsi vardır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin məhkəmə iclasında vermiş olduğu izahatından müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xəzər rayonu ərazisində Binə körpüsü-Hava Limanı yolunda Zərərçəkmiş şəxs2 idarə etdiyi etdiyi “Vaz 21074” markalı 10-GL595 dövlət qeydiyyat nişanlı avtomobilin və sürücü Şəxs idarə etdiyi “Khazar” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşması ilə nəticələnən baş vermiş yol 'nəqliyyat hadisən’ zamanı “Khazar” markalı '**-EM-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycart Respublikası Qanununun 63-ci maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanın) tələblərinə uyğunsuzluq etməklə yol nəqliyyat hadisəsi törətmişdir.Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Vaz 21074” markalı 10-GL595 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 YÜNGÜL dərəcəli bədən xəsarəti almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən “Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunması, törətdiyi xətanı etiraf edərək səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun izahatını, dəymiş ziyanın ödənilməsini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar