Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-645/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə ailəli, himayəsində 2 uşağı olan, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsi, L.Starçuk küçəsi, ev 26-da yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən tərtib olunmuş 13 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin, Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə göstərdi ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra şöbəsinə dəvət olunmuş, izahatları alınmış və o, izahatlarında maddi imkanı olmadığına görə ödəniş edə bilmədiyini qeyd etmişdir. Sonradan icra şöbəsinə gəlmədiyinə görə borclu barəsində xx.xx.2022-ci il tarixdə axtarış qərarı qəbul edilmişdir. Aliment borcunun ödənilməsi üçün borclu Şəxs məhkəmə tərəfindən vaxt verilsə də o, məhkəmənin çağırışlarına gəlmədiyinə görə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkəməyə gətirilməsi qərara alınmışdır. Borclu Şəxs bu gün saat 10:00-da polis əməkdaşları tərəfindən məhkəməyə gətirilmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədlərinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, 2-ci dəfə ailə qurmuş və bir uşağı vardır. Əvvəllər "xxxx" MMC-də işləmiş və borc onun əmək haqqına yönəldilmişdir. Lakin sonradan işdən çıxarıldığına görə maddi imkansızlıqdan ödəniş edə bilməmişdir. Buna baxmayaraq, bu günə kimi aliment borcundan cəmi 130 manat ödəniş etmişdir. Məhkəmə tərəfindən ona vaxt verilsə də o, cəmi 50 manat ödəniş etmiş, lakin bu barədə məhkəməyə sənəd təqdim edə bilmir. Məhkəmədən təkrar olaraq ona 10 gün vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X4 göstərdi ki, borclu aliment borcundan bu günə kimi hissə-hissə olmaqla cəmi 130 manat ödəniş etmişdir. Lakin həmin pulla uşağı saxlamaqda çətinlik çəkir. Borcundan ödəniş etməsi üçün Şəxs məhkəmə tərəfindən vaxt verilməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Ona görə də Şəxs həbs olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021 və xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, icra sənədləri üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarından görünür ki, Şəxs məhkəməyə gətirilməsi qərara alınmışdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. O, icra məmurunun, məhkəmənin çağırışlarından yayındığına görə barəsində gətirilmə və axtarış qərarları qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədlərini qəsdən icra etməmiş, onların icrasından qərəzli olaraq boyun qaçırmış, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs bu gün saat 10:00-da polis tərəfindən məhkəməyə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 05 may 2023-cü il tarixdən, saat 10:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-645/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-645/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver