Məhkəmə qərarları › İş №3(003)-645/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-645/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-645/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2005-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ″Paşa Malls″ Məhdud Məsuliyyətli Cəmiyyətində təhlükəsizlik xidmətində patrul işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X2 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə dairəvi yolda gözləyən zaman “X5” markalı avtomobil gəlmiş, onu gözləmiş, həmin avtomobil getdikdən sonra dairəvi yolda dönmək istəyərkən motosikletin gəldiyini görmüş, zənn etmişdir ki, motosiklet gəlincəyə qədər avtomobilin idarə edib gedə bilər. Lakin bir anda hadisə baş vermiş və motosiklet onun avtomobilinə dəymişdir. Hadisədən sonra ona köməklik edərək xəstəxanaya aparmışdır. Hazırda törətdiyi əmələ görə peşman olmuşdur. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə motosikleti idarə edərkən, sözügedən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra Şəxs onu xəstəxanaya aparmış və çıxıb getmişdir. Xəstəxana xərclərini özü qarşılamışdır. Hazırda ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Mercedes” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirlərin görülməsi qərara alınmışdır. -Xəzər RPİ-nin DYPŞ-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 261 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu və sağ diz oynağının yumşaq toxumalarının əzilməsi və gərilməsi küt əşya təsirindən törənmiş, törənmə müddəti onun “X4” X3 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Şəxs idarə etdiyi “Mercedes” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə xx.xx.2024-cü il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi istiqamətində hərəkət edib, dairəvi yola ayrıcına daxil olmuş, avtomobili Pirallahı qəsəbəsi istiqamətində davam etdirmək istəyən zaman baş yola daxil olmazdan əvvəl avtomobilini dairəvi yol ayrıcında tam saxlayıb baş yolda, yəni Pirallahı rayon istiqamətindən dairəvi yol ayrıcına tərəf yolun sağdan 4-cü zolağı ilə mopetin hərəkət etdiyini görmüş, mopet yol ayrıcına yaxınlaşana qədər o, avtomobil ilə dairəvi yol ayrıcını düzünə keçib gedə biləcəyini zənn edib avtomobili hərəkətə gətirib, dairəvi yol ayrıcını saatda 15-20 km/sürətlə düzünə keçmək istədikdə, baş yolda hərəkət edən mopet onun avtomobilinin arxa tərəfinə çırpılaraq yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə Zərərçəkmiş şəxs YÜNGÜL dərəcəli bədən xəsarət almasına səbəb olmuşdur. Bununla da məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılıq hissi keçirməsini məhkəmə, məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar