Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-646/2023 15.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs xx xxxxxx 1958-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, 2-ci qrup Qarabağ əlili, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi “Fırtına quşu” düşərgəsində yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 15 mart 2023-cü il tarixli MN № ******* saylı protokoldan göründüyü kimi, Ağdam Rayon Məhkəməsinin 2(13)-404/2015 saylı 26 fevral 2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs X3 xeyrinə, 11 avqust 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 may 2015-ci il tarixdən başlayaraq hər ay 80 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Ağdam Rayon Məhkəməsinin 2(13)-404/2015 saylı 26 fevral 2015-ci il tarixli icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, 11 avqust 2014-cü il təvəllüdlü X4 anası 16 yanvar 2015-ci ildə öldüyünə görə aliment tələbi üzrə tələbkar uşağın nənəsi X5r. Borclu Şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməyərək indiyə qədər aliment ödəməməsi nəticəsində borc məbləği 7760 (yeddi min yeddi yüz altmış) manata çatmışdır. Borclu Xəzər rayon İcra şöbəsinə gəlməkdən yayındığına görə onun barəsində axtarış elan edilmişdir. 15 mart 2023-cü il tarixdə borclu saxlanılaraq İcra şöbəsinə gətirilmiş və izahatı alınmışdır. İzahatında borclu heç bir ödəniş etməyəcəyini bildirmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. Borc məbləğinin tutulmasından ötrü icra sənədi onun aldığı təqaüdə yönədillmiş və pensiyasından indiyə qədər 624,96 manat tutularaq depozitə götürülmüş, 7135 manat ödənilməmiş aliment borcu isə ödənilməmiş qalmışdır. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, arvadı 16 yanvar 2015-ci ildə öldüyünə görə uşağı qaynanası ondan alıb saxlayıb, indi də ona qaytarmır. Onu aldatmışlar, uşağı saxlayıb qaytaracaqlarını desələr də sözlərinə əməl etməmişlər. Aliment barədə məhkəmə qətnaməsindən xəbəri olmamışdır. Özü 2-ci qrup Qarabağ əlilidir. Hazırda tələb onun pensiyasına yönəldilmiş və indiyə qədər 624,96 manat tutularaq depozitə götürülmüş, qalan məbləğ də bu qaydada müntəzəm olaraq tutulacaqdır. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs 2-ci qrup Qarabağ əlilidir. Hazırda tələb onun pensiyasına yönəldilmiş və indiyə qədər 624,96 manat tutularaq depozitə götürülmüş, qalan məbləğ də bu qaydada müntəzəm olaraq tutulacaqdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-646/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-646/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver