Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-648/2020 16.07.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru x2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 22.08.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, A/yat. ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, m ü ə y y ə n e t d i m: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru x3 tərəfindən tərtib olunmuş 13.07.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Neftçala Rayon Məhkəməsinin 2(053)-117/2019 saylı 22.02.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 1 uşağın saxlanması üçün hər ay 130 manat aliment tutularaq x4 ödənilməlidir. İnzibati xəta haqqında protokoldan göründüyü kimi, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs dəfələrlə xəbərdarlıq edilmiş, şöbəyə dəvət olunmuş, lakin heç bir səbəb gətirmədən şöbəyə gəlməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru x1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 117/2019 saylı 22.02.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 1 uşağın saxlanması üçün hər ay 130 manat aliment tutularaq x4 ödənilməlidir. Şəxs maddi vəziyyətində olan çətinlikləri ilə bağlı alimenti ödəməkdən imtina etmişdir. Şəxs adı çəkilən icra sənədini icra etmək əvəzinə heç bir üzrlü səbəb olmadan onu icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qətnaməsini indiyə qədər icra etməmişdir. Borclunun məhkəmə qətnaməsini icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Şəxs ilə aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-117/2019 saylı 22.02.2019-cu il tarixli icra sənədinə əsasən ondan 1 uşağın saxlanması üçün hər ay 130 manat aliment tutularaq x4 ödənilməlidir. İcra sənədinin icrası ilə bağlı bildirdi ki, maddi imkanı yaxşı olmadığından, aliment ödəyə bilməmişdir. Ona icra məmuru tərəfindən xəbərdarlıqlar olunsa da, maddi vəziyyəti ağır olduğu üçün ödəniş edə bilməmiş, borcunu yalnız hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Qeyd olunan maddənin sanksiyasından görünür ki, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində borc məbləğini tam ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Eyni zamanda, bütün dünyanın, eləcə də ölkəmizin düçar olduğu “Koronavirus” pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən ölkə ərazisində həyata keçirilən sosial izolyasiya, xüsusi karantin rejimi və digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar məhkəmə hesab edir ki, mövcud vəziyyətdə qərar qəbul edilərkən işlərə xüsusi həssaslıqla yanaşılmalı, baxılan məsələnin hansı dərəcədə təxirəsalınmaz və əhəmiyyətli olmağı, eyni zamanda qəbul edilən qərarın mövcud vəziyyətə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini və hazırda ölkəmizin düçar olduğu mövcud vəziyyəti nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati cərimə tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 22.08.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, A/yat. Ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-648/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-648/2020
16.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver