Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-649/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X5 nümayəndəsi X7 iştirakları ilə Şəxs xx xxxxxxxx 1981-ci il tarixdə Lerik rayonunun Molalan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda qeydiyyatda olan və orada yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş 17 mart 2023-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs X5 xeyrinə 3772 manat borc və 15 manat məbləğində dövlət rüsumu, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs X8 xeyrinə 2644 manat borc tutulmalıdır. Bakı şəhəri 52 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli İcra qeydinə əsasən X3 xeyrinə Şəxs cəmi 3763 manat pul tutulmalıdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.2023-cü il tarixli qərarla hər üç icra sənədi eyni icraatda birləşdirilmiş, onların icrasını təmin etmək məqsədi ilə qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclunun Əmlak vəziyyəti barədə sorğular verilmiş və onun adına hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu tərəfindən 1687 manat ödəniş edilmiş, digər icra sənədləri üzrə heç bir ödəniş olmamışdır. İcra məmurunun çağırışlarından yayındığına görə Şəxs barəsində xx.xx.2021ci il tarixdə axtarış qərarı qəbul edilmişdir. Bununla da borclu heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X5 nümayəndəsi X9 göstərdi ki, borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu tərəfindən əvvəllər 1687 manat ödəniş etmiş, hazırda da 200 manat ödəniş edərək bundan sonra mütəmadi olaraq hər ay ödəniş edəcəyinə söz vermişdir. Buna görə də o, borclu ilə razılaşmışdır, hazırda borcluya inzibati tənbeh verilməsini istəmir hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və icra sənədlərinin icrasından yayınmır, lakin hazırkı maddi və əmlak vəziyyəti çox pis olduğuna görə müvəqqəti olaraq ödənişlər edə bilməmişdir. Tələbkarlara da məlum olduğu kimi, fəhləlik edib ailəsini dolandırır. Himayəsində iki uşağı vardır. Borclulara hər ay imkanı çatdığı qədər ödəniş etmişdir və bundan sonra da ödəniş edəcəkdir. Tələbkarlar onunla razılaşmışlar. Bütün bunların nəzərə alınaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs X5 xeyrinə 3772 manat borc və 15 manat məbləğində dövlət rüsumu, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs X8 xeyrinə 2644 manat borc tutulmalıdır. Bakı şəhəri 52 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli İcra qeydinə əsasən X3 xeyrinə Şəxs cəmi 3763 manat pul tutulmalıdır. xx.xx.2023-cü il tarixli qərarla hər üç icra sənədi eyni icraatda birləşdirilmişdir. Borclunun Əmlak vəziyyəti barədə sorğular verilmiş və onun adına hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu tərəfindən əvvəllər 1687 manat ödəniş etmiş, hazırda da 200 manat ödəniş edilmiş, digər icra sənədləri üzrə hələlik ödənişlər edilməmişdir. Borclu fəhlə işləyərək ailəsini dolandırır. Tələbkarlara hər ay imkanı çatdığı qədər ödəniş etmişdir və bundan sonra da ödəniş edəcəyi barədə öhdəlik götürmüş, tələbkarlar onunla razılaşmışlar. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-649/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-649/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver