Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-650/2023 18.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Dövlət X8 polis leytenantı, X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Lerik rayonunun Küsəkəran kəndində doğulmuş, evli, Bakı şəhəri Xəzər rayonu Şüvlan qəsəbəsi 1544 N-li bağ evi ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 332.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X7 Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati potokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin X12 Şöbəsinin polis leytenantı X5 izahat verərək, bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində “Hidromek HMK-102B” markalı AZ 43T 198 dövlət qeydiyyat nişanlı ekskavator yükləyici nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməklə Şüvəlan qəsəbəsi “Mayak” yeni yaşayış massivi yolunda, kənardan yola çıxan zaman düzünə istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi “Toyota Rav-4” minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməməklə onun qarşısına çıxmış və nəticədə həmin avtomobillə toqquşmuşdur. Hadisə zamanı “Toyota Rav-4” minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs sürücülük vəsiqəsi olsa da, lakin ona ekskavator yükləyici nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriya verilməmişdir. Bununla da müəyyən edilmişdir ki, Şəxs ekskavator yükləyici nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Qeyd olunanlara əsasən Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4-cü maddəsinin tərkibi yarandığı üçün bu barədə müvafiq protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair hissədə işə baxılması məhkəmə səlahiyyətlərinə aid olduğundan bu barədə toplanmış material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. Odur ki, Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta ilə bağlı təqsirini etiraf edərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində idarə etdiyini “Hidromek HMK-102B” markalı AZ 43T 198 dövlət qeydiyyat nişanlı ekskavator yükləyici nəqliyyat vasitəsi ilə “Mayak” yeni yaşayış massivi yolunda, kənardan yola çıxan zaman düzünə istiqamətdə hərəkətdə olan “Toyota Rav-4” minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və nəticədə həmin avtomobillə toqquşmuşdur. Hadisə zamanı “Toyota Rav-4” minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. O, nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmişdir. Onun sürücülük vəsiqəsi var, lakin ekskavator yükləyici nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyası yoxdur. Hazırda əməlindən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan Xəzər RPİ-nin DYPŞ-nin İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2013-cü il tarixdə saat 17:00-da baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddələr ilə protokol tərtib edilmişdir. İş materiallarında olan TF 000727 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hidromek HMK-102B” markalı AZ 43T 198 dövlət qeydiyyat nişanlı ekskavator yükləyici nəqliyyat vasitəsinin sahibi X3r. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, X6 tərəfindən mülkiyyətində olan “Hidromek HMK-102B” markalı AZ 43T 198 dövlət qeydiyyat nişanlı ekskavator yükləyici nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini Şəxs etibar etmiş və həmin etibarnamə xx.xx.2025-ci il tarixədək qüvvədədir. İş materiallarında olan AE 012467 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Rav-4” minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. İş materiallarında olan Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, yol nəqliyyat hadisəsi zamanı X2 idarə etdiyi “Toyota Rav-4” minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapı, sol arxa qanad və sairə hissələrinə zərər dəymişdir. İş materiallarında olan Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, həmin tarixdə saat 17:00 radələrində idarə etdiyini “Hidromek HMK-102B” markalı AZ 43T 198 dövlət qeydiyyat nişanlı ekskavator yükləyici nəqliyyat vasitəsi ilə Şüvəlan qəsəbəsində “Mayak” yeni yaşayış massivi yolunda, kənardan yola çıxan zaman düzünə istiqamətdə hərəkətdə olan “Toyota Rav-4” minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. İş materiallarında olan X2 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, həmin tarixdə, saat 17:00 radələrində ona məxsus olan “Toyota Rav-4” minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil il “Mayak” YYM-dən “Mayak” yolu istiqamətində hərəkətdə olarkən ondan solda həyətdən çıxan ekskavator yükləyici nəqliyyat vasitəsi manevr etməmiş və onun nəqliyyat vasitəsinə dəymişdir. Hadisə zamanı o, nəqliyyat vasitəsində tək olmuş və xəsarət almamışdır. Lakin, onun avtomobilinin sol arxa qapı, sol arxa qanad və sairə hissələrinə zərər dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün AB seriyalı 006657 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs “Hidromek HMK-102B” markalı AZ 43T 198 dövlət qeydiyyat nişanlı ekskavator yükləyici nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriya verilməmişdir. Məhkəmə iclasında verilmiş izahatlarla və iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 17:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Hidromek HMK-102B” markalı AZ 43T 198 dövlət qeydiyyat nişanlı ekskavator yükləyici nəqliyyat vasitəsini idarə etməklə Şüvəlan qəsəbəsində “Mayak” yeni yaşayış massivi yolunda, yolun kənar hissəsindən yola çıxan zaman “Mayak” YYM-dən “Mayak” yolu istiqamətində hərəkətdə olan X2 idarə etdiyi “Toyota Rav-4” minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməmiş və nəticədə həmin avtomobillə toqquşmuşdur. Hadisə zamanı “Toyota Rav-4” minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən peşman olmasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-650/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-650/2023
18.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver