Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-652/2023 23.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, 2 uşağı olan, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, ev 51də qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 21 mart 2023-cü il tarixli protokola əsasən Şəxs 21 mart 2023-cü il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsindəki yaşadığı ünvanda səs-küy salmış, ailə üzvləri bu barədə polis əməkdaşlarına məlumat vermişlər və Şəxs hadisə yerinə gələn polis əməkdaşlarına qarşı tabesizlik göstərərək nalayiq ifadələr işlətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan barəsində amnistiya tətbiq edilərək cəzadan azad olunmuşdur. Özü narkotik vasitədən istifadə edir və həyətlərində olan dəmirləri sataraq pulu narkotik vasitələrə xərcləyir. Buna görə xx.xx.2023-cü il tarixdə atası ilə aralarında mübahisə baş vermiş və atası polisə məlumat vermişdir. Ora gələn polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək onlara tabesizlik göstərmiş və qaçmağa cəhd etmişdir. Polis əməkdaşı onu saxlayanda bıçaqla özünə xəsarət yetirmək istəmişdir. Bundan sonra onu polis şöbəsinə aparmışlar. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsindəki yaşadığı ünvanda səs-küy salmışdır. Şəxs hadisə yerinə gələn polis əməkdaşlarına qarşı tabesizlik göstərərək nalayiq ifadələr işlətmişdir. Bununla da o, polis əməkdaşının tələbinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Emin Əliyevin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, X1 oğlu Şəxs öz evindən və qonşuların evindən oğurluq etməsi, narkotik vasitə istifadəçisi olması barədə polisə məlumat vermişdir. Şöbəyə gətirilən Şəxs polis əməkdaşlarına qarşı güc və əl-qol hərəkətləri ilə tabesizlik göstərmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, heç bir yerdə işləməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzasının təyin olunması məqsədə müvafiq deyil, barəsində inzibati həbs tənbehi tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 21 mart 2023-cü il tarixdən saat 18:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-652/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-652/2023
23.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver