Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-654/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Xəzər rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 27 mart 2023-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Xəzər rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-5000/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 nəvələri 21 iyul 2008-ci il təvəllüdlü X7, 04 iyul 2010-cu il təvəllüdlü X4 və 07 fevral 2013-cü il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00-dək anaları Şəxs iştirakı olmadan ünsiyyətdə olmaq hüquqları müəyyən edilmişdir. Bundan əlavə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2175/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs2 nəvəsi 27 yanvar 2017-ci il təvəllüdlü X3 ilə anası Şəxs iştirakı təmin edilməklə hər həftənin şənbə günü saat 11:00-dan saat 15:00-dək görüş vaxtı müəyyən edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5000/2017 saylı, xx.xx.2017-ci il tarixli və 2(003)-2175/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqələri üzrə borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, izahat yazmaq tələb olunduğu halda izahat verməkdən imtina etmişdir. İcra vərəqələri icra şöbəsinin icraatına daxil olduqdan sonra borcluya icra sənədi üzrə müvafiq qərar və bildiriş təqdim edilmişdir. Lakin borclu Şəxs adıçəkilən icra sənədinin icrasından yayınaraq icra sənədinin icrasını dolayısı şəkildə icra etməmişdir.Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd edilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbkarların nəvələri ilə görüşünə heç zaman maneə yaratmadığını, uşaqların nənə və babaları ilə hər həftənin bazar günləri görüşdüklərini, X2 isə hazırda atası, nənəsi və babası ilə birlikdə yaşadığını qeyd etmiş və bu səbəbdən inzibati xəta haqqında protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 2023-cü ilin yanvar ayından etibarən nəvələri ilə görüşməsinə borclu tərəfindən maneə törədildiyini, habelə 2023-cü ilin yanvar ayına kimi olan müddət ərzində uşaqlarala görüş zamanı borclunun uşaqlara açıq-aşkar təsir etdiyini qeyd etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 eyni məzmunlu izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Xəzər rayon Məhkəməsinin 2(003)- 5000/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 nəvələri 21 iyul 2008-ci il təvəllüdlü X7, 04 iyul 2010-cu il təvəllüdlü X4 və 07 fevral 2013-cü il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00-dək anaları Şəxs iştirakı olmadan ünsiyyətdə olmaq hüquqları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon Məhkəməsinin 2(003)-2175/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, 21 iyul i200-ci il ddiaçı Zərərçəkmiş şəxs2 nəvəsi 27 yanvar 2017-ci il təvəllüdlü X3 ilə anası Şəxs iştirakı təmin edilməklə hər həftənin şənbə günü saat 11:00-dan saat 15:00-dək görüş vaxtı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon Məhkəməsinin 2(003)-1123/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 21 iyul 2008-ci il təvəllüdlü X7 atası Mirzəyev Elmin sahib oğlunun himayəsində saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 22 fevral 2023-cü il tarixli qərarın surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş aktların surətlərindən görünür ki, 21 iyul 2008-ci il təvəllüdlü X7, 04 iyul 2010-cu il təvəllüdlü X4 və 07 fevral 2013-cü il təvəllüdlü X1 nənələri Zərərçəkmiş şəxs2 və babaları Zərərçəkmiş şəxs1 ilə görüşməkdən imtina etdikləri və ya borclu Şəxs uşaqları icra şöbəsinə gətirmədiyi üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinin Xəzər rayon Məhkəməsinin 2(003)-5000/2017 saylı, xx.xx.2017-ci il tarixli və 2(003)-2175/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə tələbin tam şəkildə icra edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 5000/2017 saylı, xx.xx.2017-ci il tarixli və 2(003)-2175/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə tələbi icra etməkdən boyun qaçırmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, borclu şöbəyə dəvət olunmuş, lakin borclu izahat yazmaq tələb olunduğu halda izahat yazmaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş 2019-cu il tarixli aktdan görünür ki, tələbkar borclunun yaşadığı evə gəlmiş, ancaq borclunun anası tələbkarları evə buraxmamış, münaqişə başlanmış və borclunun anası tələbkarlardan evdən çıxıb getməyi və bir daha evə gəlməməyi tələb etmişdir. 2019-cu ilin fevralında tərtib edilmiş başqa bir aktdan görünür ki, tələbkarlar nəvələri ilə görüş üçün borclunun evinə gəlmiş, lakin evin giriş qapısını açan olmamış, borclunun anası pəncərəni açaraq tələbkarları təhqir etmiş, tələbkarların nəvələri ilə görüş üçün buraya gəlməmələrini qəti surətdə bildirmişdir. xx.xx.2019-cu il tarixli aktdan görünür ki, həmin tarixə təyin edilmiş görüşlə bağlı bocluya məktub rəsmi şəkildə təqdim edilsə də, borclu icra şöbəsinə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, borclu tərəfindən X3 istisna olmaqla bütün uşaqlar şöbəyə gətirilmiş, uşaqla ünsiyyət borclunun iştirakı ilə saat 12:30-dək davam etdirilmiş, bundan sonra borclu uşaqların getmək istədiyini bildirərək uşaqlarla birlikdə şöbədən çıxıb getmişdir. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, həmin tarixə təyin olunmuş icra zamanı 03 uşaq X3, X5 və X6 borclu ilə birlikdə icra şöbəsinə gəlmiş, həmin gün saat 12:19 radələrində borclu uşaqları götürüb qapını çırparaq şöbəni tərk etmiş və uşaqları bir daha görüşə gətirməyəcəyini bildirərək qanunu tanımadığını qeyd etmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, borclu Şəxs 3-cü həftədir ki, görüşü təmin etmir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, borclu tərəfindən X6 və X3 icra şöbəsinə gətirilmişdir. Digər uşaq Mirzəyeva Mələk su çiçəyi xəstəliyinə yoluxduğundan gətirilməmişdir. Bundan sonra tələbkar Zərərçəkmiş şəxs2 icra şöbəsinə görüş məqsədilə gəlmiş, Mirzəyev Xaqani nənəsinə onunla heç vaxt görüşmək istəmədiyini bildirmiş, icraya gəlib getməkdən yorulduğunu qeyd etmiş və bir daha gəlmək istəmədiyini demişdir. Digər uşaq isə sakit şəkildə oturaraq nənəsi ilə ünsiyyətdə olmuş, lakin ünsiyyət çox çəkməmiş, yalnız 5 dəqiqə davam etmişdir. Uşaq nənəsini tanımadığını bildirmişdir. Bundan sonra tərəflər arasında mübahisə düşdüyü üçün tələbkar akta imza etməkdən imtina edərək şöbəni tərk etmiş və icra sənədinin icrası mümkün olmamışdır. Lakin məhkəmə iclasında iştirak edən borclu tərəf icra sənədi üzrə tələbin icrasının onun iradəsindən asılı olmayan səbəblərdən baş verdiyini, onun tərəfindən adıçəkilən icra sənədinin icrasına heç bir maneəçilik törədilmədiyini qeyd etmişdir. Lakin iş materillarındanda göründüyü kimi hər iki icra sənədi üzrə tələbin tam şəkildə icra edilməməsi birbaşa olaraq borclunun icra sənədini icra etməkdən yayınması ilə əlaqədar olmuşdur. Bu barədə icra məmurunun və icra sənədi üzrə tərəflərin iştirakı ilə müvafiq aktlar tərtib edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs faktiki himayəsində on dörd yaşınadək uşaqlarının olmasını və bu səbəbdən mövcüd qanunvericiliyə əsəsən onun barəsində inzibati həbs tətbiqinin mümkünsüz olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-654/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-654/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver